Cenevrədə Azərbaycan Ermənistan parlamentlərinin sədrlərinin ikitərəfli görüşü keçirilib

 

 

Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Azərbaycan Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın Alen Simonyanın ikitərəfli görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüş Parlamentlərarası İttifaqın təşəbbüsü vasitəçiliyi ilə təşkil olunub.

Görüşdə Azərbaycan ilə Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi barədə məsələlər nəzərdən keçirilib.

Tərəflər parlament səviyyəsində dialoqun aparılması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər.

Görüş konstruktiv mühitdə baş tutub.

 

Azərbaycan.-2024.- 28 mart, № 63.- S.6.