Beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlıq məsələləri
müzakirə olunub
Parlamentlərarası
İttifaqın Cenevrədə keçirilən 148-ci
Assambleyası çərçivəsində İsveçrə
Konfederasiyasında işgüzar səfərdə olan Milli Məclisin
sədri Sahibə Qafarova martın 23-də Qayana Kooperativ
Respublikası Milli Assambleyasının sədri Manzur Nadir ilə
görüşüb.
AZƏRTAC xəbər
verir ki, görüşdə Parlamentlərarası İttifaq
və digər beynəlxalq təşkilatlar çərçivəsində
keçirilən görüşlərin, o cümlədən
qarşılıqlı dialoqun qanunverici orqanlar arasında əlaqələrin
genişləndirilməsinə imkan yaratdığı
vurğulanıb.
Milli Məclisin
sədri Sahibə Qafarova parlamentarilərin
xalqlarımızı təmsil etdiyini diqqətə
çatdıraraq, qanunverici orqanlar arasında əlaqələrin
dərinləşməsinin, eləcə də xalqların
yaxınlaşmasına da töhfə verdiyini ifadə edib.
Söhbət
zamanı beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlıq məsələləri də nəzərdən
keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü
ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi
çərçivəsində əlaqələrin əhəmiyyəti
vurğulanıb.
Spiker Sahibə
Qafarova ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi
dövründə Prezident İlham Əliyevin irəli
sürdüyü qlobal təşəbbüslər barədə
qarşı tərəfə məlumat verib, bununla əlaqədar
təşkilatın Parlament Şəbəkəsinin
yaradılmasının parlament diplomatiyasının
inkişafı baxımından önəmini diqqətə
çatdırıb. Xatırladılıb ki, indiyədək
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin
təsis və iki konfransı keçirilib.
Qayana
Kooperativ Respublikası Milli Assambleyasının spikeri Manzur
Nadir parlamentlərarası əlaqələrin əhəmiyyətindən
danışıb, həmçinin ölkəsinin beynəlxalq
parlament təşkilatları çərçivəsində
əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə
çatdırıb.
Görüşdə
hər iki ölkənin tolerantlıq və multikultural dəyərlərə
böyük əhəmiyyət verdiyi bildirilərək,
dünyada müşahidə olunan milli, irqi və dini
ayrı-seçkiliyin yolverilməzliyi ilə bağlı
fikirlər səsləndirilib.
Görüşdə,
həmçinin qarşılıqlı maraq doğuran bir
sıra məsələlər barədə də fikir
mübadiləsi aparılıb.
Azərbaycan.-2024.-
28 mart, № 63.- S.6.