Cenevrədə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 3-cü Konfransı keçirilib

 

 

İsveçrənin Cenevrə şəhərində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 3-cü Konfransı keçirilib. Milli Məclisin (MM) Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovanın sədrliyi ilə keçirilən tədbirdə üzv parlamentlər beynəlxalq təşkilatları təmsil edən 53 nümayəndə heyəti iştirak edib.

AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə açan Milli Məclisin sədri Sahibə Qafarova tədbir iştirakçılarını salamlayaraq, konfransın Şəbəkənin üzv ölkələr arasında əməkdaşlığın daha da inkişafına böyük töhfə verəcəyinə inamını ifadə edib.

Sahibə Qafarova 2021-ci ilin noyabrında Madrid şəhərində baş tutmuş təsis iclasından bəri Parlament Şəbəkəsinin konfranslarının iştirakçılarının sayının davamlı olaraq artdığını söyləyib. Parlament sədri Şəbəkənin böyüməyə sıralarına yeni üzvləri qəbul etməyə davam etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu gün Parlament Şəbəkəsi, Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentlərinin yarıdan çoxunu təmsil edir. Bu, təkcə Qoşulmama Hərəkatının dəyər prinsiplərinin təşviqinə sadiqliyi deyil, həm parlamentlərimiz arasında həmrəyliyi əməkdaşlığı gücləndirmək niyyətində olduğumuzu göstərir.

Bu ilin yanvar ayında Uqanda Respublikasının Kampala şəhərində baş tutmuş Qoşulmama Hərəkatının Dövlət Hökumət Başçılarının XIX Zirvə Görüşündə Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyi Uqanda Respublikasına təhvil verdiyini xatırladan Milli Məclisin sədri deyib ki, ölkəmizin sədrliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Hərəkata üzv olan ölkələr arasında həmrəyliyin, birliyin çoxşaxəli əməkdaşlığın möhkəmləndirilməsinə göstərdiyi sadiqliyi ilə yadda qalacaq. Prezident İlham Əliyevin irəli sürdüyü bir sıra təşəbbüslər, məsələn, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Qoşulmama Hərəkatının Gənclər Təşkilatının yaradılması, həmçinin Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması istiqamətində atılan ilk addımlar Hərəkatın institusional inkişafı baxımından mühüm əhəmiyyət kəsb edib.

Sədr Sahibə Qafarova çıxışında bildirib ki, Parlament Şəbəkəsi yarandığı gündən öz fəaliyyətini icra hakimiyyəti orqanlarının qərarları ilə əlaqələndirir, onları öz fəaliyyətində yekun sənədlərində əks etdirir. Üzv dövlətlərin hökumətləri ilə belə sıx əməkdaşlıq Şəbəkəyə Qoşulmama Hərəkatının idealları dəyərlərinin təşviqinə parlament töhfəsini verməyə imkan verib. O xatırladıb ki, Parlament Şəbəkəsinin 2023-cü ilin mart ayında Bəhreynin paytaxtı Manama şəhərində keçirilmiş ikinci konfransı zamanı Şəbəkənin Əsasnaməsinə edilən bir sıra əlavə düzəlişlər, Parlament Şəbəkəsinin fəaliyyəti üzrə qaydalarının işlənib hazırlanması təkmilləşdirilməsinə yönəldilib. Şəbəkənin gələcək institusional inkişafı istiqamətində davam etdiriləcək. Spikerin sözlərinə görə, Parlament Şəbəkəsinin Büro Daimi Komitələrinin formalaşdırılması onun institusional potensialını səmərəli fəaliyyətini daha da gücləndirəcək.

Çıxışında digər parlamentlərarası təşkilatlarla institusional dialoqun inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumat verən Sahibə Qafarova qeyd edib ki, Manama şəhərində dörd beynəlxalq təşkilata Şəbəkə yanında müşahidəçi statusu verilib. Həmçinin Manama konfransından sonra Parlament Şəbəkəsi TürkPA Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi yanında müşahidəçi statusu əldə edib. Bundan başqa, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı ilə Anlaşma Memorandumu imzalanıb. İki gün öncə isə ən qədim ən böyük parlamentlərarası təşkilat olan Parlamentlərarası İttifaqla Anlaşma Memorandumu imzalanıb.

Bugünkü konfransınİqlim dəyişikliyi ilə mübarizədə parlament fəaliyyətinin canlandırılmasımövzusuna həsr olunduğunu xatırladan MM sədri Sahibə Qafarova deyib ki, hazırda iqlim dəyişikliyi diqqət yetirilməsi ən önəmli təcili çağırışlardan biridir. Eyni zamanda, bu, qlobal cavab tədbirləri birgə səylər tələb edən bir çağırışdır. Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan yekdilliklə COP29-a ev sahibliyi edən ölkə seçilib. Qeyd olunan tədbir bu ilin noyabrında Bakı şəhərində keçiriləcək. Biz bununla qürur duyuruq. Bu, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə təkcə milli deyil, həm regional qlobal miqyasda göstərdiyi səylərin tanınmasının bariz nümunəsidir. Ölkəmizdə 2024-cü ilYaşıl Dünya Uğrunda Həmrəylik İlikimi qeyd olunur. Bu gün Azərbaycanın çox ciddi yaşıl enerjiyə keçid gündəliyi mövcuddur ölkəmizdə bərpa olunan enerjinin həm istehsalına, həm ixracına böyük investisiyalar qoyulur.

Spiker həmçinin vurğulayıb ki, Azərbaycanın COP29-un sədri qismindəki rolu beynəlxalq tərəfdaşlarımızı planetimizin rifahı naminə iqlim fəaliyyətlərini inkişaf etdirməyə cəlb etmək üçün mühüm imkan yaradır. Bu mənada inklüziv dialoq, konstruktiv əməkdaşlıq birgə fəaliyyət bu istiqamətdə irəliləyiş əldə etmək üçün əsas faktordur. Şübhəsiz ki, məqsədlərimizə çatmaq üçün bu prosesdə beynəlxalq birliyin bütün üzvlərinin iştirakı vacibdir. Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Parlamentlərarası İttifaq ilə birlikdə COP-29 çərçivəsində Parlament İclası təşkil etməyi planlaşdırır. Bu tədbir parlamentarilərə geniş fikir mübadiləsi aparmaq iqlim dəyişikliyi ilə mübarizədə hansı addımları ata biləcəklərini müəyyən etmək imkanı verəcək. Beləliklə, görüş çoxtərəfli iqlim fəaliyyətinə parlament töhfəsi olacaq.

Sədr Sahibə Qafarova çıxışının sonunda bir daha vurğulayıb ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi bundan sonra da parlamentlərarası əməkdaşlığın parlamentlərimiz ölkələrimiz arasında dialoqun təşviqinə güclü sadiqliyini nümayiş etdirməyə davam edəcək.

Sonra konfrans işini digər çıxışlarla davam etdirib.

Tədbirdə çıxış edən Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, təşkilatın Baş katibi Martin Çunqonq, Əlcəzair Milli Assambleyasının sədri İbrahim Boğali, Maldiv Respublikası Xalq Məclisinin sədri Mohamed Aslam, Nepal Federal Parlamentinin Nümayəndələr Palatasının sədri Dev Raj Ghimir, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Qabon Milli Assambleyasının prezidenti Jan François Ndonqu, Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl-Asumi, İslam Dünyası Təhsil, Elm Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik, Bakı Təşəbbüs Qrupunun səlahiyyətli şəxsi Jan Jakob Bicep digər ölkələrin parlamentariləri tədbirin yüksək səviyyədə təşkilinə təbriklərini ifadə ediblər. Çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Parlament Şəbəkəsinin gənc təşkilat olmasına baxmayaraq, uğurlu fəaliyyəti, institusional inkişafı istiqamətində görülən işlər yüksək qiymətləndirilib.

Konfransda daha sonra təşkilatı məsələlərə baxılıb.

Tədbir konfransın yekunlarına dair Cenevrə Bəyannaməsinin qəbul olunması ilə başa çatıb.

 

Azərbaycan.-2024.- 28 mart, № 63.- S.6.