Azərbaycan
Milli Məclisinin sədri serbiyalı həmkarı ilə görüşüb
Milli Məclisin
sədri Sahibə Qafarova İsveçrənin
Cenevrə şəhərində
keçirilən Parlamentlərarası
İttifaqın 148-ci Assambleyası
çərçivəsində Serbiya Milli Assambleyasının
sədri Ana Brnabiç ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə
ölkələrimiz arasında
yüksək səviyyəli
münasibətlərin mövcud
vəziyyətindən məmnunluq
ifadə olunub, siyasi və iqtisadi, eləcə də bir sıra
digər sahələrdə
əməkdaşlığın inkişaf etdiyi diqqətə çatdırılıb.
Sahibə Qafarova
qeyd edib ki, dövlət başçıları arasında
yüksək səviyyəli
münasibətlər ölkələrimiz
və xalqlarımız
arasında dostluğun
gücləndirilməsinə mühüm töhfələr
verir. O, bu münasibətlərin iki
ölkənin parlamentləri
arasında da uğurla davam etdirildiyini vurğulayıb.
Özünün Serbiyaya
rəsmi səfərini
məmnunluqla xatırlayan
S.Qafarova səfər zamanı keçirilən
görüşlər və
aparılan müzakirələrin
qanunverici orqanlar arasında münasibətlərin
daha da genişlənməsinə
imkan yaratdığını
bildirib. Tərəflər
dostluq qrupları və parlament komitələri arasında
əməkdaşlığın genişləndirilməsi imkanları
barədə də fikir mübadiləsi aparıblar.
Serbiya parlamentinin
sədri Azərbaycanda
keçirilmiş növbədənkənar
prezident seçkilərində
Prezident İlham Əliyevin inamlı qələbəsi münasibətilə
təbriklərini çatdırıb
və Serbiyanın parlament müşahidə
missiyası ilə azad və demokratik
şəraitdə keçən
seçkiləri izlədiyini
diqqətə çatdırıb.
Ölkəsinin Azərbaycanla
əlaqələrin müxtəlif
sahələrdə daha
da genişlənməsində
maraqlı olduğunu vurğulayan Serbiya parlamentinin spikeri bildirib ki, qanunverici
orqanlar arasında əlaqələr dövlətlərimiz
arasında münasibətlərin
daha da dərinləşməsində
mühüm rol oynayır.
Tərəflər beynəlxalq
münasibətlər sistemində,
o cümlədən beynəlxalq
təşkilatlarda, xüsusən
də AŞPA-da müşahidə olunan ikili standartları tənqid edərək bildiriblər ki, bu, qurumun üzərinə
götürdüyü vəzifələrlə
və ya missiyası ilə ziddiyyət təşkil edir.
Görüşdə, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının
(COP29) əhəmiyyəti qeyd
olunub və Serbiya tərəfi bu mühüm beynəlxalq tədbirə
ev sahibliyi etdiyinə görə Azərbaycanı təbrik
edib.
Bildirilib ki,
AŞPA-da Azərbaycan
nümayəndə heyətinin
etimadnaməsinin təsdiqlənməməsinə
etiraz olaraq Serbiya parlamenti təşkilata müraciət
ünvanlayıb və
bu qərarın ləğv edilməsinə
çağırış edib. Sahibə Qafarova bu addıma
görə Serbiya tərəfinə minnətdarlığını
ifadə edib.
Görüşdə qarşılıqlı maraq
doğuran digər mövzular ətrafında
fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2024.-
28 mart, № 63.- S.6.