Əlcəzair
Parlamentinin sədri: Azərbaycanla parlamentlərarası
əlaqələrin inkişafında
maraqlıyıq
Milli Məclisin
sədri Sahibə Qafarova İsveçrə
Konfederasiyasının Cenevrə
şəhərinə işgüzar
səfəri çərçivəsində
martın 23-də Əlcəzair
Xalq Demokratik Respublikası Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə
dost ölkələr
olan Azərbaycan və Əlcəzair arasında münasibətləri
daha da inkişaf
etdirmək üçün
böyük potensialın
olduğu bildirilib. Vurğulanıb ki, ölkələrimiz arasında
münasibətlərin mühüm
bir istiqamətini parlamentlərimiz arasında
əlaqələr təşkil
edir. Dostluq qruplarının fəaliyyəti
bu əlaqələrin
daha da dərinləşdirilməsinə
dəstək verəcək.
Milli Məclisin
spikeri qeyd edib ki, parlamentlərimiz
beynəlxalq parlament təşkilatlarında da
uğurla əməkdaşlıq
edirlər və bu təşkilatlarda qanunverici orqanlarımız
arasında qarşılıqlı
dəstək mövcuddur.
O cümlədən Qoşulmama
Hərəkatı Parlament
Şəbəkəsi çərçivəsində
əlaqələrin daha
da inkişafı barədə fikirlər səsləndirilib.
Görüşdə parlament spikerləri tərəfindən həyata
keçirilən qarşılıqlı
səfərlərin qanunverici
orqanlar arasında əlaqələrin dərinləşməsinə
töhfə verdiyi qeyd olunub.
Tərəflər, həmçinin
müxtəlif sahələr
üzrə parlament komitələri arasında
əməkdaşlıq imkanlarını
nəzərdə keçiriblər.
Əlcəzair Xalq
Demokratik Respublikası
Milli Xalq Assambleyasının sədri
İbrahim Bouğali Azərbaycanda keçirilən
növbədənkənar prezident
seçkilərində inamlı
qələbə münasibətilə
Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına təbriklərini
çatdırıb.
O, ölkəsinin Azərbaycanla,
o cümlədən parlamentlərarası
əlaqələrin inkişafında
maraqlı olduğunu vurğulayıb, eləcə
də beynəlxalq parlament təşkilatlarında
qarşılıqlı dəstəyin
əhəmiyyəti ilə
bağlı fikirlərini
ifadə edib.
Görüşdə, həmçinin Azərbaycanın
bu il COP-29-a ev sahibliyi etməsinin
böyük əhəmiyyəti
qeyd olunaraq, bu mühüm beynəlxalq tədbirə
hazırlıqla bağlı
ölkəmizin həyata
keçirdiyi tədbirlər
diqqətə çatdırılıb.
Görüşdə qarşılıqlı maraq
doğuran digər məsələlər barədə
də fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2024.-
28 mart, № 63.- S.6.