"Le
Fiqaro": "Makronun anti-Azərbaycan planı iflasa
uğrayıb"
Fransanın
məşhur “Le Fiqaro” nəşri Azərbaycana qarşı
növbəti qərəzli məqaləsi ilə gündəmə
gəlib.
“Qafqazinfo”
“Report”a istinadən xəbər verir ki, məqalədə
Fransa Prezidenti Emmanuel Makronun yürütdüyü siyasətin
uğursuzluğu, fəsadları tənqid atəşinə
tutulsa da, pərdəarxası məqamda Fransa hökumətinin
Azərbaycana qarşı çirkin siyasəti ortaya qoyulur.
Yelisey sarayının
tezisləri ilə işləyən “Le Fiqaro”
qəzeti yazır ki, Makron ermənilərin
taleyinə səmimi olaraq biganə yanaşmayan yeganə liderdir, amma Fransanın təşəbbüsləri
nəticə vermir. Məsələn, ötən
illər Qarabağa dair Fransanın təşkil etmək istədiyi konfrans ABŞ-ın etirazı səbəbindən baş
tutmamışdı;
Məqalədən məlum
olur ki, 2022-ci ilin oktyabrında Makron “erməni məsələsini” Roma Papası
ilə də müzakirə etmək istəyib və Roma Papasını ziyarət edərkən, özü ilə ermənipərəst
yazıçı Sylvain
Tessonu da aparmışdı ki, sonuncu Ermənistanla bağlı məsələni
qaldırsın. Amma Vatikandan da istədiyi dəstəyi
ala bilməyib;
(https://www.lefigaro.fr/international/la-disparition-du-haut-karabakh-chronique-d-une-promesse-francaise-impossible-20240324)
Bu məlumatları sızdırmaqla
Yelisey sarayı Azərbaycana
qarşı planlarının
iflasa uğramasına
görə məsuliyyəti
ABŞ-nin, Vatikanın
və digərlərinin
üzərinə atmaq
istəyir, çünki
Makron Prezident İlham
Əliyevə məğlub
olduğunu etiraf etmək istəmir. Makron məhz İ.Əliyevə məğlub olub.
Fransanın “Le Figaro” nəşrində
“Dağlıq Qarabağın
yox olması, reallaşdırıla bilinməyən
fransız vədinin xronikası” adlı məqalə dərc olunub. Həmin məqaləni olduğu kimi təqdim edirik:
“Erməni
anklavının Azərbaycan
tərəfindən ildırımsürətli
istilasından 6 ay sonra
“Le Figaro” Fransanın Ermənistanla
əlaqələrinə görə
xüsusi olaraq gözləndiyi dosyenin siyasi kulislərinə yenidən qayıdır.
Fransaya Azərbaycanın
blokadası nəticəsində
8 ay ərzində təcrid
qalmış Dağlıq
Qarabağ ermənilərinin
yardımına gəlməsi
üçün təzyiq
etmək məqsədilə
Silven Tessonun xəyalına
gətirdiyi bütün
fikirlərdən bəlkə
də bu, ən fantastik olub. Jan Dujardini prezident rolunu oynamağa məcbur etmək və azərbaycanlılar tərəfindən
blokada edilmiş anklava aparan yol – Laçın dəhlizinə qədər
yürüş təşkil
etməkdir. Aktyor yazıçı tərəfindən
hazırlanmış mətni
oxumalı idi, o sözləri ki, dövlət
başçısı özü
əraziyə gəlsəydi
onları ifadə edə bilərdi. Çünki Tesson əmindir:
Emmanuel Makronun səfəri
məsələləri dəyişə
bilərdi. Məgər
Emmanuel Makron “France 2”-nin canlı
yayımında yazıçının
2022-ci ilin payızında
“Le Figaro Magazine”- də dövlət
başçısına qarşı
olan dərc edilmiş açıq məktubuna cavab vermədimi: “Biz erməniləri
heç bir zaman tərk etməyəcəyik”?
Bu ifadələr, iki il bundan qabaq Latviyanın
paytaxtı Riqada dövlət başçısının
“Azərbaycanı istila
layihəsinə təşviq
edən” Türkiyənin
“hərbi ismarıclarını”
qınayan ifadələrini
xatırlatdı. Bakının
Dağlıq Qarabağ
regionunun 70%-ni götürdüyü 44 günlük
müharibənin başlanmasından
bir neçə gün qabaq dövlət başçısı
döyüşkən tərzdə,
bəyan etdi: “Biz bunu heç bir zaman qəbul etməyəcəyik. Fransa öz
rolunda olacaq”. Artsaxın Fransadakı nümayəndəsi Hovhannes Guevorkyan
yada salır: “Bu o qədər
güclü idi! O qədər unikal idi!”
Qabaqcadan müəyyən
edilmiş tale
Azərbaycanlıların iştahasını
sakitləşdirmək üçün
daha çox şey lazım idi. 2023-cü il 19 və
20 sentyabrda Azərbaycan
Dağlıq Qarabağın
yaşayış məntəqələrinə
qarşı ordusunu hücuma keçirtdi. 24 saat ərzində 200-dən
çox erməninin öldürülməsi və
400-ünün yaralanması yerli hakimiyyəti silahı yerə qoymağa məcbur etdi. Artsaxlılar özlərini, o cümlədən
laqeydliklə parıldayan
erməni baş naziri Nikol Paşınyan tərəfindən tərk
edilmiş hiss edirlər.
120 000 mülki şəxs
qədim dövrdən
yaşadığı və
5-ci əsrdə xristianlaşdırılmış
bu dağlıq ərazini, öz torpağını tərk
etdi. Qondarma Dağlıq Qarabağ respublikası öz rəsmi süqutunu elan etdi. Həmin dövrdən, qınayıcı
bəyanatlar xaric, Bakı heç bir sanksiyaya məruz qalmadı. Lakin Azərbaycan Prezidenti
İlham Əliyevin Ermənistan
cənubunun onun növbəti hədəfi
olması ilə bağlı xəbərdarlıq
etməsindən sonra
Paris Yerevanla hərbi əməkdaşlıq qurdu.
Dekabrda, ordunun daşınması üçün
24 ədəd zirehli nəqliyyat vasitəsi və həmkarlarına yüksək dağlarda döyüş hazırlığı
keçmək üçün
15 dağ atıcıları
Qafqaza göndərildi.
Fevralın ortasında
Yerevana presedenti olmayan səfər çərçivəsində ordu naziri Sebastian Lekornu yeni hərbi avadanlığın göndərilməsini
vəd etdi. Fransanın mövqeyi sürgün olmuş artsaxlıları birmənalı
olmayan vəziyyətə
salır: “Erməni diplomatik mənbəyə
görə, Emmanuel Makron
bəlkə də yeganə dövlət başçısıdır ki, həqiqətən də onların taleyindən narahatdır. Onun iştirakı səmimi olub. Mən deyə bilmərəm hansı o, uğurlu ola bilmədi”.
Yeliseydə bağlı
qapılar arxasında
2023-cü ilin yanvar ayı,
günorta radələrində,
Dağlıq Qarabağ
hələ blokada altındadır, bir qrup erməniyönümlü
fəallar və jurnalistlər Yelisey sarayında
toplaşıblar. Burada
Paskal Brukner, Olivier Veber və futbolçu Yuri Djorkaeff də var. Prezident onlara diqqətlə qulaq asır, sonra söz alır. “Guilde européenne du Raid” QHT-sinin
vitse-prezidenti Hugues Devavrin
danışır ki, “o, bizə
aşırı dərəcədə
həssas olan bir sıra məsələ
barəsində məlumat
verdi”. “O, diplomatik müşaviri İzabelle Dumont ilə
hazırladığımız qeydi mükəmməlcəsinə
oxumuşdu”.
İlk növbədə prezidentin
səfərini tövsiyə
edirdi. Hugues Devavrin izah edir - “Mitteranın
Sarayevoda etdiyini etmək, əraziyə getmək və bunun daha mümkün
olmadığını bəyan
etmək”. Qeyd həmçinin, qida və dərmanlardan məhrum edilmiş artsaxlıların yardımına
gəlmək üçün
humanitar konfransın təşkilini təklif edirdi. Və nəhayət, o, Fransanın
mülki-hərbi əməliyyatının
başlanmasını tövsiyə
edirdi.
Sylvain Tesson yada salır ki, “Biz onun məsələyə yiyələnməsi
səviyyəsindən heyran
idik. O, Azərbaycanlıların
iştahasını anlamışdı
və bizdən daha çox bədbin idi – bu da normaldır,
çünki o, bizdən
daha yaxşı məlumatlıdır. O, artıq
bilirdi ki, qurudan hücum olacaq”. Qısaca olaraq, intellektuallar mövzunun icraedici qurumda layiq olduğu
yerdə olduğu əminliyi ilə çıxdılar. “Makron
qarşıdan gələn
geosiyasi qarışıqlıq
fonunda məsələnin
reallıqda Ermənistandan
üstün olduğunu
anlayırdı”.
Ora tək getməmək
Dövlət başçısı
cavabında deyirdi “rəhbərlərlə müzakirə
etmək üçün
son şansı verin”. Danışıq yolu ilə çıxış
tapmağa cəhd etmək üçün Emmanuel Makron bürosundan, Azərbaycan və Ermənistan rəhbərləri ilə
boşuna çoxsaylı
telefon danışıqları
etdi. Diplomatik mənbə qeyd edir ki, “Bəlkə
də o, Prezident İlham Əliyevlə ən çox danışan xarici liderdir”.
Humanitar Konfrans layihəsinə start verildi.
Lakin heç bir izah olmadan, o, keçirilməsi nəzərdə
tutulan tarixdən bir neçə gün əvvəl ləğv edildi. Diplomatik mənbə qeyd edir ki, “Bütün səylərimizə
rəğmən, həmin
dövrdə iştirakı
gözlənilən tərəflər
arasında minimal konsensus
yox idi”. Müxtəlif mənbələrə
görə, layihə
Vaşinqtonun etirazı
səbəbindən ləğv
olundu. Ondan 6 ay sonra Parisdən heç bir yeni təşəbbüs
irəli sürülmür.
Estafeti diaspora götürür.
Fransadakı erməni
təşkilatlarını koordinasiya edən CCAF-ın həmsədri Frenk Papaziyan da, öz növbəsində, Emmanuel Makrona
humanitar yük aparması üçün
təzyiq edir. Erməniəsilli fransız
danışır ki, “O mənə
deyir: bu çox yaxşı ideyadır, mən razıyam” və inanmaq istəyir ki, bu “səmimi” istək idi. Lakin bundan sonra heç
bir şey baş tutmur. Frenk Papazyan əmin edir ki, bu yenə də
“tərəfdaşların çatışmazlığındandır”.
Fransa niyə belə təkdir? Avropa tərəfindən - 27 ölkə
Ukraynaya baxır. Bundan əlavə, Avropa İttifaqı və Bakı 2022-ci ilin iyulunda “enerji əməkdaşlığında
yeni fəsil” açmaq
üçün qaz sazişi imzalayıblar. Beləliklə, vahid mövqeyin olmamasından Azərbaycana sanksiya təklif edən heç bir qətnamə qəbul edilmədi. Erməni məsələsinə yaxından
cəlb olunmuş “Renew”un avrodeputatı
Natali Loiseau əmin edir
ki, “Biz qətiyyətlə döyüşdük, lakin
karbohidrogenlərə ümid
bəsləyən bir
neçə ölkə
bu yolla getməyə hazır deyildi”. Bu xüsusda, o, İtaliya və Macarıstanı qeyd edir. Fransanın keçmiş naziri Almaniyaya gəlincə təəssüf hissi ilə qeyd edir
ki, “o, Şarl Mişel
kimi, təcavüzkarla
təcavüzə məruz
qalan arasında vasitəçiliyin mümkün
olduğuna əmindir.
Lakin bu birincinin tərəfini tutmaqdır”.
Hətta Vatikan kənardadır. 2022-ci ilin
oktyabrında Roma Papasını
ziyarət edərkən,
Emmanuel Makron özü
ilə Tessonu apardı ki, sonuncu Ermənistanla bağlı
söz desin. Yazıçı katoliklərin
rəhbəri və onun xarici işlər
naziri Qallaqgherin biganəliyindən heyrətə
gəldi. O söyləyir
ki, “ermənilərin taleyini
qeyd edəndə, hər ikisi tam biganəlik, hətta aqressivlik nümayiş etdirdilər”. Yazıçı
acı bir şəkildə istehza edir: “Roma Papası yeni qlobal və bir - biri ilə
əlaqəli bir dünyanın ortaya çıxması ilə
çox məşğuldur,
ona görə də ilk xristianlara qayğı göstərə
bilmir. Erməni - bir xalqın müəyyən bir torpağa bağlılığı
və müəyyən
bir mənəviyyata mənsub olması deməkdir. Bu əbədi
dəyişiklik ayaqqabısında
bir daşdır. Ermənistan buna görə
narahat edir. Vatikanda olduğum zaman başa düşdüyüm
bu oldu”.
Ərazi vahidlərinin
dəstəyi
Bu ümumi laqeydlik içərisində fransız
dəstəyi fərqli
şəkildə özünü
göstərir. Senat bir çox qətnaməyə səs
verir. Seçkilərdə
seçilmiş şəxslər,
xüsusilə də
Auvergne-Rhône-Alpes regionunun prezidenti Laurent Vauquiez və avrodeputat
François-Xavier Bellami səfərlər
edirlər. Fransız ərazi vahidləri səfərbər olunur.
Sol siyasi düşərgədə
Anne Hidalgo Artsax istiqamətində
humanitar yük göndərir. Xavyer Bertrandan
başlayaraq ekoloqçu
Janna Barsegyandan keçərək
Bruno Retailleauya qədər
sağçı və
solçulardan ibarət
balaca qrupla əhatə olunmuş
Parisin meri 2023-cü ilin avqustun
sonunda rus sülh əsgərlərinin
saxladığı sərhədə
qədər səfər
edib. Lakin Île-de-France, Hauts-de-France, Occitanie və Pays de la
Loire regionları, eləcə
də Paris, Marsel və
Strasburq şəhərlərinin
loqosunu daşıyan və uşaq qidası və elektrik generatorlarla yüklənmiş yük
maşınları digərləri
kimi blok edilmiş vəziyyətdə
qalırlar.
Parisin Minsk qrupunun həmsədri rolunun tələb etdiyi neytrallığı
dərk edən Xarici İşlər Nazirliyi (ATƏT tərəfindən
1992-ci ildə Qafqazda münaqişənin həlli
üçün yaradılmış
Fransa, ABŞ və Rusiyadan
ibarət vasitəçi
qrup) sakit qalır. Ketrin Kolonna İrəvana yalnız Azərbaycanın 19 və
20 sentyabr 2023-cü il tarixli
hərbi əməliyyatından
sonra səfər edir. Ermənilərin kütləvi köçü
fonunda fransız diplomatiyasının rəhbəri
vəziyyətin “etnik
təmizləməyə bənzəməsinin”
mümkünlüyünü hesab edir və
hərbi avadanlığın
çatdırılmasını elan edir.
Bir neçə gün sonra İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın ziyarət
etməkdən imtina edəcəyi Qranadadakı
Avropa Sammitində
Emmanuel Makron Bakıya
qarşı “sanksiya vaxtının olmadığını”
bəyan edəcək.
O, Azərbaycanlı həmkarına
“təzyiqi saxlamaq” və Ermənistanı “ən yaxşı şəkildə qorumaq” üçün zəng edəcəyinə dair öhdəlik götürəcək.
Prezident Əliyevi heyrətləndirmək üçün
kifayət etmədi. Azərbaycan Prezident Administrasiyası kommünikesində
Fransanı Ermənistanı
“silahlandırmaqla” Qafqazda
“yeni müharibə hazırladığında”
ittiham edəcək. Fevralda, 97% səslə yenidən seçilmiş
İlham Əliyev öz
inauqurasiya çıxışında
bəyan edib ki, Ermənistanla mübahisəsində
heç bir beynəlxalq vasitəçilik
istəmir. Və
Fransanın ünvanına
“Öz işinizlə
məşğul olun”,
- deyə vurğulayıb.
Azərbaycan.-2024.-
28 mart, ¹ 63.- S.7.