Erməni terroru bəşəriyyət üçün böyük təhlükədir

 

 

Moskvada da ilk terroru ermənilər törədiblər

 

 

 

Martın 22-də "Crocus City Hall" konsert zalında törədilmiş terror aktı dünya gündəmini silkələdi. İçərisində azyaşlıların da olduğu xeyli sayda günahsız insanın  ölümünə səbəb olmuş bu qanlı terror milliyyətindən asılı olmayaraq hər kəsdə dərin qəzəb üzüntü hissi oyatdı. Terror insanlığın ortaq bəlasıdır Yer üzərində baş verən bütün - sel, daşqın, zəlzələ kimi fəlakətlərdən ən amansızı, ən qəddarıdır. Növbəti dəfə terrorun vəhşət üzünü Moskvada sözügedən qanlı hadisə zamanı gördük, yayılan kadrlarda terrorçuların uşaq, gənc, yaşlı demədən insanları necə soyuqqanlıqla gülləbaran etdiklərinə şahidlik etdik. Bir daha terroru şiddətlə qınadıq, ona "yox" dedik...

Amma o da təəssüfləndirici gerçəklikdir ki, dünyada terrora dəstək verən, yayılmasına münbit şərait yaradan müəyyən siyasi qüvvələr var onların terrorçuları himayə etməsinin nəticəsidir ki, sözün əsl mənasında hər gün günahsız insanlar gah o ölkədə, gah bu ölkədə  törədilən bu qanlı aktların qurbanlarına çevrilirlər.

 

 

 

Ermənilərə aparıb çıxaran qanlı terror izləri

 

 

 

Azərbaycan xalqı da illərdir ki erməni terroru ilə üz-üzədir. Xalqımız son iki yüzilliyin müxtəlif dönəmlərində insan qatili olan ermənilərin törətdikləri soyqırımlardan, terrordan əziyyət çəkib. 1918-ci ilin mart soyqırımı, 1992-ci ilin Xocalı, Ağdaban, Ballıqaya, 1993-cü ilin Başlıbel... soyqırımları yaddaşlarda dəhşətli izlər buraxıb.

1994-cü il martın 19-da erməni terrorçuları tərəfindən Bakıda dinc əhaliyə qarşı növbəti cinayət aktı törədilmişdi. Metropolitenin "20 Yanvar" stansiyasında baş vermiş partlayış zamanı 14 nəfər həlak olmuş, 42 nəfər isə ağır dərəcəli bədən xəsarəti almışdı. İstintaq-məhkəmə araşdırmaları nəticəsində həmin dəhşətli cinayətdə Ermənistanın xüsusi xidmət orqanlarının əli olduğu sübuta yetirilmişdi.

Yenə 1994-cü il iyulun 3-də Bakı metrosunun "28 May" "Gənclik" stansiyalarının arasında qatarda da partlayış törədilmişdi. Bu hadisədə 13 nəfər həlak olmuş, 42 nəfər yaralanmışdı. Azərbaycanın hüquq-mühafizə orqanları bu terroru da Ermənistanın xüsusi xidmət orqanlarının təşkil etdiyini müəyyənləşdirmişdilər.

Dövlət siyasəti terrora köklənmiş Ermənistan 2020-ci ildə 44 günlük Vətən müharibəsi dövründə xalqımıza qarşı terror həyata keçirmişdi. Terror ölkəsinin silahlı qüvvələrinin gecə-gündüz Gəncə, Tərtər, Bərdə, Mingəçevir digər yaşayış məntəqələrimizi ağır artilleriya raketlərdən atəşə tutması nəticəsində dinc əhali arasında çoxsaylı ölən yaralanan olmuşdu.

 

 

 

Azərbaycanlılara qarşı mina terroru

 

 

 

Azərbaycan xalqı onilliklərdir ki, Ermənistanın mina terroru ilə qarşı-qarşıyadır. Erməni terrorçuları müxtəlif xain insanlıqdan uzaq üsullardan istifadə edərək, vətəndaşlarımızı mina partlayışlarının qurbanına çevirirlər. 2011-ci ilin iyul ayında ermənilərin partlayıcı qurğu quraşdırılmış "itəbənzər" uşaq oyuncağını Ermənistan tərəfindən Tovuz rayonunun Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxmaları nəticəsində 13 yaşlı yeniyetmə faciəvi şəkildə həyatını itirmişdi. 1994-cü ildə həmin ərazidə analoji hadisə baş vermiş, Ermənistan tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayış baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olmuş, biri isə yaralanmışdı. Erməni terrorunu sübut edən belə dəhşətli faktlar yüzlərlədir...

İşğal dövründə ermənilər torpaqlarımızda 1 milyondan çox mina basdırıblar hələ dəqiq mina xəritələrini Azərbaycana təhvil verməyiblər.

Eləcə İkinci Qarabağ müharibəsindən sonra ermənilər terror siyasətlərini davam etdirərək Azərbaycan xalqını hədəfə aldılar. 44 günlük müharibədən sonrakı dövrdə ərazilərimizdən 2021-ci il Ermənistan istehsalı olan xeyli sayda minalar aşkarlandı. Təcavüzkar ölkənin mina terroru sayəsində günümüzə qədər günahsız insanlarımız həlak, yaxud şikəst olurlar.

Təəssüf ki, Ermənistanın törətdiyi bu terror aktlarına beynəlxalq ictimaiyyət hələ göz yumur, Azərbaycan xalqının erməni terrorundan əziyyət çəkməsinə biganəlik göstərir. 

 

 

 

1977-ci il Moskva  terrorları - erməni işi

 

 

 

Dünya dövlətləri unudurlar ki, erməni terroru təkcə Azərbaycan üçün yox, ümumbəşəri təhlükədir. Faktdır ki, erməni terrorizmi beynəlxalq terrorizmin tərkib hissəsinə çevrilib müxtəlif ölkələrdə qanlı faciələr törətməklə məşğuldur.  

Yeri gəlmişkən, bir faktı da vurğulayaq ki, Moskvada da ilk terroru ermənilər törədiblər. Belə ki, 1977-ci il yanvarın 8-də şəhərdə bir neçə terror aktı həyata keçirilib. Moskva metrosunun vaqonunda "İzmaylovskaya" "Pervomayskaya" stansiyalarının arasında partlayıcı qurğu işə düşmüşdü.

Bir neçə saat sonra SSRİ DTK-sının binası yaxınlığında keçmiş "Dzerjinski" küçəsində yerləşən 15 saylı ərzaq mağazasında partlayış baş vermiş, ardınca keçmiş "Oktyabrın 25 illiyi" küçəsində yerləşən ərzaq dükanının yaxınlığında partlayıcı qurğu işə düşmüşdü. Ard-arda baş verən terror aktları nəticəsində 7 nəfər həlak olmuş, 37 nəfər yaralanmışdı. Araşdırmalar zamanı həmin terror aktlarının erməni terrorçuları tərəfindən törədildiyi üzə çıxarılıb terrorun təşkilində ASALA təşkilatının da iştirak etdiyi aşkarlanıb.

Erməni terroruna sübut olan digər bir fakta nəzər salaq: 1970-ci ildən indiyədək 31-i diplomat onların ailə üzvləri olmaqla, ümumilikdə 58 Türkiyə vətəndaşı erməni terror təşkilatlarının təşkil etdiyi xain hücumların qurbanı olub.

Ümumiyyətlə, hazırda da dünyada baş verən dəhşətli terror aktlarının arxasından əksər hallarda məhz erməni terrorçuları çıxır. Bir sözlə, erməni terrorizmi dünyanın bəlasına çevrilib.

 

 

 

İrəvan terrorçulara abidə ucaldır

 

 

 

Azərbaycan bütün beynəlxalq platformalarda erməni terrorizmini ifşa edir ona qarşı layiqli mübarizə aparır. Ermənistan isə ölkəmizdən fərqli olaraq erməni terror təşkilatlarının terrorçuların fəaliyyətini təbliğ edir. İrəvanın mərkəzində nasist Njdeyə, "Yerablur" hərbi qəbiristanlığında ASALA terror təşkilatı üzvlərinə abidələrin ucaldılmasının timsalında isə onları qəhrəmanlaşdırdığını göstərir.

Moskvada "Crocus City Hall" konsert zalında törədilmiş qorxunc terror aktı da bir daha göstərdi ki, heç bir ölkə, xalq terrordan sığortalanmayıb. 

Buna görə terrordan qurtulmağın sadəcə bir yolu var. Dünya ölkələri birləşərək, terrorçulara onlara dəstək verən siyasi güclərə qarşı ayıq-sayıq mübarizə aparmalıdırlar.

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2024.- 28 mart, ¹ 63.- S.10.