Ermənistanın
Azərbaycana qarşı
informasiya təxribatı
fiaskoya uğradı
"Son günlər
erməni teleqram kanallarında Azərbaycan
tərəfindən Ukraynaya
hərbi təyinatlı
məmulatların göndərilməsinə
dair dezinformasiyalar yayılır. Bununla bağlı Azərbaycan Respublikası Müdafiə
Sənayesi Nazirliyi bəyanat yayaraq bu informasiyaların həqiqəti əks etdirmədiyini ifadə edib. Görünür, Ermənistan ölkəmizə
qarşı apardığı
informasiya müharibəsinə
yeni uydurmalar əlavə etməklə
Azərbaycanla Rusiya arasında münasibətlərin
gərginləşməsinə çalışır".
Bu fikirləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Elman Nəsirov deyib. Deputat bildirib ki, Rusiya-Ukrayna
müharibəsinin şiddətli
dövründə Azərbaycan
tərəfindən Ukraynaya
hərbi dəstəyin
verilməsi haqqında
dezinformasiya yaymaq, şübhəsiz ki, Bakı-Moskva münasibətlərində
çatların yaradılmasına
yönəldilmiş təxribatdır:
"Dövlətimizin bu
məsələ ilə
bağlı mövqeyi
bəllidir. Azərbaycan
Rusiya-Ukrayna müharibəsinin
tezliklə başa çatmasında maraqlıdır
və sırf humanitar yönümlü addımlarla Ukraynaya dəstək nümayiş
etdirir. Burada başqa məna axtarmaq, bu cür
dezinformasiyalar yaymaq Ermənistanın çirkin
planlarının tərkib
hissəsidir".
Deputatın sözlərinə
görə, ölkəmizə
qarşı planlaşdırılan
təxribatlar heç
bir nəticə verməyəcək. Sadəcə,
Ermənistan Rusiya ilə münasibətlərinin
son dərəcə kəskinləşdiyi bir məqamda Rusiya-Azərbaycan
münasibətlərində də oxşar vəziyyətin yaranmasına
çalışır. Olsun
ki bu tapşırığı
da Qərbdəki havadarlarından alıb.
"Azərbaycan və
Rusiya arasında da analoji vəziyyətin
yaranması üçün
atılan bu addımlar həmişə
Qərbin planlarına
uyğun olub. Lakin hesab edirəm
ki, belə təxribatçı addımlar
nəticəsiz qalacaq.
Çünki Moskva Qərbin və Ermənistanın çirkin
planlarına yaxşı
bələddir. Rusiyada
yaxşı bilirlər
ki, Azərbaycan tərəfindən Ukraynaya
hərbi təyinatlı
məmulatların göndərilməsinə
dair xəbərlər
tamamilə yalandır",
- deyə müsahibimiz
qeyd edib.
Elman Nəsirov
onu da deyib
ki, erməni teleqram kanallarında əvvəllər də belə həqiqətə
söykənməyən xəbərlərin
yayılmasına cəhdlər
edilib: "Ona görə də belə dezinformasiyaların
ciddi qəbul edilmək ehtimalı çox aşağıdır.
Bu məlumatların heç bir əsası yoxdur. Ermənipərəst qüvvələrin
bizə qarşı sərgilədikləri bu ənənəvi davranışları
da fiaskoya uğradı. Məqsədlərinə
çatmaq üçün
hər çirkin vasitəyə əl atan təxribatçıların
bütün cəhdləri
daim boşa çıxıb. Ermənistan
hadisələri özünə
sərf edən kimi ictimailəşdirməyi
yaxşı bacarsa da, nəticədə məğlubiyyətə məhkumdur".
Deputat yekunda vurğulayıb ki, Ermənistan saxta vədlərə aldanaraq nəticəsiz cədlər
etməkdənsə, sülh
istiqamətində real
addımlar atmalıdır.
Sözsüz ki, regionda davamlı və dayanıqlı sülhün bərqərar
olması Azərbaycandan
çox, məğlub
Ermənistana lazımdır.
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2024.-
28 mart, № 63.- S.10.