Ermənistan böyük güclərin ayaqları altında əzilməyə doğru gedir

 

 

"Ermənistan təhlükəli oyunlar oynayır. Bu ölkə Cənubi Qafqazda formalaşmış geosiyasi konfiqurasiyanın dağılmasına regionun yeni münaqişə məkanına çevrilməsinə xidmət edən addımlar atır. İrəvan Qərbin Cənubi Qafqazda hərbi cəhətdən mövcudluğunu təmin etmək üçün cəhdlər edir".

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat söyləyib ki, bir neçə gün əvvəl Ermənistan parlamentində Avropa İttifaqının missiyasının statusunun ratifikasiya olunması ABŞ hərbçilərinin regiona gəlməsinə imkan yaradacaq bu, Cənubi Qafqazı nüfuz rəqabəti məkanına çevirəcək: "Nəzərə almaq lazımdır ki, ilk dövrdə Avropa İttifaqı Azərbaycan Ermənistanla birgə qısamüddətli missiyanın həyata keçirilməsini razılaşdırmışdı. Amma sonradan Ermənistanla Avropa İttifaqı birtərəfli qaydada missiyanın müddətini uzatdılar, kontingentin sayını 2 dəfədən çox artıraraq 200 nəfərə çatdırdılar. İndi isə bu məsələni Ermənistan parlamentdə ratifikasiya etməklə ABŞ Aİ-nin missiyasının tərkibinin daha da artırılmasına şərait yaradırlar. Həmçinin binokl fotoaparatlarla şəkil çəkməklə kifayətlənən missiyanın gələcəkdə silahlı hərbçilərlə əvəz olunacağına şübhə qalmır".

Deputat bildirib ki, Ermənistan parlamentininmissiyasını ratifikasiya etməsi Paşinyanın aprelin 5-də Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşə hazırlığı kimi qəbul edilə bilər: "Bu görüş çərçivəsində hətta "Ermənistanın təhlükəsizliyinə zəmanət" adlı sənədin qəbul olunacağı da bildirilir. Qərb bu addımları ilə Cənubi Qafqazda baş verən prosesləri birtərəfli şəkildə həll etməyə cəhd göstərir. Bu isə Azərbaycanın maraqlarına ziddir, çünki proseslər sərhədlərimizdə baş verir. Ölkəmiz məğlub Ermənistana sülh əməkdaşlıq təklif etdiyi halda, İrəvan hakimiyyətinin regionda ABŞ Aİ-nin hərbi bazasını yaratmağa çalışması qəbuledilməzdir".

Azər Badamov ABŞ Avropa İttifaqının Ermənistanı qorumaq cəhdlərinin absurd olduğunu qeyd edib. Deputat deyib ki, Azərbaycan müharibənin başa çatdığını Ermənistanın ərazilərində gözü olmadığını açıq şəkildə bəyan edib. Qərb isə Cənubi Qafqazda sülhün əməkdaşlığın bərpasına maraq göstərmədiyinə görə Ermənistanı silahlandırır şirnikləndirir. Qərbin bu addımları regionumuzu yenidən müharibə meydanına çevirmək kimi çirkin niyyətindən irəli gəlir.

"Qərbin hərbi bazasının Ermənistanda yerləşdirlməsi istəyi ilk növbədə  Rusiya İrana əzələ nümayişidir.  Uzun illərdir ki, Rusiya Ermənistanda 102-ci hərbi bazasını saxlayır bu ölkənin sərhədlərini qoruyur. Belə olan halda, ABŞ-nin hərbi bazasının Ermənistanda yerləşdirilməsi Rusiyanın 102-ci bazası ilə Qərbin üz-üzə gəlməsinə gətirib çıxaracaq. Beləliklə, Rusiya hərbçiləri ilə Qərb hərbçiləri arasında toqquşmaların baş verməsi gözləniləndir", - deyə müsahibimiz vurğulayıb.

Deputat əlavə edib ki,  İranla ABŞ münasibətlərində uzun illərdir ki gərginlik yaşanır, ABŞ-nin təşəbbüsü ilə Qərb İrana sanksiyalar tətbiq edib: "Deməli, ABŞ-nin digər məqsədi İrandakı maraqlarını həyata keçirmək üçün Ermənistan ərazisindən hərbi plasdarm kimi istifadə etməkdir. Bu baxımdan ABŞ-nin hərbi bazasının Ermənistanda yaradılması İranın təhlükəsizliyinə böyük təhdiddir. Bu baxımdan Ermənistanın ABŞ hərbçilərini regiona gətirmək planı İran, Rusiya Qərb arasında müharibənin alovlanacağına işarə edir".

Azər Badamov yekunda vurğulayıb ki, erməni tarixi ölkələrarası qarşıdırma gərginlik yaratmaqla zəngindir: "Onlar tarix boyu bu üsullarla qazanc əldə etməyə öyrəşiblər. Lakin Ermənistan rəhbərliyi Qərbə məxsus hərbi bazaları regiona gətirməklə ölkəsini Ukrayna, Livan digər gərginlik ocaqlarına çevrilmiş ölkələrin gününə salacağını anlamır. Cənubi Qafqazda yenidən gərginlik baş qaldıracağı halda,  Ermənistan hərbi güclərin ayaqları  altında əziləcək".

 

N.QAFARZADƏ,

Azərbaycan.-2024.- 28 mart, № 63.- S.10.