Azərbaycanın
antiterror reytinqində ən
yüksək yer tutması "dəmir yumruğ"a verilən qiymətdir
"Global Terrorism Index 2024"
(GTI) hesabatına görə,
Azərbaycan ən təhlükəsiz ölkələr
arasında yer alıb. Reytinq sıralanması indeksləri
terror hadisələri,
ölümlər, ağır
nəticələr, girovlar,
terrorçuluqla mübarizə,
terrorçuluğun araşdırılması
effektivliyi və digər çoxsaylı göstəricilər üzrə
qəbul edilmiş mürəkkəb hesablamalara
əsaslanır.
"0" indekslə sonuncu - 89-cu yerdə qərarlaşan Azərbaycan
dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən
biri kimi ən yüksək reytinqə sahiblənib.
Milli Məclisin
Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev "Azərbaycan" qəzetinə
bununla bağlı bildirib ki, "Global Terrorism Index 2024" hesabatı
da Prezident İlham Əliyevin rəhbərliyi, uğurlu
daxili və xarici siyasəti, həmçinin hüquq-mühafizə
orqanlarının peşəkarlığı
nəticəsində Azərbaycanın
ən təhlükəsiz
ölkələrdən biri
olduğunu göstərir.
Deputat qeyd edib ki, bu
fakt Prezident İlham Əliyevin yürütdüyü siyasətin
daxili sabitliyi, regional təhlükəsizliyi
yüksək səviyyədə
təmin etdiyini, bölgədə sağlam
mühit formalaşdırdığını
bir daha sübut edir: "Azərbaycanın dünyanın
antiterror reytinqində
ən yüksək yer alması həm də ölkəmizin hüquq-mühafizə
orqanlarının yüksək
peşəkarlığından, onların yaratdığı
etibarlı təhlükəsizlik
mühitindən xəbər
verir. Bu məsələdə Dövlət
Təhlükəsizliyi Xidmətinin
(DTX) fəaliyyətini xüsusi
vurğulamaq lazımdır.
Dövlət Təhlükəsizlik
Xidməti həm Vətən müharibəsində,
həm də postmüharibə dönəmində
terrorizmə qarşı
aktiv mübarizə aparıb, terror cəhdlərinin qarşısını
elə ilk addımda, peşəkarcasına
alıb. Elə son zamanlarda İran, Fransa casus şəbəkələrinin
ifşa olunmasında Dövlət Təhlükəsizlik
Xidmətinin fəaliyyəti
təqdirəlayiqdir. Ümumiyyətlə,
belə reytinqlər tərtib olunanda xüsusi xidmət orqanlarının, həmçinin
hüquq- mühafizə
orqanlarının keçirdiyi
əməliyyat tədbirləri
mütləq şəkildə
nəzərə alınır.
Eyni zamanda əməliyyat şəraitinin
tam şəkildə nəzarətdə saxlanması
üçün atılan
addımlar da vacib məsələdir. Azərbaycan xüsusi xidmət orqanları ən ciddi təhdidlərdən
biri sayılan dini radikal qruplaşmalara
qarşı uğurlu
əməliyyatlar həyata
keçirir. Bu qruplaşmalar dövlətçiliyə
qarşı atdıqları
addımlarla gündəmə
gəlirlər. Onların
əvvəlcədən planlaşdırılmış
terror aktlarının
qarşısının alınması
çox vacib məsələdir. Həm
Daxili İşlər
Nazirliyi, həm Dövlət Təhlükəsizlik
Xidməti digər hüquq-mühafizə orqanları
ilə koordinasiyalı
şəkildə bu proseslərdə fəal iştirak edirlər".
Deputat vurğulayıb
ki, Vətən müharibəsi və antiterror tədbirləri zamanı atılan addımlar da reytinqdə yüksəlmənin
ən mühüm göstəricilərindən biridir.
A.Nağıyev düşünür
ki, bütün uğurlu göstəricilər
Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarından
və xüsusi xidmət orqanlarına göstərdiyi qayğıdan
irəli gəlir.
O bildirib ki, Azərbaycanın yerləşdiyi
geosiyasi məkanın
mürəkkəbliyi, çətinliyi
ölkəmizin təhlükəsizlik
pilləsində yüksəlməsinə
əngəl törətməyib.
Çünki dövlət
başçısının siyasətində ölkəmizin
müdafiə qabiliyyətinin
gücləndirilməsi, insanların
təhlükəsizliyi ön
sıradadır.
"Global Terrorism Index 2024" hesabatında yer alan məlumatlar ölkəmizin, onun Prezidentinin və güc orqanlarının tarixi uğuru kimi dəyərləndirilməlidir.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
28 mart, № 63.- S.11.