Azərbaycan yaşıllığa qərq olur

 

 

Bu il ölkə ərazisində 5 milyon ağac əkiləcək

 

 

 

Ölkədə meşə sahələrinin seyrəkləşməsinin azalmasının, torpaqların eroziyası təbii biosenozların yoxa çıxması təhlükəsinin qarşısının alınması istiqamətində işlər davam edir. Bu tədbirlər bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəldilir.

Dövlət Statistika Komitəsi bildirir ki, keçən il Ekologiya Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən 6850 hektar sahədə meşəbərpa tədbirləri həyata keçirilib. Görülmüş tədbirlər çərçivəsində  622,1 hektar sahədə meşə əkinləri, 415,9 hektar sahədə meşə səpinləri işləri aparılıb, 4 hektar sahədə meşə-bağlar, 8 hektar sahədə tez böyüyən ağac cinslərindən ibarət sənaye əhəmiyyətli plantasiyalar salınıb. 5800 hektar sahədə təbii bərpaya kömək işləri görülüb. Xidmət göstərilmiş meşə əkinlərinin, səpinlərinin meşə-bağların sahəsi ümumilikdə 18296,5 hektar təşkil edib.

Bundan başqa, toxmacar cavan bitki şitilləri yetişdirmək məqsədi ilə 16,2 hektar sahəyə toxumlar səpilib, çilik kökləndirməsi üçün 0,4 hektar sahəyə 31,2 min ədəd çilik basdırılıb.

Ötən il ərzində meşə fondu sahələrindən 100 ton ya əvvəlki illə müqayisədə 14,2 faiz çox meyvə, meşə-ağac kol cinslərinin toxumları tədarük edilib. Bunların 97,7 tonu meşə-ağac kol cinsləri toxumlarının, 2,3 tonu isə meyvə ağaclarının toxumlarının payına düşüb. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq yaşıllaşdırma işləri ölkənin bütün regionlarını əhatə edir. O cümlədən paytaxtda yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası ətraf mühitin mühafizəsi istiqamətində işlər ardıcıl aparılır. Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində kütləvi ağac əkilməsi yaşıllaşdırma işləri aparılıb.

Ümumiyyətlə, son vaxtlar Bakının flora müxtəlifliyi xeyli artırılıb, həmçinin şəhərin iqlim şəraitinə uyğunlaşmış yerli ağac növlərinin əkilməsi həyata keçirilib. Eyni zamanda qlobal iqlim dəyişiklikləri su qıtlığı təhlükəsi ilə əlaqədar şəhərdə quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun, həmçinin müxtəlif rəngdə çiçəklənən ağac kolların əkilməsinə üstünlük verilir. Yerli iqlimə uyğun quraqlığa davamlı, xüsusi rəng çalarları ilə seçilən, qırmızı, sarı, rəngdə gülləri ilə şəhərə xüsusi gözəllik verəcək Lənkəran akasiyası, çezalpiniya, jumolas, qlisiniya əkilməsi, yeni formada yaşıllıq güşələrinin yaradılması həyata keçirilib. Sakinlərin daha çox olduqları gəzinti istirahət yelərində - Mərkəzi, Qış, "Atatürk", "Gənclik" "Nizami Gəncəvi" parklarında, əsas prospekt küçələr boyunca hələ keçən mövsümdən yeni kollar əkilib. Həmin ərazilərdə ağacların yanında əkilmiş sarmaşıqlar ətrafa xüsusi yaraşıq verir.

"Yaşıl dünya naminə həmrəylik ili"ndə yaşıllaşdırma işləri  daha geniş məna-məzmun kəsb edir getdikcə vüsət alır. Hələ bir neçə ay əvvəl elan olunub ki, bu il ölkədə 5 milyon ağacın əkilməsi planlaşdırılır. Ağacların 3 milyondan çoxunun Ekologiya Təbii Sərvətlər Nazirliyi tərəfindən əkilməsi nəzərdə tutulur. 2 milyon ağacın əkilməsini isə müxtəlif dövlət qurumları, icra hakimiyyətləri həyata keçirəcək.

"Yaşıl dünya naminə həmrəylik ili"ndən yurdumuzun hər guşəsinə yadigarlar qalacaq. Belə ki, yaşıllaşdırma işləri getdikcə respublikanın bütün rayonlarında genişlənir. Məsələn, bu il başlayandan Göyçay rayon mərkəzinin Heydər Əliyev prospektində respublika əhəmiyyətli Bakı-Şamaxı-Yevlax avtomobil yolunun şəhərin Natəvan küçəsindən keçən hissəsində 950 ədəd ağac əkilib. Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.

Sözügedən aksiya zamanı ərazidə təmizlik abadlıq işləri aparılıb, 500 ədəd Eldar şamı 450 ədəd küknar ağacı əkilib. Yeni əkilən tinglər suvarılıb ərazidəki digər ağaclara aqrotexniki qaydada qulluq göstərilib.

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Samux rayonunda da ağacəkmə aksiyası keçirilib. Aksiyada rayon icra hakimiyyətinin əməkdaşları, şəhid ailələrinin üzvləri, gənclər rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir zamanı rayonun Ziyadlı kəndində, Kür yolunun kənarına rayonun torpaq-iqlim şəraitinə uyğun müxtəlif cinsli 600 ədədə yaxın ağac əkilib.

Yaxşı olar ki, bütün regionlarda sakinlər öz həyətlərində bu cür gözəl ağaclar, güllər kollar əksinlər. Bu, həm "Yaşıl dünya naminə həmrəylik ili"nə, həm ölkəmizin evsahibliyi edəcəyi  COP29-a hər birimizin töhfəsi olar.

 

Flora SADIQLI,

Azərbaycan.-2024.- 28 mart, № 63.- S.11.