“Xalq yazıçısı Mehdi
Hüseyn - 115” adlı
kitab sərgisi açılıb
Milli Kitabxanada Xalq yazıçısı
Mehdi Hüseynin 115 illiyi münasibətilə
kitab sərgisi açılıb.
Kitabxanadan
AZƏRTAC-a bildirilib ki, “Xalq yazıçısı Mehdi
Hüseyn - 115” adlı sərgidə yazıçının əsərləri
yer alıb. Həmçinin, dünya ədəbiyyatından
tərcümələri və
redaktə etdiyi, haqqında yazılmış
kitablar Azərbaycan və müxtəlif dillərdə nümayiş
olunub.
İctimai dövlət
xadimi, şərəfli
ömrünü vətəninə
və xalqına həsr edən əbədiyaşar yazıçı
1909-cu il martın 22-də
Qazax rayonunun II Şıxlı kəndində
ziyalı ailəsində
anadan olub.
Mehdi Hüseyn ədəbiyyat və mədəniyyətimizi sənət
inciləri ilə zənginləşdirən, əsərlərində
bəşəri fikir
və ideyaları əks etdirən istedadlı sənətkardır.
“Daşqın”, “Kin”,
“Fəryad” kimi povestlərin, “Tərlan”,
“Abşeron”, “Qara daşlar”, “Səhər”,
“Yeraltı çaylar
dənizə axır”
adlı romanların müəllifidir.
Azərbaycan.-2024.-
28 mart, ¹ 63.- S.15.