Tələbə
gənclər daha çox ingilisdilli kitablara maraq göstərirlər
Böyük maarifçi
Həsən bəy Zərdabi: "Yaxşı
kitab çox qiymətli xəzinədir",
- deyib. Kitabxanalar həmin dəyərli xəzinənin yalnız toplandığı və
saxlandığı yer
deyil. Eyni zamanda ondan bəhrələnmək
istəyənlərin üz
tutacaqları məkandır.
Bu gün bir çoxu oxucuların sayının
azalmasından, xüsusilə
də gənclərin
kitablara marağının
qaneedici səviyyədə
olmamasından gileylənir.
Oxucularının əksəriyyəti
tələbə gənclər
olan Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru Nigar İsmayılova bu məsələdə pessimist
olmadığını söyləyir:
"Bir şeyi nəzərə almaq lazımdır ki, internetin geniş imkanları artıq ənənəvi kitablara da təsir göstərmişdir.
Belə ki, müasir dövrdə internetin zəngin informasiya ehtiyatları ilə yanaşı, kağız kitabları əvəzləyən elektron
formatda kitabların, elektron kitabxana və elektron resursların meydana gəlməsi həyatın
bütün sahələrinə
təsir etməkdədir
və qəbul etməliyik ki, bu təsirdən qaçış yoxdur. Amma bütün bunların fonunda yenə də bizim oxucuların kitabxanaya və kitablara olan marağı bizi qane edir".
Qeyd edək ki, BDU-nun Elmi
Kitabxanası oxuculara xidmət işinin təşkili, oxucu tələbatının ödənilməsində
ali məktəb kitabxanaları arasında ən böyük məlumat-biblioqrafiya aparatına
və mükəmməl
kataloq sisteminə malik olan kitabxanadır.
Elmi Kitabxana Universitetin professor-müəllim
heyəti, əməkdaş
və tələbələri
ilə yanaşı, elmi-tədqiqat işi ilə məşğul olan bütün tədqiqatçılara xidmət
göstərir.
Müsahibimiz özü
də 1995-1999-cu illərdə
Bakı Dövlət Universitetində təhsil alıb. İnformasiya və sənəd menecmenti (Kitabxanaçılıq)
fakültəsinin əyani
şöbəsinin bakalavriatura
pilləsini, 1999-2001-ci illərdə
isə həmin fakültənin magistratura
pilləsini kitabxanaşünaslıq
ixtisası üzrə
fərqlənmə diplomu
ilə bitirib. Tarix üzrə fəlsəfə doktorudur.
Nigar İsmayılova
2020-ci ildən BDU-nun Elmi Kitabxanasının direktoru və BDU Elmi Şurasının üzvüdür.
Müsahibim qeyd
edir ki, ümumiyyətlə, respublikamızda
Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq gənclərə göstərilən dövlət
qayğısının əhatə
dairəsi kifayət qədər genişdir. Gənclər isə öz növbələrində
dövlətin qayğısından,
onlar üçün
yaradılan əlverişli
şəraitdən maksimum
dərəcədə bəhrələnərək
müstəqil Azərbaycanın
inkişafı naminə
böyük fəallıq
nümayiş etdirirlər.
Mütaliəyə marağın
yüksək olması
qədər oxumaq üçün hansı kitabların seçilməsi
də əhəmiyyətlidir.
BDU-nun Elmi Kitabxanasının direktoru
deyir: "Oxucularımızın
böyük əksəriyyətinin
tələbələr olduğunu
nəzərə alaraq,
tam əminliklə deyə bilərəm ki, daha çox
üstünlük elmi-tədris
ədəbiyyatına verilir.
Təbii ki, bu o demək deyil ki, bədii
ədəbiyyata ehtiyac
duyulmur. Kitabxanamızın
fondlarında qorunan
"Klassik Azərbaycan
ədəbiyyatı", "Müasir Azərbaycan ədəbiyyatı", "Azərbaycan
antologiyaları", "Ədəbiyyat
antologiyaları", "Dünya
ədəbiyyatı", "Dünya ədəbiyyatı
klassikləri", "Dünya
uşaq ədəbiyyatı"
və s. bu kimi seriyalarda nəşr olunan kitablara da daim
tələbat vardır.
Ali məktəb tələbələri isə
hazırda daha çox ingilis dilli kitablara maraq göstərirlər.
- Bir zamanlar bu universitetdə təhsil alanlar lazım olan dərslikləri ya tapa bilmirdilər, ya da ana
dilimizdə olmurdu. Bəs bugünkü tələbələr necə,
belə problemlərlə
qarşılaşırlarmı?
Sualımızı cavablandıran
Nigar İsmayılova bildirir ki, hal-hazırda
fondlarımızda müxtəlif
səviyyələrdə təhsil
alan tələbələr
üçün tədris
prosesində tələb
olunan dərslik və dərs vəsaitlərinin böyük
əksəriyyəti mövcuddur:
"Bunların içində
ana dilində olanların da sayı yetəri qədərdir. Bir şeyi də vurğulamaq istəyirəm
ki, Bakı Dövlət Universitetinin
"Nəşr evi"
universitetin professor-müəllim
heyətinin elmin müxtəlif sahələrinə
dair fundamental əsərlərini çap
edərək kitabxanaya
təqdim edir".
Kitabxananın direktoru
2000-ci illərdə artıq
Elmi Kitabxanada elektron kataloq və elektron kitabxananın yaradılması
işlərinə başlanıldığını
deyir. Bu iş hazırda da davam etdirilir.
Elmi Kitabxananın
beynəlxalq nəşriyyatlarla
əməkdaşlığı sayəsində istifadəçilər
üçün 13000-dən çox elektron jurnal, 8000-ə yaxın elektron kitab və müxtəlifməzmunlu
məlumat bazalarından
istifadə imkanı yaradılıb. Elmi Kitabxananın oxucuları daha çox "Academic
Search Premier", "MasterFILE", "GreenFILE",
"Library", "İnformation Science & Technology
Abstracts", "Business Source Premier", "eBooks" məlumat
bazalarının elektron resurslarından istifadə edirlər.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2024.-
28 mart, № 63.- S.15.