Bakı
Marionet Teatrının
“Arşın mal alan” tamaşası Cenevrədə nümayiş
etdirilib
Cenevrədə “Les Salons”
teatrının səhnəsində
Bakı Marionet Teatrının “Arşın
mal alan” tamaşası uğurla nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tamaşa
Azərbaycan mədəni
irsini təşviq edən, onu Avropada, xüsusilə də İsveçrədə
populyarlaşdıran “İrs”
(Heritage) Assosiasiyasının təşkilatçılığı ilə baş tutub. Assosiasiya Azərbaycanın zəngin
tarixi, musiqi və teatr irsini
təşviq etmək
məqsədilə tanınmış
dramaturqların, yazıçıların
və bəstəkarların
əsərlərini yerli
ictimaiyyətə təqdim
edir. Bu dəfə Assosiasiyanın
təşkilatçılığı ilə dahi bəstəkar
və dramaturq Üzeyir Hacıbəylinin
milli folklorumuzun incisi olan “Arşın
mal alan” əsəri Cenevrədə
təqdim edilib. Bakı Marionet Teatrının yaradıcısı
və bədii rəhbəri Əməkdar
incəsənət xadimi
Tərlan Qorçunun
konseptual ideyasına uyğun olaraq, Üzeyir Hacıbəylinin
yaradıcılıq irsi
bu teatrın repertuar siyasətini təşkil edir. “Les Salons” teatrında “İrs” Assosiasiyasının
üzvləri “Arşın
mal alan” tamaşasının nümayişi
çərçivəsində “Leyli və Məcnun”
tamaşasının kuklaları,
bu tamaşa üçün Azərbaycan,
Gürcüstan və
Baltikyanı ölkələrin
rəssamlarının hazırladığı
dekorasiyalar, geyimlər,
ağac üzərində
oymalar sərgilənib.
Bakı Marionet
Teatrının hazırladığı
“Arşın mal alan” tamaşası ilk olaraq Cenevrədə
BMT-də çalışan
diplomatik korpusun üzvləri üçün
nümayiş olunub. Sonra tamaşa iki gün ərzində
üç dəfə
yerli ictimaiyyət üçün nümayiş
etdirilib. Beləliklə,
isveçrəli teatrsevərlər
gənc Əsgərlə
Gülçöhrənin səmimi
sevgi axtarışında
hekayətindən bəhs
edən Azərbaycan folklorunun incisi “Arşın mal alan” tamaşası vasitəsi ilə 20-ci əsrin əvvəllərinin
Bakısı ilə tanış olublar.
Bakı Marionet
Teatrının Azərbaycan
xalqının zəngin
mədəni irsinin ən müxtəlif sahələrini bir araya gətirir, poeziya, musiqi, milli geyim, naxış
və rəqslərimizə
dair dolğun təsəvvür yaradır.
Burada müasirlik tarixlə ayaqlaşır,
klassik irs modern axtarışlarla uzlaşır, ənənələr
yeniliklərə qovuşur,
Şərq ilə Qərb birləşir.
Üzeyir musiqisinin
qüdrəti teatrın
hər bir marionet kuklasında, dekorasiyalarda, aktyorlarımızın
ifaçılıq tərzində
öz əksini tapır. Məhz bunun sayəsində teatrın tamaşaları,
dilindən və yaşından asılı
olmayaraq hər bir kəs üçün
anlaşıqlı və
maraqlıdır. Fransa,
Almaniya, ABŞ, Rusiya,
Polşa kimi ölkələrdə uğurla
nümayiş olunub.
Azərbaycan.-2024.-
28 mart, ¹ 63.- S.16.