Xocalı
soyqırımı zamanı
itkin düşən Akif Mahmudov torpağa
tapşırılıb
Ceyranbatan qəbiristanlığında
çoxdan idi ki, belə izdiham
yaşanmırdı. Əllərində
üçrəngli Azərbaycan
bayraqları, təzə-tər
qərənfillər, qızılgüllər
tutan gənclər dəfn mərasiminə axışırdılar. Üzlərdə
kədər oxunur, gözlərdə yaş gilələnmişdi. Onlar
32 il əvvəl Xocalıda soyqırımı
gecəsində itkin düşən Akif Mahmudovla son vida mərasiminə gəlmişdilər.
Martın 27-də Ceyranbatan
qəsəbəsindəki qəbiristanlıqda
Xocalı rayonu ərazində aşkarlanmış
məzarlıqdan qalıqları
tapılmış, Xocalı
soyqırımı zamanı
itkin düşmüş
şəxslərdən Akif
Seydulla oğlu Mahmudovun dəfn mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə
Xocalı və Abşeron Rayon İcra hakimiyyətlərinin
rəhbərliyi, Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidmətinin Xocalı
Rayon Bölməsinin rəhbərliyi, şəhidin
ailə üzvləri,
qohumları, Xocalı
rayon sakinləri, şəhid ailələri,
qazilər, ictimaiyyət
nümayəndələri iştirak
ediblər.
Dəfn mərasimində
çıxış edən
Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar
Usubov və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin
Fərzəliyev Vətən
müharibəsində Prezident,
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi altında
Azərbaycan Milli Ordusunun əldə etdiyi möhtəşəm
Zəfər və ötən ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Qarabağ
torpaqlarının erməni
işğalçılarından tamamilə azad edilməsi, ölkəmizin
suverenlik və ərazi bütövlüyünü
tamamilə bərpa olunması, uzun illərin həsrətindən
sonra məcburi köçkünlərin öz
doğma torpaqlarına
qayıdışından bəhs
edib və bu yolda şəhid
olanların hər birinin xatirəsinin əziz tutulduğunu vurğulayıblar.
Mərhum Akif Mahmudovun qardaşı Nəsib AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib:
“Ailədə 4 qardaş
və 4 bacı olmuşuq. Akif ailəmizin altıncı övladı idi. Biz hər ikimiz
könüllü olaraq
özünümüdafiə dəstəsinin üzvləri
sırasında idik. Faciə gecəsi mən “Artezian postu”nda olmuşam,
Akif isə həmin gecə Fin evlərinin yaxınlığındakı postda
idi. Həmin axşam ermənilərin çox dəhşətli
artilleriya atəşləri
başlandı. Yerli özünümüdafiə qüvvələri
isə yalnız avtomat və pulemyotlarla silahlanmışdı.
Ermənilər isə
tank, zirehli texnika ilə silahlanmışdılar və
ən müasir döyüş silahları
ilə Xocalını
atəşə tuturdular.
Onların aramsız atəşi qarşısında
təxminən iki saat duruş gətirə bildik. Ailə üzvlərimizi atəş altından çıxararaq Ağdama
gətirdim. Həmin gecə Akifdən xəbər tuta bilmədik, yenidən onun ardınca Xocalıya qayıtmaq istəyəndə yaralanaraq
ermənilərə əsir
düşdüm. 18 gün
əsirlikdə qalandan
sonra buraxıldım.
Aradan ötən bu uzun illər
ərzində Akifi itkin hesab etmişik.
Xocalıda aşkarlanan
kütləvi məzarlıqda
qardaşımın da
nəşi tapıldı”.
Mahmudovlar ailəsinin
yaxın qohumu Yaqub İsmayılov isə bunları əlavə edib: “Xocalı soyqırımı
baş verəndə Akifin 30 yaşı var idi. Təzə
ailə həyatı qurmuşdu, iki oğlu var idi.
Akif son saata qədər Xocalını müdafiə
edənlərdən olub.
Ermənilər onu və onunla birlikdə bir neçə sakini əsir götürərək
dəhşətli işgəncələr
verdikdən sonra onları qətlə yetirib və Xalça fabriki adlanan ərazinin yaxınlığında basdırıblar.
Həmin gecə onun anası Məruzə, bacısı
Dilarə və bacısı uşağı
da şəhid olub”.
Akif 1962-ci il aprelin 26-da dünyaya gəlib, 1992-ci il fevralın 26-da itkin düşüb. 2024-cü il
martın 27-də isə
torpağa tapşırıldı.
Mərhumun dəfn
mərasimində mərhumun
ruhuna dualar oxunub, fatihə verilib.
Akif Mahmudovun məzarı üzərinə
əklillər qoyulub,
qərənfil və qızılgüllər düzülüb.
Azərbaycan.-2024.-
28 mart, ¹ 63.- S.16.