Hayastanda hakimiyyətdaxili savaş güclənir

 

 

Müxalifət küçə mübarizəsini bərpa edir

 

 

 

Bu günlərdə Hayastanda narazılıq qarşıdurma hallarının daha da artması, müxalifətlə hakimiyyət arasında ziddiyyətlərin bir qədər kəskinləşməsi müşahidə olunur.

Müxalifət gələn aydan planlaşdırdığı aksiyalarla baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağı hədəfləyir. Etirazlara səbəb kimi hakimiyyətin yürütdüyü uğursuz siyasət göstərilir. Müxalifətçilər baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər.

"Joğovurd" nəşri yazıb ki, müxalifət yaxın vaxtlarda küçə mübarizəsini bərpa etmək niyyətindədir. Söhbət xüsusilə Ermənistan parlamentinin "Hayastan" fraksiyasından gedir. Qeyd edilib ki, bu günlərdə müxalifətçilər mütəmadi olaraq görüşlər keçirir küçə mübarizəsi planını müzakirə edirlər ki, indiki iqtidarın hakimiyyətdən uzaqlaşdırılmasına nail ola bilsinlər. Müxalifət ilkin olaraq aprel ayından etibarən aksiyaları bərpa etmək niyyətindədir.

Qeyd edək ki, son vaxtlar "Hayastan" fraksiyasının deputatları mütəmadi olaraq vilayətlərə baş çəkir sakinlərlə görüşür, təhlükəsizlik məsələlərini müzakirə edirlər. Bu görüşlər həm vilayət sakinlərini küçə mübarizəsi prosesinə cəlb etmək məqsədi daşıyır. Küçə mübarizəsi ətrafında geniş konsolidasiya yaratmaq üçün müxtəlif parlamentdənkənar qüvvələr fiqurlarla da müzakirələr aparır. Bütün bunların fonunda hakimiyyətdaxili mübarizə İrəvanda geniş müzakirə predmetinə çevrilməkdədir. Düzdür, iqtidar düşdüyü vəziyyətə görə bir çox xarici dövlətləri, o cümlədən əsas müttəfiqi olan Rusiyanı ittiham edir. Elə buna görədir ki, bütün istiqamətlərdə Rusiyanın maraqlarına uyğun gəlməyən addımlar atır.  

"4rd.am" nəşri yazır ki, Nikol Paşinyan qədər Hayastanın hakim "Vətəndaş Müqaviləsi" partiyasının üzvlərinin yekdilliklə onun fikrini təkrarlamalarına məcbur etsə , daxili xarici siyasət məsələlərində partiyada əvvəlki birlik yoxdur. Qeyd edilib ki, artıq demək olar ki, nikolçular qriqoryançılar olmaqla 2 əks qütb yaranıb. Söhbət Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryandan gedir. O, həmişə güclü qərbyönlü olub, anti-Rusiya bəyanatları verib, lakin Ermənistanınüzvlüyünə namizəd olmaq üçün müraciət təqdim etməsi məsələsinin müzakirəsi zamanı öz mövqeyi ilə partiya üzvlərini təəccübləndirib, Paşinyanın nəyin bahasına olursa-olsun tez bir zamanda Avropaya meyil etmək siyasətinə qarşı çıxıb.  Qriqoryan müzakirələr zamanı Rusiya Federasiyası ilə bağlı müsbət mövqe bildirməsə , Hayastanın Rusiya Federasiyasından asılılığının sonuncudan ayrılmasının mənfi nəticələrini təqdim edib. O, belə mövqenin tərəfdarıdır ki, Hayastanın inkişafı regional formatda mümkündür burada Rusiyanın mühüm rolu var.  "İstisna deyil ki, hakimiyyət reytinqinin aşağı düşdüyünü anlayaraq, komanda daxilində növbəti seçkilərdə idarə oluna biləcək əks çəkiyə malik "müxalifət" qüvvəsi formalaşdırmağa çalışır" - deyə nəşr bildirib.

Beləliklə, müxaliflər İrəvanda etirazlara başlayacaqlarını bəyan etməklə bu yoldan dönməyəcəklərini bildirirlər.  Paşinyan isə ona qarşı yönəlmiş təhdidləri güc yolu ilə aradan qaldırmağı düşünür. Bu isə o deməkdir ki, Hayastanda qarşıdakı dövrdə qanlı günlər yaşana bilər.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2024.- 28 mart, № 63.- S.16.