Sahibə Qafarova Parlamentlərarası
İttifaqın Assambleyasında
Azərbaycanın COP-29-a ev
sahibliyindən bəhs
edib
İqlim dəyişikliyi
kollektiv səy tələb edən ən böyük problemlərdən biridir və gələcək nəsillərin taleyi bu gün atacağımız
addımlardan asılıdır.
Azərbaycanın BMT-nin
İqlim Dəyişikliyi
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının
(COP-29) ev sahibi olaraq seçilməsi və tədbirin bu ilin noyabr
ayında Bakıda keçirilməsi Azərbaycanın
təkcə milli deyil, həm də regional və qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizə səylərinin
tanınması kimi qiymətləndirilməlidir.
AZƏRTAC xəbər
verir ki, bu fikirləri Milli Məclisin sədri və Parlamentlərarası
İttifaqda Azərbaycan nümayəndə heyətinin rəhbəri
Sahibə Qafarova İsveçrənin Cenevrə şəhərində
keçirilən Parlamentlərarası İttifaqın 148-ci
Assambleyasında çıxışı zamanı səsləndirib.
Milli Məclisin
sədri Azərbaycanın COP-29-a ev sahibliyi etməsindən
böyük şərəf duyduğumuzu və bu məsələdə
məsuliyyəti də dərk etdiyimizi deyib. O bildirib ki, ümumi
iş naminə toplumları və ölkələri birləşdirmək
potensialına malik olan Azərbaycan beynəlxalq ictimaiyyətin
iqlim dəyişikliyinə
yönəlmiş, ədalətli
və dayanıqlı
gələcəyin gerçəkləşdirilməsi
səylərini istiqamətləndirməyə
hazırdır.
İqlim dəyişikliyi
ilə mübarizə
tədbirlərini təşviq
etmək və hədəflərə çatmaq
üçün bütün
tərəflərin iştirakının
vacibliyini vurğulayan
spiker Sahibə Qafarova deyib ki, davamlı və firavan gələcək üçün
ortaq baxışlarımızı
yalnız konstruktiv əməkdaşlıq, daha
böyük məsuliyyət
və kollektiv fəaliyyət sayəsində
həyata keçirə
biləcəyik.
Milli Məclisin
sədri Parlamentlərarası
İttifaqın iqlim dəyişikliyini təcili
müdaxilə tələb
edən dörd prioritet sahədən biri olaraq təyin
etdiyinə diqqət çəkib və bu qurumun parlamentlərin
iqlim dəyişikliyi
ilə mübarizə
və iqlim dəyişikliyi fəaliyyətlərini
səfərbər etmək
səylərini dəstəkləmək
istiqamətində böyük
yol qət etdiyini bildirib.
Spiker diqqətə
çatdırıb ki,
bu məsələnin
Parlamentlərarası İttifaqın
fəaliyyəti üçün
xüsusi əhəmiyyətini
nəzərə alaraq
və Parlamentlərarası
İttifaqın baş
katibi Martin Çunqonqun
təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Parlamentlərarası
İttifaqla birlikdə
COP-29 çərçivəsində parlament görüşü
təşkil etməyi
planlaşdırır. Bu
görüş parlamentarilərə
iqlim dəyişikliyi
ilə mübarizədə
fikir mübadiləsi aparmaq və iqlim dəyişikliyi ilə mübarizəyə
dair hansı təkliflər verə biləcəklərini müzakirə
etmək üçün
mühüm imkanlar yaradacaq.
Azərbaycan.-2024.-
28 mart, № 63.- S.3.