1941-1945-ci illərdə
İkinci Dünya müharibəsində iştirak
etmiş şəxslərə,
həlak olmuş və ya sonralar
vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə
görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik
maddi yardım verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
1941-1945-ci illər İkinci
Dünya müharibəsində
Qələbənin 79-cu ildönümü
ilə əlaqədar
qərara alıram:
1. 1941-1945-ci illər İkinci Dünya müharibəsində iştirak
etmiş şəxslərə
2,0 (iki) min manat məbləğində,
İkinci Dünya müharibəsində həlak
olmuş və ya sonralar vəfat
etmiş döyüşçülərin
dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə
görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci
Dünya müharibəsi
illərində döyüş
cəbhələrinin arxa
hüdudları, yaxud döyüşən donanmaların
əməliyyat zonaları
daxilində ordunun və donanmanın mənafeyi üçün
tapşırıqları yerinə
yetirmiş xüsusi birləşmələrin işçilərinə,
İkinci Dünya müharibəsi dövründə
Leninqrad şəhərinin
müdafiəsinə görə
müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə
Leninqrad şəhərinin
mühasirəsi iştirakçılarına
1,0 (bir) min manat məbləğində
birdəfəlik maddi yardım verilsin.
2. Bu Sərəncamın 1-ci hissəsinin
icrası məqsədilə:
2.1. Azərbaycan Respublikasının
2024-cü il dövlət büdcəsində
nəzərdə tutulmuş
Azərbaycan Respublikası
Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat vəsait ayrılsın;
2.2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu Sərəncamın
2.1-ci bəndində nəzərdə
tutulmuş vəsaitin
Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etsin;
2.3. Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində
nəzərdə tutulmuş
şəxslərə ödənilməsini
təmin etsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
2 may 2024-cü il
Azərbaycan.-2024.-
3 may, № 90.- S.1.