Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi "Azərbaycan Respublikasının Sənaye Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi "Energetika haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1999-cu il 1 fevral tarixli 85 nömrəli Fərmanının ləğvi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Energetika haqqında" Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1006-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 4, maddə 365 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 aprel tarixli 30 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə"nin 3.0.6-cı 3.0.9-cu yarımbəndləri ləğv edilsin.

2. "Energetika haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 1 fevral tarixli 85 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə  69 (Cild I) ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 may 2024-cü il

Azərbaycan.-2024.- 3 may, № 90.- S.2.