Milli Məclisin sədri Sahibə Qafarova 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Parlamentlərarası konfransında çıxış edib

 

Mayın 2-də Milli Məclisin sədri Sahibə Qafarova 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun "Mədəni irsin qorunmasında qanunvericiliyin rolu qabaqcıl təcrübələr" mövzusuna həsr olunmuş Parlamentlərarası konfransında çıxış edib. Azərbaycan Respublikasının Parlamenti adından qonaqları salamlayan spiker Sahibə Qafarova 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan Parlamentlərarası konfransın işinə uğurlar arzulayıb.

O, bildirib ki, dünən 6-cı Ümumdünya Forumu öz işinə başlayıb. Zati-aliləri cənab İlham Əliyevin açılış mərasimindəki çıxışından gün ərzində keçirilən müzakirələrdən artıq bu Forumun əsas ideyası məlumdur. Bu tədbirin dialoqu, qarşılıqlı etimadı anlaşmanı təşviq etdiyini söyləyən Milli Məclisin sədri deyib ki, müxtəlif mədəniyyətlər, dinlər baxışlar arasında körpülər qurmaq üçün yalnız dialoq vasitəsilə gərginliyi qarşıdurmanı azaltmaq, ayırıcı xətləri aradan qaldırmaq irəliləmək yolunda dürüst fikir mübadiləsinə başlamaq mümkündür.

Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yarandığı gündən Birləşmiş Millətlər Təşkilatı tərəfindən dəstəklənən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası dinlərarası dialoq üçün əsas qlobal platformalardan birinə çevrilib. Təsadüfi deyil ki, Azərbaycan bu təşəbbüsün həyata keçirilməsində böyük uğur qazanıb. Spikerin sözlərinə görə, Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan ləyaqət, sülh dostluq şəraitində birlikdə yaşayan müxtəlif etnik dini qrupların evidir. Bu gün cəmiyyətimiz əsrlər boyu formalaşmış dəyərləri rəhbər tutur. Multikulturalizm xalqımızın ölkəmizin həyat tərzidir. Milli Məclisin sədri bildirib ki, 6-cı Forum çərçivəsində keçirilən bugünkü konfrans parlamentlərin mədəniyyətlərarası dialoqa yanaşmasının əhəmiyyətini göstərir. Biz xalqımızın nümayəndələri parlament üzvləri olaraq, mümkün olan ən yaxşı həllərin tapılmasında iştirak etmək üçün əhəmiyyətli imkanlara sahibik. bu gün burada toplanaraq, mövcud müzakirələrə töhfə verməyə çalışırıq.

Spiker qeyd edib ki, bugünkü konfransın mövzusu mədəniyyətlərarası dialoqun təşviqi üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki mədəni irs insanların kimliyini, tarixini, ənənələrini dəyərlərini təmsil edir. Bu irsin qorunması gələcək nəsillərə ötürülməsi düzgün institusional qanunvericilik yanaşmasını bütün maraqlı tərəflərin bu prosesə fəal cəlb edilməsini tələb edir. Bu mənada, parlamentlərimiz təkcə milli deyil, beynəlxalq səviyyədə mühüm rol oynayır. O, qarşılıqlı dialoq səylərin birləşdirilməsinin, ən yaxşı təcrübələrin mübadiləsinin ümumi hədəflərə çatmağa işimizi daha da zənginləşdirməyə kömək edəcəyini söyləyib.

Milli Məclisin sədri çıxışında həmçinin bildirib ki, yalnız başqasının mədəni irsinə hörmət etməklə öz dəyərlərimizi təbliğ edə dünyanı inkişaf etdirmək üçün konstruktiv mədəniyyətlərarası dialoqda iştirak edə bilərik. Spiker təəssüflə bildirib ki, mədəni irsin qorunması həll edilməli olan problemlərdən biri olaraq qalır. Bu baxımdan münaqişələr müharibələr hələ əsas təhlükədir. Onun fikrincə, bu sahəni tənzimləyən beynəlxalq konvensiyalara hələ lazımi qaydada əməl olunmur. Spiker diqqətə çatdırıb ki, 30 il ərzində Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı işğal olunmuş ərazilərdə ölkəmizin mədəni irsi üçün fəlakətli nəticələrə səbəb olub. Mədəni irsimizin yüzlərlə obyekti qəsdən məhv edilib, talan olunub, qanunsuz yollarla mənimsənilib daşınıb. Bu hərəkətlər Ermənistan tərəfindən işğal olunmuş ərazilərin mədəni irsinə hörmət edilməsi qorunması üzrə beynəlxalq hüququn öhdəliklərinin ciddi şəkildə pozulmasıdır. Sahibə Qafarova tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa işləri aparılır. Bu işlərin əsas prioritetlərindən biri həmin ərazilərdə mədəni irsin bərpası qorunmasıdır. Spiker qeyd edib ki, Azərbaycanın mədəni irsi burada əsrlər boyu yaşamış bütün etnik dini qrupların irsini təmsil edir. Ölkəmizdə müxtəlif dini mədəni abidələr, məscidlər, kilsələr sinaqoqlar yan-yanadırlar. Bu cür mədəni müxtəliflik cəmiyyətimizin güclü tərəfidir bu dəyərlərə hörmət dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bütün tarixi dini abidələrin dövlətin himayəsində olduğunu bildirən Milli Məclisin sədri qeyd edib ki, onların yüzlərlə nümunəsi dövlət maliyyəsi ilə bərpa edilib qorunub saxlanılıb. Mədəni irsin qorunması sahəsində mövcud olan qanunvericilik bazası haqqında da danışan Milli Məclisin sədri bildirib ki, bu istiqamətdə qanunvericilik işi ölkəmizdə sözügedən məsələyə hərtərəfli yanaşmanın vacib bir tərəfidir.

Parlamentimizin qəbul etdiyi çoxsaylı qanunlar, o cümlədən "Mədəniyyət haqqında" Qanun, "Tarix mədəniyyət abidələrinin mühafizəsi haqqında" Qanun, digər qanun dəyişikliklər bu məsələ ilə bağlı effektiv hüquqi bazanın yaradılması üçün çox vacib olmuşdur. Spiker qeyd edib ki, parlamentimiz mədəni irsin qorunmasının müxtəlif aspektləri üzrə mütəmadi olaraq ictimai dinləmələr keçirir. Bu cür dinləmələr bizə bütün maraqlı tərəflərlə məsləhətləşməyə gələcək qanunvericilik proseslərində onların fikirlərini nəzərə almağa imkan verir. Bundan əlavə, parlamentimizin ixtisaslaşmış komitəsinin - Mədəniyyət komitəsinin Mədəniyyət Nazirliyi ilə fəal əməkdaşlığı bu sahədə qanunların hazırlanması, qəbul edilməsi icrası prosesində parlamentin hökumətin səmərəli əməkdaşlığından xəbər verir.

Spiker Sahibə Qafarova onu da deyib ki, Azərbaycanın mədəni irsin qorunması sahəsində fəaliyyəti təkcə milli səviyyə ilə məhdudlaşmır. Müxtəlif ölkələrdə bəşəriyyətin ortaq sərvəti sayılan mədəni irsin bərpası qorunması üçün ardıcıl addımlar atılır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun bu işə verdiyi böyük töhfələr bəşəriyyətin mədəni irsinin qorunmasına mədəniyyətlərarası dialoqun təşviqi işinə əvəzsiz dəstəkdir. Milli Məclisin sədri çıxışının sonunda bugünkü tədbirin əhəmiyyətini bir daha vurğulayaraq, müzakirələrin mühüm nəticələr verəcəyinə birgə səylərə əhəmiyyətli töhfə olacağına əminliyini ifadə edib.

 

Azərbaycan.-2024.- 3 may, № 90.- S.3.