Milli
Məclis ilə AIPA arasında əməkdaşlıq
məsələləri müzakirə
edilib
Milli Məclisin
sədri Sahibə Qafarova Azərbaycanda keçirilən VI Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə ölkəmizdə
səfərdə olan
Cənub-Şərqi Asiya
Dövlətləri Assosiasiyasının
Parlamentlərarası Assambleyasının
(AIPA) Baş katibi Siti Rozaimeriyanti Dato Haji Abdul
Rahman ilə görüşüb.
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkəmizin
ev sahibliyi ilə keçirilən Forumun əhəmiyyəti
və müzakirə olunan mövzuların aktuallığı barədə
fikirlər səsləndirilib.
Milli Məclisin
sədri Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycan Prezidentinin təşəbbüsü ilə
“Bakı Prosesi” əsasında yaradıldığını,
bu Forumun hazırda mədəniyyətlərarası
dialoq, dünyamızı
narahat edən, birgə səylər və əməkdaşlıq
tələb edən məsələlər üzrə
açıq müzakirələr
üçün beynəlxalq
səviyyədə mühüm
platformaya çevrildiyini
bildirib.
Söhbət zamanı
Forum çərçivəsində keçirilən "Mədəni
irsin qorunmasında qanunvericiliyin və qabaqcıl təcrübələrin
rolu" mövzusuna həsr olunmuş Parlamentlərarası Konfransın
sözügedən mövzunun
parlamentarilər tərəfindən
müzakirəsi və
qanunverici orqanlar arasında dialoqun daha da dərinləşdirilməsi
baxımından önəmi
diqqətə çatdırılıb.
Görüşdə Milli Məclis ilə Parlament Assambleyası arasında əməkdaşlıq məsələləri
də müzakirə edilib. Qeyd olunub
ki, Milli Məclis parlament diplomatiyası çərçivəsində
Asiya ölkələrinin
parlamentləri ilə
ikitərəfli və
çoxtərəfli əlaqələrin
gücləndirilməsinə xüsusi önəm verir. Bu baxımdan
Azərbaycan parlamenti müxtəlif sahələrdə
əməkdaşlığın inkişafına təkan verən AIPA ilə əməkdaşlığa xüsusi
diqqət yetirir. Bildirilib ki, Parlamentlərarası Assambleyanın
2022-ci ildə Kamboca Krallığında keçirilmiş
43-cü Baş Assambleyasının
Plenar Sessiyasında Azərbaycan Milli Məclisi təşkilata müşahidəçi üzv
kimi qəbul edilib. Bu, Azərbaycanın
bu təşkilatla əməkdaşlığının daha da dərinləşməsinə
xidmət edir.
Söhbət zamanı,
həmçinin xatırladılıb
ki, 2023-cü ilin martında Manamada Azərbaycan parlamentinin sədrliyi ilə AIPA ilə Qoşulmama Hərəkatının Parlament
Şəbəkəsi arasında
da Əməkdaşlıq
Memorandumu imzalanıb.
Sözügedən sənəd
parlament diplomatiyasının,
dialoqun və əməkdaşlığın inkişafına töhfə
verən qarşılıqlı
faydalı əlaqələrin
daha bir nümunəsidir.
Görüşdə qarşılıqlı maraq
doğuran digər məsələlər haqqında
da fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2024.-
3 may, № 90.- S.3.