Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti
ilə görüşüb
Mayın 2-də Milli Məclisin
sədri Sahibə
Qafarova ölkəmizdə səfərdə
olan İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti
Ciorcio Mule ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
AZƏRTAC-a bildirilib ki, görüşdə
VI Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində keçirilən “Mədəni
irsin qorunmasında qanunvericiliyin rolu və qabaqcıl təcrübələr” mövzusuna
həsr olunmuş Parlamentlərarası Konfransın
əhəmiyyətinə dair
müzakirələr aparılıb.
Milli Məclisin sədri
bu cür forumların mədəni irsin qorunmasında, mədəniyyətlərarası dialoqun güclənməsində,
ikitərəfli və
çoxtərəfli əməkdaşlıq
məsələlərinin müzakirə
edilməsində mühüm
rol oynadığını
qeyd edib, İtaliyanın Avropada ən zəngin mədəniyyətə malik ölkələrdən
biri və Azərbaycana dost ölkə
olduğunu söyləyib.
Görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif
istiqamətlərdə inkişafından
məmnunluq bildirilərək,
qeyd edilib ki, bu gün Azərbaycan
və İtaliya iki yaxın dost və strateji tərəfdaşdırlar. Əlaqələrimizin
bu səviyyəyə
çatmasında ali səviyyədə həyata
keçirilən qarşılıqlı
səfərlər, aparılan
danışıqlar əhəmiyyətli
rol oynayıb. Söhbət zamanı, münasibətlərimizin inkişafında
parlamentlərin də
vacib rolu diqqətə çatdırılıb.
Son illərdə Milli Məclislə
İtaliya parlamentinin hər iki palatası
arasında sıx əməkdaşlıq yarandığı
qeyd edilib.
İtaliya Parlamenti
Deputatlar Palatasının
vitse-prezidenti Ciorcio
Mule VI Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunda iştirakından məmnunluğunu
ifadə edib.
Qonaq müasir Azərbaycanın
inkişafı və qazandığı uğurlar,
parlamentlərarası dostluq
qruplarının fəaliyyəti,
COP29 kimi mühüm tədbirin ölkəmizdə
keçirilməsi barədə
fikirlərini bölüşüb.
Görüşdə qarşılıqlı
maraq doğuran digər məsələlər
barədə də fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2024.-
3 may, № 90.- S.3.