Azərbaycanın
mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa
tövhələri yüksək qiymətləndirilib
Milli Məclisin
sədri Sahibə Qafarova Beynəlxalq Parlamentarilər
Konqresinin baş katibi, senator Sitarə Ayaz ilə
görüşüb.
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildirilib ki,
görüşdə Azərbaycanda keçirilən VI
Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunun əhəmiyyəti və tədbir çərçivəsində
keçirilən müzakirələr haqqında fikir
mübadiləsi aparılıb. Bakının ev sahibliyi ilə
tədbirin təşkili, Azərbaycanın mədəniyyətlər
və sivilizasiyalar arasında dialoqa töhfələri
yüksək qiymətləndirilib.
Söhbət
zamanı, həmçinin Azərbaycan Milli Məclisi ilə
Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa
dair də müzakirələr aparılıb. Azərbaycan
parlamentinin təşkilatın fəaliyyətində
yaxından iştirak etdiyi, Milli Məclisin Beynəlxalq
Parlamentarilər Konqresinin Qoşulmama Hərəkatının
Parlament Şəbəkəsi, Asiya Parlament Assambleyası və
Türk Dövlətləri Parlament Assambleyası ilə
institusional əməkdaşlığının
qurulmasında mühüm rolu qeyd edilib.
Görüşdə
qarşılıqlı maraq kəsb edən digər
mövzular haqqında da fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2024.-
3 may, № 90.- S.3.