Rusiya
Federal Məclisinin Federasiya
Şurasının nümayəndə
heyəti Milli Məclisdə olub
Mayın 2-də Milli
Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Rusiya Federasiyası Federal Məclisinin
Federasiya Şurasının
sədr müavini Konstantin Kosaçovun rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşüb.
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildirilib ki, söhbət zamanı ölkələrimiz arasında
münasibətlərin yüksələn
xətlə inkişaf
etdiyi vurğulanıb,
parlamentlərin dövlətlərarası
əlaqələrin möhkəmlənməsində
önəmli rolu qeyd olunub. Bildirilib
ki, qanunvericilik orqanları arasında dostluq qrupları çərçivəsində, beynəlxalq parlament qurumlarında qarşılıqlı
faydalı əməkdaşlıq
genişləndirilir. Bununla
yanaşı, Azərbaycan
Milli Məclisi və Rusiya Federal Məclisinin ikitərəfli
parlamentlərarası komissiyası
təqdirəlayiq fəaliyyət
göstərir.
Tərəflər 44 günlük Vətən müharibəsində Azərbaycanın
parlaq Qələbəsi,
postmüharibə dövründə
Azərbaycan-Ermənistan münasibətlərinin
normallaşması ilə
bağlı vəziyyət,
bölgədə sülhün
və sabitliyin təmin olunması istiqamətində atılan
addımlar barədə
fikirlərini bölüşüblər.
Bakıda
keçirilən VI Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun xalqlar arasında qarşılıqlı hörmətə
əsaslanan dialoqun qurulması, sülhün, təhlükəsizliyin
təmin edilməsi baxımından daha bir uğurlu addım
olacağına əminlik ifadə edilib, aparılan müzakirələr
müsbət dəyərləndirilib.
* * *
Həmin
gün Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin sədri
Səməd Seyidov da Konstantin Kosaçovun rəhbərlik
etdiyi nümayəndə heyəti ilə
görüşüb.
Görüşdə
dövlətlərarası və parlamentlərarası əlaqələrin
mütəmadi xarakter daşıdığı bildirilib,
ölkələrimiz arasında siyasi, mədəni, humanitar
sahələrdə əməkdaşlığın daha da
genişləndiyi vurğulanıb. Həmçinin ikitərəfli
görüşlərin münasibətlərin inkişafı
və möhkəmləndirilməsi baxımından əhəmiyyətindən
bəhs edilib.
Qeyd olunub ki,
Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə
ev sahibliyi etməsi ölkəmizin dünya miqyasında
günü-gündən nüfuzunun artmasının bariz
nümunəsidir. Bakıda keçirilən VI Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif
qarşılıqlı maraq doğuran məsələlərin
həlli baxımından böyük əhəmiyyət
daşıyır.
Azərbaycan.-2024.-
3 may, № 90.- S.4.