Heydər
Əliyev Fondunun Rusiyadakı layihələri
müzakirə olunub
Bakıda VI Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova Azərbaycan Respublikası
Prezidentinin köməkçisi,
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşüb.
AZƏRTAC xəbər
verir ki, görüşdə Azərbaycanın Rusiya ilə
müxtəlif platformalarda əməkdaşlığı
müzakirə edilib. Bir çox sahələrdə,
o cümlədən humanitar
istiqamətdə sıx
əlaqələrin qurulduğu
qeyd olunub.
Azərbaycanda 300-dən çox orta məktəbdə təhsilin
rus dilində həyata keçirildiyi, Bakı Slavyan Universitetinin, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram
Teatrının fəaliyyət
göstərdiyi bildirilib.
O cümlədən M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filiallarının
fəaliyyəti vurğulanıb.
Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun 20 illik fəaliyyəti dövründə Azərbaycanda
və ölkə hüdudlarından kənarda,
həmçinin Rusiya
Federasiyasında humanitar
sahədə həyata
keçirdiyi uğurlu
layihələr xatırlanıb.
Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri
Sərgisində Heydər
Əliyev Fondunun dəstəyi ilə əsaslı bərpa olunan “Azərbaycan” pavilyonunun fəaliyyəti,
Fondun Rusiya nümayəndəliyinin ikitərəfli
əlaqələrin daha
da genişləndirilməsi
istiqamətində gördüyü
işlər vurğulanıb.
Heydər Əliyev
Fondunun təşkilatçılığı
ilə may ayında Moskvada “Helikon-opera”da konsert proqramının təqdim olunacağı bildirilib.
Azərbaycan.-2024.-
3 may, № 90.- S.4.