Turizm insanları birləşdirir mədəniyyətlərarası dialoqu təşviq edir 

 

 

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də “Turizm insanları birləşdirən mədəniyyətlərarası dialoqu təşviq edən alət kimiadlı panel sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, "Turizm Araşdırmaları Salnaməsi”nin təsisçi-redaktoru Cəfər Cəfərinin moderatorluğu ilə keçən sessiyada çıxış edən Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev COVID pandemiyasından sonra bu il Azərbaycanda turizm sahəsinin tam bərpasına nail olunduğunu, xarici turistlərin sayında xeyli artım qeydə alındığını bildirib.

O, Azərbaycanda turizm sahəsinin inkişafına böyük diqqət yetirildiyini vurğulayıb: “Azərbaycanın turizm potensialı yüksəkdir. Həmçinin turizm insanları birləşdirmək imkanı yaradır. Bütün dünya üzrə turistlərin sayının artmasını nəzərə alaraq, fərqli mədəniyyətlərə malik insanlar davamlı şəkildə mübadilə edirlər. Turizm mədəniyyətlərarası dialoqun inkişafında mühüm rol oynayır".

BMT-nin Dünya Turizm Təşkilatının icraçı direktoru Zoritsa Uroseviç çıxışında Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun çox yüksək səviyyədə təşkil olunduğunu deyib. "Forum vasitəsilə mədəniyyətlərarası dialoqa təsir göstərə bilirik. Turizmin gəlir yerlərinin yaradılmasında rolu məlumdur. Daha aydın desək, yerlərinin 10 faizi məhz turizmlə bağlıdır. Dünyada 2023-cü ildə 1 trilyondan çox turist qeydə alınıb. Bu, kifayət qədər böyük rəqəmdir. Bu mənada, turizmin daxili beynəlxalq dialoqa necə şərait yaratdığını görürük”, - deyə Zoritsa Uroseviç vurğulayıb.

Sarayevo Şəhər Şurasının sədri Yasmin Ademoviç turizmlə bağlı gənclərdə ortaq fikrin çox olduğunu bildirib. O, gənclərə turizmlə bağlı daha çox məlumat verilməsinin vacibliyinə diqqət çəkib.

Tədbirdə çıxış edənSonga Africa”nın təsisçisi Roset Şantal turizmin bərpası baxımından Ruandanın yaxşı nümunə olduğunu deyərək bildirib: "Bu ölkə kiçikdir hazırda bərpa olunur. Turizmin bu baxımdan böyük rolu var. Ölkəmizdə yoxsulluğun aradan qaldırılması statusunu yaxşılaşdırmaq üçün turizmi inkişaf etdirdik. Yenidənbərpa üçün turizm əsas şərtdir. Bu da sülh olmadan mümkün deyil".

Turizm sektorunda gənclər istedadların inkişafı üzrə ekspert Lusi Qarner dünyada son zamanlarda gənclərin ciddi çağırışlarla üzləşdiyini deyib. Diqqətə çatdırıb ki, gənclərin fikirlərini dinləyib, onları dəyərləndirmək lazımdır. "Əsas məqsəd müxtəlif dinə mədəniyyətə mənsub olan gənclərin ünsiyyətinə şərait yaratmaq olmalıdır. Bunun üçün birgə layihələr həyata keçirilməsi əsas şərtdir. Düşünürəm ki, mədəniyyətlərarası dialoq bu baxımdan böyük təsir göstərəcək", - deyə Lusi Qarner vurğulayıb.

Dünya Turizm Etikası Komitəsinin sədrinin icraçısı Daniela Otero turizmin inkişaf etdirilməsinin vacibliyindən danışıb. O, bu sahənin inkişafı üçün belə forumların keçirilməsinin önəmini vurğulayıb.

"Get up and go Colombia”nın həmtəsisçisi direktoru Migel Karvaxal turizm sahəsində icmalara dəstək göstərən layihələrin vacibliyindən bəhs edib: "Bununla bağlı mərkəzlər daha çox qurulmalı, həmin yerlərdə insanlara turizmlə bağlı məlumatlar verilməlidir. Düşünürəm ki, bütün ölkələrdə bu cür yerlər olmalıdır. Çünki həqiqətən , turizm çox vacib sahədir", - deyə M.Karvaxal diqqətə çatdırıb.

Panel sessiya işini müzakirələrlə davam etdirib.

 

Azərbaycan.-2024.- 3 may, ¹ 90.- S.5.