Bakı Forumu çərçivəsində müasir yaradıcılıq sənayesinə aid panel sessiya keçirilib

 

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsindəMüasir inkişaf meyillərinin təmin edilməsində iqtisadi şaxələndirmədə mədəni yaradıcı sənayelərin əhəmiyyətimövzusunda panel sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, “ArtXchange Global”ın icraçı direktoru Ornela Ramasauskaitenin moderatorluğu ilə keçirilən sessiyada ABŞ-ınStirling Fondu”nun prezidenti İdarə Heyətinin sədri Maylz Hansen çıxış edərək bildirib ki, dünyada millətçilik qəbiləçiliyin olması münaqişələrin yaranmasına səbəb olan ən təhlükəli səbəblərdəndir. Onun sözlərinə görə, fəaliyyətlərini bu cür ideyalar üzərində quran qruplar təşkilatlar bəşəriyyəti qütblərə bölür. Bu tendensiya tək Asiyada, şərqdə deyil, özünü ABŞ Avropada da göstərir.

Bu gün Azərbaycanda təşkil olunan Mədəniyyətlərarası Dialoq Forumu fərqli mədəniyyətlər dinlərin birgə müzakirələr aparmasına şərait yaradır. Bu cür tədbirlər dünya mədəniyyətlərini bir araya gətirir”, - deyə M.Hansen bildirib.

Daha sonra “British Council”ın ölkə üzrə direktoru Nərgiz Hacıyeva məruzəçi kimi çıxış edərək təmsil olunduğu qurumun ölkəmizdə həyata keçirdiyi layihələrlə bağlı danışıb. O əlavə edib ki, “British CouncılAzərbaycan Mədəniyyət Nazirliyi ilə birlikdə mühüm layihələr hazırlayıb. Bu layihələr nəticəsində Azərbaycan mədəniyyəti Birləşmiş Krallıqda dünyada tanıdılıb.

Bu il keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanın reallaşdırdığı ekoloji sosial layihələri dünyaya təqdim etməklə yanaşı, gənclərin geniş təcrübə qazanmasına da səbəb olacaq”, - dəyə N.Hacıyeva vurğulayıb.

Alove Animasiyastudiyasının həmtəsisçisi Plastilin-medianınhəmtəsisçisi rəhbəri Oktay Yusibov isə qeyd edib ki, Azərbaycan animasiya yaradıcılığını inkişaf etdirib qonşu digər ölkələrdə nümayiş etdirməsi müsbət nəticələrə yol aça bilər. Onun sözlərinə görə, bunun sayəsində uşaqlar müxtəlif xalqların ölkələrin mədəniyyətini tanıyacaqlar.

Rəqəmsal mediada baş məsləhətçi Nina Lariçeva ilk olaraq ölkəmizlə bağlı təəssüratlarını bildirib. O, Bakıya ilk dəfə gəldiyini deyərək Zaha Hadidin inşa etdiyi Heydər Əliyev Mərkəzinin incəsənət əsəri, Bakının dünyanın gözəl şəhərlərindən biri olduğunu əlavə edib. N.Lariçeva qeyd edib ki, bu gün dünyanın animasiya film sənayesində ABŞ məhsulları çoxluq təşkil edib. Qlobal bazara digər mədəniyyətlərə aid yaradıcılıq məhsullarının da olması lazımdır.

Daha sonra UNESCO-nun Banqladeşdəki daimi nümayəndəsi səfir Xondkar Muhammad Talha, “Bazelevsfilm şirkətinin baş prodüseri Lalə Rüstəmova, Daxili Məlumat Yayıcıların Sosial təsir şöbəsinin tərəfdaş rəhbəri Martina Nadal Türkiyə Yaradıcı Sənayelər Şurasının Prezidenti WDO-nun (Dünya Dizayn Təşkilatı) Avropa üzrə regional müşaviri Sərtac Əray Ərsayın məruzələrlə çıxış ediblər.

 

Azərbaycan.-2024.- 3 may, ¹ 90.- S.5.