Mərkəzi Asiya və Qafqazda
Gənc Sülh Qurucuları Proqramının
işə salınması
müzakirə olunub
VI Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində mayın 2-də “Peace4Culture Qlobal
Çağırışı: Mərkəzi Asiya və Qafqazda BMT-nin Sivilizasiyalar Alyansı (BMTSA) Gənc Sülh Qurucuları Proqramının işə
salınması” mövzusunda
panel sessiya keçirilib.
AZƏRTAC xəbər
verir ki, sessiyaya Gənc Sülh Qurucuları Proqramının
idarə olunması üzrə mütəxəssis Dana
Podmolikova moderatorluq edib.
Panel sessiyada
çıxış edən BMTSA-nın gənc sülh
qurucusu Denis Adesina Daniel Mədəniyyətlərarası
Dialoq Forumunun gənclər üçün böyük təcrübə
olduğunu deyib. “Dünyada baş verən münaqişələrin həlli
üçün aparılan
müzakirələr mənim
üçün olduqca
faydalı oldu. Xüsusilə, qadınların
hüquqları ilə
bağlı məsələlərə,
onların dəstəklənməsi
üçün səslənilən
fikirlərə və
təşəbbüslərə nail olmaq lazımdır”,
- deyə o bildirib.
Sülh qurucusu
Anand Junior çıxışında
Mədəniyyətlərarası Dialoq Forumunun mövzusunun çox əhatəli olduğunu vurğulayaraq qeyd edib ki, Forumda
iştirak edən gənclər müxtəlif
bilik və bacarıqlara yiyələniblər.
Gənc Sülh Qurucuları Proqramının
məqsədindən də
danışan Anand
Junior diqqətə çatdırıb
ki, proqram dünya gənclərinin sülh quruculuğu prosesinə cəlb olunmasını hədəfləyir.
Siyasətdə gənclərin
rolundan da danışan sülh qurucusunun fikrincə, siyasətdə gənclərə
də yer verilməlidir: “Bəzən
gənclərin ideyaları
manipulyasiya edilir. Yaşlı insanlar isə gənclərin yeniliklərini qəbul etmək istəmirlər. Bu kimi hallardan
çəkinmək lazımdır”.
Sonra sülh qurucusu Hazhir Aljaf çıxış
edib. Gənc Sülh Qurucuları Proqramının karyerasına
təsirlərindən danışan
Hazhir Aljaf deyib: “Dünyanın bir çox ölkəsindən olan yeni dostlar tapmaq,
insanları tanımaq,
onların mədəniyyətlərini
kəşf etmək mənim üçün inanılmaz təcrübə
olub. Eyni zamanda, proqram mənim şəxsi karyerama da çox
müsbət təsir
edib”.
BMTSA-nın digər
gənc sülh qurucusu Sarra Messaudi proqram vasitəsilə sülhün
təşviqi ilə bağlı bir sıra müzakirələrin
aparıldığına diqqət
çəkib: “Bu məqsədə nail olmaq üçün araşdırmalar aparırıq.
Bu, bizə çox böyük təcrübə qazandırır”.
Sülh qurucusu
Dania Abraham isə çıxışında
gənclərin dəyişikliyə
hər zaman hazır olduğuna diqqət çəkib. “Onlar fərqli rəyləri eşitməyə,
müzakirələrə hazırdır.
Təklif edirəm ki, gənclərin yeni ideyaları, yaşlı nəslin təcrübələri ilə
birləşsin. Nəsillər
arası əməkdaşlıq
yaransın”, - deyə
o diqqətə çatdırıb.
Sessiya müzakirələrlə
davam edib.
Azərbaycan.-2024.-
3 may, ¹ 90.- S.5.