Bakı
Forumunun növbəti
panel iclası münaqişədən sonrakı
dövrlərdə mədəniyyətin
dirçəldilməsi üçün
sülhün təmin
olunmasına həsr edilib
“Sülh və
qlobal təhlükəsizlik
naminə dialoq” mövzusunda VI Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunun mayın 2-də keçirilən
növbəti panel iclası “Münaqişədən
sonrakı dövrlərdə
mədəniyyətin dirçəldilməsi
və qorunması üçün davamlı
sülhün təmin
edilməsi” mövzusuna
həsr olunub.
AZƏRTAC xəbər verir ki, panel
sessiya Azərbaycanın
UNESCO yanındakı daimi
nümayəndəsi, səfir
Elman Abdullayevin moderatorluğu ilə keçirilib. E.Abdullayev çıxışında dayanıqlı
sülhün önəmli
amil olduğunu bildirib. “Biz tarixi-mədəni irsin qorunması istiqamətində
səylərimizi birləşdirməliyik.
Aydındır ki, müharibələr zamanı
mədəniyyətlərə çox böyük zərərlər dəyir.
Sülhə aparan yol isə heç
də asan olmur. Mədəniyyətlərin
bərpası çağırışlarla
doludur. Eyni zamanda, nəzərə almalıyıq ki, kollektiv səylər hər zaman önəmlidir. Biz dialoq və əməkdaşlıq körpüsü
qurmalıyıq”, - deyə
səfir vurğulayıb.
Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Aktotı Raimkulova diqqətə çatdırıb
ki, Azərbaycan torpaqlarını işğaldan
azad etdikdən sonra həmin ərazilərdə dağıdılmış
mədəniyyət abidələrin
geniş bərpasına
başlayıb. Türk
Mədəniyyəti və
İrsi Fondu bu işə töhfə vermək məqsədilə Füzuli
rayonunun Qoçəhmədli
kəndindəki məscidi
bərpa etməyi planlaşdırır.
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərə məcburi
köçkünlərin qayıdışı
uğurla davam edir. Bu məsələdə
Azərbaycan çox böyük uğurlar qazanıb. “Şuşanın
mədəniyyət paytaxtı
elan edilməsi bu sahədə beynəlxalq əməkdaşlığın
əhəmiyyətli olduğunu
bir daha göstərir”, - deyə
o vurğulayıb.
ICESCO-nun İslam
Dünyası İrs Mərkəzinin direktoru Vebber Ndoro çıxışında
mədəniyyətin təkcə
abidələr deyil, həm də insanlarla bağlı olduğunu deyib. O qeyd edib: “Biz
müharibələr zamanı
insanları qorumalıyıq.
Abidələri bərpa
etmək asandır, burada əsas məsələ insanları
qorumaqla bağlıdır.
İnsanlar mədəniyyəti
özlərinin həyat
tərzi kimi görməlidirlər. Həmçinin
tarixi yaşatmaq üçün tarixi abidələri də mühafizə etmək lazımdır”.
Türkiyə- Azərbaycan
Dostluq, Əməkdaşlıq
və Həmrəylik
Fondunun sədri, Türkiyə Prezidenti yanında Təhlükəsizlik
və xarici siyasət Şurasının
üzvü Aygün Attar ermənilərin Azərbaycan torpaqlarını
işğal altında
saxladığı müddətdə
mədəniyyətləri, abidələri, xatirələri
məhv etdiyini vurğulayaraq bildirib.
O deyib: “Dialoq Forumunun əsas mahiyyəti təkcə Azərbaycan üçün
deyil, həm də bütün dünyanın mədəniyyət
mirasını qorumaqla
bağlıdır. Bu
istiqamətdə görülən
tədbirlər yetərli
deyil. Mədəniyyətin
əsaslı təminatı
olan qeyri-hökumət
təşkilatları, bir
sözlə hər kəs bu məsələlərə
etirazını bildirməlidir
Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan
44 günlük müharibəyə
məcbur qalıb. Məsələnin kədərli
nəticəsi ondan ibarətdir ki, üç minə yaxın şəhid verib”.
İşğal dövründə
Azərbaycanın təbiətinə
də böyük zərər dəydiyini diqqətə çatdıran
Aygün Attar əlavə edib: “Azərbaycanın ekologiyasına
vurulan zərər həm də bütün dünyanın
ekologiyasına vurulan zərərdir. Bu zərərin də maddi dəyəri ödənilməlidir”.
Otuz il boyunca Qarabağda məscidlərin tamamilə
yox edildiyini qeyd edən Türkiyə-Azərbaycan Dostluq,
Əməkdaşlıq və
Həmrəylik Fondunun
sədri deyib: “UNESCO-da mədəni irsin qorunması ilə bağlı qanunu qəbul edənlər bu məsələdə səslərini
çıxarmadı. Dünyada
riyakar siyasət həyata keçirilir, ikili standartlar nümayiş etdirilir. Bütün bu baş verənlərin obyektiv şəkildə hesabı verilməlidir
UNESCO üzrə Türkiyə
Milli Komissiyasının
prezidenti Öcal Oğuz çıxışında
təhsillin və maarifləndirmənin rolundan
danışıb. O, hər
şeyin məhv olduğu dünyaya sülhü necə gətirmək mümkündür
sualına cavab tapmaq üçün
UNESCO-nun yaradıldığın
bildirərək deyib:
“Biz ətrafımızdakı
münaqişələrə qarşı daim mübarizə aparmalıyıq.
Biz dünya olaraq 1954-cü ildə qəbul edilmiş Konvensiyasının arxasında
dayana bilmədik.
UNESCO bu məsələnin
həlli üçün,
ilk növbədə,
təhsilin önəmini
irəli sürüb,
daha sonra mədəni irsin qorunmalı olduğunu təklif edib. Bildirilib ki, əgər mədəniyyətlər
birləşərsə, sülh
əldə etmək daha asan olar.
Miqrasiya edənlərin
də maddi-mədəni
irsinin qorunması üçün UNESCO mexanizmi
əhəmiyyət daşıyır”.
Məşhur fotojurnalist
Reza Deqati çıxışında 45 il
ərzində şahidi
olduğu münaqişələrdən
söz açıb.
O, münaqişələr zamanı infrastruktura, insana dəymiş ziyanlardan danışaraq əsas dağıntının
gözlə görünməyən
yaralanmış ruhlar
olduğunu deyib, mədəniyyəti bərpa
etməyin müxtəlif
üsullarından danışıb.
R.Deqati, həmçinin
Qarabağda son 30 ildə törədilmiş
cinayətləri sənədləşdirdiyini
də vurğulayıb.
Fotojurnalist deyib ki, bəşəriyyət
Qarabağın işğal
altında qaldığı
30 il ərzində orada nə baş
verdiyini bilməlidir.
Azərbaycan.-2024.-
3 may, ¹ 90.- S.6.