Dini
liderlər Füzuli şəhərində olublar
VI Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində dini liderlər işğaldan azad edilmiş Füzuli şəhərində olublar.
AZƏRTAC-ın bölgə
müxbiri xəbər
verir ki, nümayəndə heyəti
əvvəlcə Füzuli
Beynəlxalq Hava Limanına gəlib. Onlara beynəlxalq hava limanı haqqında məlumat verilib. Bildirilib ki, Qarabağın hava qapısı adlandırılan Füzuli
Beynəlxalq Hava Limanı ən müasir səviyyədə
inşa olunub və istənilən hava gəmisini qəbul etmək imkanı var.
Qonaqlar Ermənistanın
30 ilə yaxın işğal altında saxladığı Füzulidə
törədilən dağıntılarla,
həmçinin rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti
tərəfindən həyata
keçirilən bərpa-tikinti
işləri ilə tanış olublar.
Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsinin müavini
Bəşir Hacıyev
qonaqlara 30 illik işğal dövründə
ermənilərin ölkəmizə
qarşı törətdikləri
cinayətlər barədə
ətraflı məlumat
verib. Bildirilib ki, erməni vandalları işğal etdikləri şəhər
və kəndlər kimi Füzuli şəhərini də talayıb, yer üzündən siliblər.
Bütün evlər,
sosial obyektlər dağıdılıb, təsərrüfatlar
məhv edilib.
Diqqətə çatdırılıb
ki, 44 günlük Vətən müharibəsində
qazanılan qələbə
nəticəsində işğaldan
azad olunan ərazilərdə genişmiqyaslı
bərpa-quruculuq işləri
başlanılıb. Füzuli
şəhərində ilk
yaşayış məhəlləsinin
inşası yekunlaşıb
və keçmiş məcburi köçkünlərin
doğma yurda qayıdışı başlayıb.
Nümayəndə heyəti
sonra Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbə
gəlib. Məlumat verilib ki, Özbəkistan
Prezidenti Şavkat Mirziyoyev tərəfindən
özbək xalqı adından hədiyyə olaraq inşa edilən məktəb 960 şagird yerlikdir. İki mərtəbə və zirzəmidən ibarət məktəbdə
40 sinif otağı, 6
laboratoriya, 2 informatika
otağı, 5 funksional
tədris otağı,
500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana var. Məktəbin həyətyanı ərazisində
futbol meydançası,
istirahət və keçiriləcək tədbirlər
üçün yerlər,
qaçış zolaqları,
söhbətgahlar, nəzarət-buraxılış
məntəqəsi, qazanxana,
su çənləri,
transformator yarımstansiyası
inşa edilib. Tikinti işləri yüksək keyfiyyətlə
həyata keçirilib.
Qonaqlar daha sonra Füzuli şəhərində inşa
olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə
gəliblər. Bildirilib
ki, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi
qardaş qazax xalqının Azərbaycan
xalqına hədiyyəsidir.
Təməli 2023-cü ilin
martında qoyulan Mərkəz 1,5 hektar ərazidə yaradılıb.
Obyektin tikinti sahəsi 2700 kvadratmetrdir. İkimərtəbəli binada
600 uşağın bir
neçə növbədə
məktəbdənkənar təhsil alması üçün hər cür şərait yaradılıb. Burada mühazirə zalı, şahmat və kulinariya sinifləri, incəsənət və heykəltaraşlıq studiyası,
xoreoqrafiya və idman zalı, səsyazma kabineti, musiqi və vokal sinfi, foto-video
montaj, veb-dizayn və robototexnika kabinetləri, akt zalı, 3D modelləşdirmə
sinfi var. Mərkəzdə IT-startaplara
və Azərbaycanın
milli mədəniyyətinə,
o cümlədən xalçaçılıq
sənətinə xüsusi
diqqət yetiriləcək.
Nümayəndə heyəti
Füzulidən sonra Şuşaya yola düşüb.
Azərbaycan.-2024.-
3 may, № 90.- S.7.