Şuşada
dini liderlərin görüşü keçirilib,
şəhərlə tanışlıq
olub
Azərbaycan Prezidenti
İlham Əliyevin himayədarlığı ilə
keçirilən VI Bakı
Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində dini liderlər işğaldan azad olunmuş Şuşa şəhərinə səfər
ediblər.
AZƏRTAC-ın bölgə
müxbiri xəbər
verir ki, 38 ölkəni və 10 beynəlxalq təşkilatı
təmsil edən müsəlman, xristian, yəhudi, buddist, induist və digər dinlərin liderləri və nümayəndələri mədəniyyət
paytaxtımız Şuşa
şəhərində dini
liderlərin Şuşa
görüşündə bir araya gəliblər.
Görüşdə əvvəlcə Qafqaz Müsəlmanları İdarəsinin
sədri, şeyxülislam
Allahşükür Paşazadə
çıxış edərək,
Azərbaycanın mədəniyyətlər
və dinlərarası
dialoq və əməkdaşlıq məsələlərinə
daim böyük qayğı ilə yanaşdığını bildirib,
dinlərarası dialoq
və multikulturalizm ideyalarının dünyanın
və bəşəriyyətin
ümumi sərvətlərindən
biri kimi qorunmalı və inkişaf etdirilməli olduğunu qeyd edib.
Sonra BMT Sivilizasiyalar
Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinos, Beynəlxalq Müsəlman
Ağsaqqalları Şurasının
Baş katibi Məhəmməd Əbdül
Salam, Misirin baş müftisi Şövqi Əllam, Rusiyanın Baş ravvini Berl Lazar
və digərləri
Azərbaycan dövlətinin
beynəlxalq əməkdaşlığın
inkişafına, din-dövlət
münasibətlərinin formalaşmasına,
sivilizasiyalararası və
dinlərarası əlaqələrin
möhkəmləndirilməsinə, müxtəlif milli-mədəni
dəyərlərin və
multikulturalizm ənənələrinin
qorunmasına mühüm
önəm verdiyini vurğulayıblar. Görüş
iştirakçıları, həmçinin müxtəlif
mədəniyyətlər və
dinlər arasında əlaqələrin genişlənməsinə
yönəlik dəyərli
fəaliyyət və
səylərə, qarşılıqlı
etimad mühitinin yaradılması işinə
töhfələrinə, VI Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində
dini liderlərin Bakı və Şuşa görüşlərinin
yüksək səviyyədə
keçirilməsinə görə
Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu
ünvanlayıblar.
Dünya mədəni
və mənəvi irsinə aid olan, o cümlədən Azərbaycanın işğaldan
azad olunmuş ərazilərində işğal
dövründə dağıdılmış
mədəni və dini abidələrin bərpası prosesi yüksək dəyərləndirilib.
Şuşa görüşünün
iştirakçıları müzakirələrdə Azərbaycan
dövlətinin beynəlxalq
əməkdaşlığın inkişafına, din-dövlət
münasibətlərinin yüksək
səviyyədə formalaşmasına,
sivilizasiyalararası və
dinlərarası əlaqələrin
möhkəmləndirilməsinə, müxtəlif milli-mədəni
dəyərlərin və
multikulturalizm ənənələrinin
qorunmasına mühüm
önəm verdiyini bildiriblər. Eyni zamanda, Azərbaycanın müxtəlif mədəniyyətlər
və dinlər arasında əlaqələrin
genişlənməsinə yönəlik dəyərli
fəaliyyət və
səyləri, qarşılıqlı
etimad mühitinin yaradılması işinə
töhfələri yüksək
qiymətləndirilib. Dini
liderlər ölkəmizin
mədəniyyət paytaxtı
Şuşada dini liderlərin forumlarının
mütəmadi keçirilməsi
barədə təşəbbüs
irəli sürüblər.
Sonra dünya dini liderlərinin Şuşa Bəyannaməsi
yekdilliklə qəbul
edilib.
İştirakçılar Prezident İlham Əliyevin müəllifi olduğu “Bakı Prosesi”ni alqışlayaraq,
cari ilin noyabrında keçiriləcək
COP29 - İqlim Dəyişikliyi
üzrə Bakı Sammitinin təşkilatçısı
Azərbaycan Respublikasına
uğurlar diləyiblər.
Sonra dini liderlər Şuşada erməni vandalizminin nəticələri ilə
tanış olub, Azərbaycan dövlətinin
bu ərazilərdə
apardığı bərpa,
yenidənqurma işlərinin
gedişatı barədə
məlumatlandırılıblar.
Azərbaycan.-2024.-
3 may, № 90.- S.7.