Dini
liderlərin Şuşa
Bəyannaməsi
VI Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində mayın 2-də müxtəlif
ölkələrin dini
liderlərinin Şuşa
görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşün sonunda
dini liderlərin Şuşa Bəyannaməsi
qəbul olunub. Bəyannamədə deyilir:
“2024-cü ilin 1-3 may tarixlərində
Azərbaycan Respublikasının
Prezidenti cənab
İlham Əliyevin himayədarlığı
ilə təşkil olunan VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində
Bakıda, müxtəlif
ölkələrin dini
liderlərinin “Dinlərarası
dialoq vasitəsilə
etimadın möhkəmləndirilməsi”
mövzusunda plenar sessiyası (Bakı görüşü) və
Şuşa görüşü
keçirilmişdir.
Dini liderlərin Bakı və Şuşa görüşlərinin iştirakçıları
– dünya və ənənəvi dinlərin
liderləri, ictimaiyyət,
elm xadimləri, beynəlxalq
və dini təşkilatların nümayəndələri:
- Azərbaycan
Respublikasının beynəlxalq
müstəvidə sivilizasiyalararası
və dinlərarası
əməkdaşlığın inkişafı, milli-mədəni
və mənəvi dəyərlərin qorunması,
tolerantlıq və multikulturalizm ənənələrinin
təbliğində önəmli
rolunu qeyd edərək,
- Azərbaycan
Respublikası Prezidenti
cənab İlham Əliyevin
VI Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun açılış mərasimində
iştirakını və
dərin məzmunlu çıxışını yüksək dəyərləndirərək;
- Azərbaycan
Hökuməti tərəfindən
VI Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində Dini Liderlərin Görüşünə
göstərilən diqqət
və dəstəyi yüksək qiymətləndirərək,
- Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin
təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi”, “Dünya dini liderlərinin I və II Bakı sammitləri, habelə digər ölkələrdə keçirilən
mühüm forumlar –
“Dünya və ənənəvi
dinlərin liderlərinin
Astana qurultayları”, “Bəhreyn
Dialoq Forumu”, “G20”, “İqlim dəyişikliyi üzrə COP”, “Səudiyyə
Media Forumu” və s. bu kimi platformalarda
dinlərarası dialoq
məsələlərinə həsr olunmuş və qarşılıqlı
etimad mühitinin yaradılması işinə
töhfə verən tədbirlərin əhəmiyyətini
vurğulayaraq,
- Zati-Müqəddəsləri
Roma Papası Fransisk və Əl-Əzhərin
Baş İmamı Şeyx
Əhməd əl-Tayyib
həzrətləri tərəfindən
4 fevral 2019-cu il tarixində
Abu-Dabidə imzalanmış
“İnsani Qardaşlıq
və Dünyada Sülh” Birgə Sənədinin sivilizasiyalararası
və dinlərarası
əməkdaşlığın təşviq edilməsinə,
sülhə, təhlükəsizliyə
və bəşəri
həmrəyliyə töhfə
olduğunu vurğulayaraq,
- beynəlxalq
səviyyədə terrorizmin
geniş miqyasda yayılması, ksenofobiyanın,
dini və etnik zəmində dözümsüzlüyün və
zorakılığın artması
faktları ilə bağlı dərin narahatlıq ifadə edərək,
- davamlı
tərəqqiyə, sabitlik
və təhlükəsizliyə
maneə olan aqressiv təbliğatlara, müxtəlif dinlərin ardıcılları arasında
qarşılıqlı inamı
pozan əməllərə,
nifrət çağırışlarına
və dinlərarası
ixtilafların qızışdırılması
hallarına qarşı
beynəlxalq birlik tərəfindən birgə
səylərin gücləndirilməsinin
zəruriliyini bildirərək;
-insan
hüquqlarının, beynəlxalq
humanitar hüquq normalarının sistemli və kütləvi şəkildə pozulması
hallarını pisləyərək,
xüsusilə qadın
və uşaq haqlarının qorunması
sahəsində dövlət,
din, elm və ictimaiyyət
xadimlərinin birgə
fəaliyyətinin vacibliyini
vurğulayaraq;
-terrorçu
və ekstremist qruplaşmaların öz məkrli niyyətləri naminə dinlərin müqəddəs dəyərlərindən
istifadə etməsi cəhdlərinə qarşı
birgə və yekdil mövqedən çıxış edilməsinin
zəruriliyini vurğulayaraq;
-dünya
xalqlarının dini və mədəni müxtəlifliyinin bəşər
sivilizasiyasının ən
böyük irsi kimi qorunmasının vacibliyini təsdiq edərək;
-silahlı
münaqişələr, terror aktları, dini və etnik zəmində
baş verən zorakılıqların insan
tələfatı ilə
yanaşı, mədəni
və dini irsin talan və
məhv edilməsi ilə müşayiət olunmasından, o cümlədən
Ermənistan tərəfindən
Azərbaycan torpaqlarının
işğalı dövründə
Azərbaycanın mədəni
və mənəvi irsinə aid olan abidələrin dağıdılmasından,
məqsədyönlü şəkildə
həyata keçirilən
yandırılmış və
minalanmış torpaq,
ekosid və urbisid siyasətinin ağır nəticələrindən
dərin narahatlıq ifadə edərək;
-Azərbaycanın
öz ərazi bütövlüyü və
suverenliyini tam bərpa
etdikdən sonra işğaldan azad olunmuş ərazilərdə
aparılan yenidənqurma
işlərini, xüsusilə
də, mədəni və dini abidələrin
bərpası və yenilərinin inşası
proseslərini təqdirəlayiq
hesab edərək,
-Cənubi
Qafqaz regionunda sülhə, barışığa,
qarşılıqlı etimadın
möhkəmləndirilməsinə və birgəyaşayışa
xidmət edən siyasi prosesləri dəstəkləyərək,
- bəzi
dövlət, beynəlxalq
və dini təşkilatların bu bölgədə sabitliyə
xidmət etməyən
bəyanatları, xüsusilə
də erməni kilsəsi tərəfindən
təbliğ olunan işğalçılıq, aqressiv
separatizm və revanşizm ideyalarını
zərərli tendensiya
kimi qiymətləndirərək,
-dünyanın
müxtəlif regionlarını
təmsil edən xristian, müsəlman, yəhudi, buddist, induist və digər dini konfessiya təmsilçilərinin
müasir dünyanı
təhdid edən problemlərə dair birgə mövqedən çıxış etməsi
üçün bu kimi dinlərarası tədbirlərin mütəmadi
keçirilməsi və
Azərbaycanın mədəniyyət
paytaxtı Şuşa
şəhərində davamlı
əsaslarda “Dini Liderlərin
Görüşü”nün
təşkil olunması
niyyətlərini ifadə
edərək,
-2024-cü ilin noyabr ayında
Bakıda keçiriləcək
İqlim dəyişikliyi
üzrə COP29 Sammitinə,
habelə bu mühüm platforma çərçivəsində beynəlxalq “Dini pavilyonu”na
və “Dini Liderlərin
Zirvə görüşü”nə
ev sahibliyi edəcək Azərbaycan Respublikasına uğur diləyərək,
Dövlətləri, beynəlxalq,
regional, dini, ictimai təşkilatları və
dini liderləri
- dünyanın
müxtəlif regionlarında
hazırda baş verən müharibələrin
və hərbi münaqişələrin tezliklə
dayandırılması, günahsız
insanların və mülki əhalinin qanının tökülməsinin
qarşısını almağa
yönəlmiş təxirəsalınmaz
səyləri dəstəkləməyə;
- dialoq
və ümumbəşəri
humanizm ideyalarının
təbliği yolu ilə dünya və ənənəvi dinlərin liderlərinin sivilizasiyalararası və
dinlərarası qarşılıqlı
anlaşma və dinc birgəyaşayış
mühitinin təşviqi
sahəsində dövlət
və ictimai qurumlarla, beynəlxalq təşkilatlarla birgə
əməkdaşlığına dəstək verməyə;
-terrorizmin
və insanlıq əleyhinə cinayətlərin
din adı ilə əlaqələndirilməsi, ayrı-seçkiliyə
əsaslanan rasizmin, irqi, dini və
etnik zəmində zorakılığa təhrik
edən zərərli
ideologiyaların və
təbliğatların qarşısının
alınması üçün
təsirli tədbirlər
görməyə;
-dini
rəmzlərə, müqəddəsliklərə
və atributlara qarşı vandalizm aktlarını pisləməyə,
demokratiya və söz azadlığı pərdəsi altında bu kimi əməllərə
bəraət qazandırmağa
yol verməməyə;
-gənclərin
ksenofobiya və ayrı-seçkiliyə qarşı
mübarizədə daha
fəal iştirakı
məqsədilə bərabər
vətəndaşlıq mövzusunda
maarifləndirilməsini və
bu proseslərdə kütləvi informasiya vasitələrinin rolunu təşviq etməyə;
-dini,
mədəni və etnik müxtəlifliyin himayə olunması və buna hörmətlə
yanaşılmasını dəstəkləməyə;
-silahlı
münaqişə, təqib
və zorakılıq
səbəbindən qaçqınların,
məcburi köçkünlərin
və miqrantların kütləvi axını
nəticəsində dünyada
humanitar böhranın
fəlakət həddinə
çatması ilə
bağlı öz dərin narahatlıqlarını
ifadə etməyə,
onların pozulmuş hüquqlarının bərpa
olunmasına, eləcə
də bu cür vəziyyətlərin
yaranmasına gətirib
çıxaran faktorların
aradan qaldırılmasına
səy göstərməyə;
-media və informasiya texnologiyaları vasitəsi
ilə irqi, dini və etnik
zəmində zorakılığa
təhrik edən zərərli ideologiyaların
və nifrət çağırışlarının qarşısının alınmasında
əməkdaşlığın artırılmasına;
-dünyada
sülhün, qlobal dialoqun və bəşəri həmrəyliyin
bərqərar olması,
habelə iqlim dəyişikliyi ilə əlaqədar yaranmış
problemlərin həllində
dinlərin potensialından
daha səmərəli
şəkildə faydalanmağa;
-İnsan
hüquqları haqqında
Ümumi Bəyannaməyə
riayət olunaraq, insan hüquqlarının,
qadın və uşaq haqlarının qorunması sahəsində
dövlət, din, elm və
ictimaiyyət xadimlərinin
birgə fəaliyyətini
dəstəkləməyə çağırırlar.
Şuşa şəhəri,
2 may 2024-cü il”.
Azərbaycan.-2024.-
3 may, ¹ 90.- S.7.