Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

 

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidi ilə tanış olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsəlman din xadimləri məsciddə namaz qılıb, şəhidlərin ruhuna dualar oxuyublar.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə nümayəndə heyətinə ermənilərin mədəni, tarixi, dini abidələrə qarşı həyata keçirdikləri vandalizm barədə məlumat verib. Bildirilib ki, işğal edilən bütün ərazilərdə olduğu kimi, Şuşada da abidələr, o cümlədən məscidlər dağıdılıb, təhqir edilib. Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri Yuxarı Gövhər Ağa məscididir. Şuşa şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan dövlətinin diqqət qayğısı ilə məsciddə yenidənqurma bərpa işləri həyata keçirilib.

 

Azərbaycan.-2024.- 3 may, № 90.- S.7.