"Bakı
Prosesi" mədəniyyətlərarası
dialoqun vacib platformasıdır
"Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq
gücün tətbiqi,
həmrəyliyin möhkəmləndirilməsi
və parçalanmaya
qarşı müqavimət
mövzusunda təşkil
olunan "Sülh və qlobal təhlükəsizlik naminə
dialoq" mövzusunda
VI Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu mühüm əhəmiyyətə
malikdir. Bu mötəbər tədbirə
evsahibliyi etmək dövlətimiz üçün
olduqca əhəmiyyətlidir.
Forumun açılış
mərasimində Prezident
İlham Əliyevin çıxışı isə
çoxşaxəli və
dərinməzmunludur".
Bu fikirləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Müşfiq Cəfərov
deyib. Deputat bildirib ki, forum
mədəniyyətlərin inkişafına mühüm
töhfə verir:
"Üç gün
davam edəcək forum çərçivəsində
4 plenar sessiyanın və 12 panel müzakirənin keçirilməsi
nəzərdə tutulub.
Müzakirə olunacaq
mövzular təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər sahələri əhatə
edir. Forum iştirakçılarının
Azərbaycanın 30 illik
işğaldan azad edilmiş ərazilərinə
səfərlərinin təşkili
də nəzərdə
tutulmuşdu. Tədbir
çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyalar keçirilib".
Deputatın sözlərinə
görə, VI Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu eyni
zamanda Azərbaycanın
işğaldan azad etdiyi ərazilərdən
beynəlxalq ictimaiyyətə
müraciəti üçün
bir platforma yaratmaq fürsətidir.
2008-ci ildə Prezident
İlham Əliyev tərəfindən irəli
sürülmüş mədəniyyətlərarası
dialoqa dair "Bakı Prosesi"nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk
dəfə Bakıda
2011-ci ildə təşkil
olunub.
"Ötən müddət
ərzində forumun coğrafiyası çox genişlənib, tədbirə
qoşulan ölkələrin
və qurumların sayı xeyli artıb. Bu günə kimi forumlara ümumilikdə 10
mindən çox iştirakçı - hökumət
rəsmiləri, beynəlxalq
təşkilat və müxtəlif institutlardan
rəhbər və nümayəndələr qatılıblar.
Eyni zamanda forumlar çərçivəsində
200-dən artıq müxtəlif
formatlı və miqyaslı tədbirlər,
plenar və panel müzakirələr,
təqdimatlar təşkil
olunub. Bəşəriyyəti
narahat edən qlobal çağırışların
diqqət mərkəzinə
çevrildiyi ötən
beş forum çərçivəsində aparılan müzakirələr,
tərtib edilən sənədlər beynəlxalq
təşkilatlar üçün
əsas istinad rolunu oynayıb və "Bakı Prosesi" mədəniyyətlərarası
dialoqa dair vacib platforma kimi qəbul edilib", - deyə müsahibimiz əlavə edib.
Müşfiq Cəfərov
onu da qeyd
edib ki, Prezident İlham Əliyevin VI Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı beynəlxalq
siyasətdə özünü
demokratiya carçısı
kimi təqdim edənlərə dərs
oldu: "Uzun illər ikilli standartlardan, riyakar qlobal siyasətdən əziyyət çəkən
xalqların mübarizəsindən
bəhs edən dövlətimizin başçısının
forumdakı çıxışı
unudulan insan haqlarının və beynəlxalq dəyərlərin
bəyənnaməsi oldu".
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2024.-
3 may, № 90.- S.8.