Azərbaycanda vətəndaş cəmiyyətində qadınların rolu artır

 

 

Bu gün üzləşdiyi iqlim dəyişmələri, terrorçuluq, pandemiya, kiber təhlükələr, geosiyasi gərginlik digər qlobal problemlərin öhdəsindən bəşər övladları yalnız birlikdə gələ bilərlər. Gözlənilən qlobal fəlakətlərin qarşısını almaq üçün ayrı-ayrı ölkələr, müxtəlif xalqlar əl-ələ verməli, birgə mübarizə aparmalıdırlar.

Məhz dialoq vasitəsilə sülh qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq məqsədilə yüksəksəviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər müxtəlif etnik mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mayın 1-dən 3-dək ölkəmizdə "Sülh qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq qarşılıqlı əlaqə" mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bir araya gəldilər.

Xatırladaq ki, Azərbaycan artıq uzun illərdir ki, mədəniyyətlərarası dinlərarası qlobal dialoqlara mühüm töhfələr verir. Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin bildirdiyi kimi:  "Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərqlə Qərb arasında yerləşməyimiz, əslində, bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq tərəfdaşlıq kimi dəyərləri qoruyub" Dövlət başçısı əminliklə bildirdi ki, bir müstəqil ölkə kimi Azərbaycanın uğurlu inkişafını şərtləndirən məsələ məhz bunlardan ibarətdir. Azərbaycanda yaşayan insanların, müxtəlif etnik qrupların müxtəlif dinlərin təmsilçilərinin bir ailə kimi yaşadıqlarını diqqətə çatdıran Prezident İlham Əliyev qeyd etdi ki, onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır: "Biz bu müsbət tendensiyaları, bu mədəni dialoqu, mədəni müxtəlifliyi gücləndirməliyik əlbəttə ki, bütün bunlar bir çox əsrlərdən gələn nemətdir. Ona görə biz mütləq məhz bu təşəbbüsü irəli sürməli, "Bakı Prosesi"ni başlamalı idik bildiyiniz kimi, üç ildən sonra "Bakı Prosesi" rəsmən təsdiqləndi. Daha sonra isə biz Mədəniyyətlərarası Dialoq Forumuna başladıq. Əsas səbəblərdən biri Azərbaycan cəmiyyətində məhz sülhün, sabitliyin, həmrəyliyin mədəni müxtəliflik qarşılıqlı hörmətlə bağlı olmasıdır".

Qeyd edək ki, "Bakı Prosesi"nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə 2011-ci ildə, daha sonra 2013-cü, 2015-ci, 2017-ci 2019-cu illərdə təşkil edilib.

Prezident İlham Əliyev "Sülh qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq qarşılıqlı əlaqə" mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda təəssüflə qeyd etdi: "2019-cu ildə Bakıda görüşümüzdən sonra əfsuslar olsun ki, dünya təhlükəsiz olmayıb. Əfsuslar olsun ki, biz yeni münaqişələri görürük, yeni qeyri-sabitlik məkanlarını görürük yeni təhdidləri görürük".

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bəşəriyyət üçün olduqca əhəmiyyətli olan bir çox məsələ müzakirəyə çıxarıldı. Belə ki, beynəlxalq tədbirdə "Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi parçalanmaya qarşı müqavimət", "Sülh qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq", "Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi", "Yaşıl gələcəyə davamlı yol: COP29 sonrakı dövr üçün birgə fəaliyyət", "Təhsilin gənclərin ayrı-seçkilik ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu", "Tənzimlənməyən miqrasiya sosial təsirlər: beynəlxalq təhlükəsizlik üçün təhdid imkanlar", "Süni intellekt - təhdid, yoxsa imkan?", "Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi; Qlobal inkişafa doğru", "Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi" mövzularında panellər təşkil edildi, müzakirələr aparıldı.

Forum çərçivəsində keçirilən "Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi; qlobal inkişafa doğru" adlı panel sessiyada çıxış edən Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova son illər dünyanın simasının dəyişdiyini, hazırda sülh təhlükəsizlik məsələsinin bütün platformalarda vacib bir mövzuya çevrildiyini nəzərə çatdırdı. O, dünyanın bu gün sülh təhlükəsizliyin təmin olunmasına çox böyük ehtiyacı olduğunu qeyd etdi. Bildirdi ki, mədəniyyətlərarası toqquşmanın daha da dərinləşməməsi üçün təcili hərəkətə keçməliyik: "Biz forumda eyni zamanda müxtəlifliyin harmoniyasından istifadə edərək dünyamızı birliyə səsləyəcəyik. Hesab edirəm ki, qadın hüquqları, ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı məsələ bütün forumların başlıca mövzusuna çevrilməlidir. Bu gün Azərbaycanda vətəndaş cəmiyyətlərində qadınların iştirakı çoxalır. Bu, Azərbaycanın demokratik ənənələrindən irəli gəlir".

Tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin Qadın kişilər üçün bərabər imkanlar komissiyasının sədri, UNESCO-nun aparıcı proqram mütəxəssisi Çiğdem Erdoğan ölkəsində qadın hüquqlarının qorunması istiqamətində həyata keçirilən işlərdən danışdı. O, eyni zamanda qadın deputatların sayının hər parlament seçkilərində artmasının əhəmiyyətini vurğuladı. Çıxışının sonunda bütün dünyanın Qəzza zolağında baş verən insanlıq faciəsinə diqqət yetirməli olduğunu nəzərə çatdırdı.

İndi əsas məqsədin çiçəklənən cəmiyyətin mədəni baxımdan tam formalaşması olduğunu söyləyən Uqandanın gender, əmək sosial inkişaf üzrə naziri Betti Amongi Ongom insan qadın hüquqlarının əhəmiyyətini qeyd etdi. UNESCO-nun 2015-ci ildə qəbul edilmiş konvensiyasına diqqət çəkən Betti Amongi Ongom mədəni hüquqların mühafizə edilməli olduğunu vacib bildi. Uqandanın gender, əmək sosial inkişaf üzrə naziri təməl hüquqların qorunmasının insan haqları üzrə beynəlxalq qanunvericiliyə əsaslandığını, universal dəyərlərin mədəniyyətlərə təsir göstərdiyini bildirdi.

Tədbirdə digər çıxış edənlər bəzi ölkələrdə qadınların cəmiyyətdən təcrid olduqlarını, qadın hüquqlarının pozulduğunu, azyaşlıların insan alverinin qurbanına çevrildiyini başqa vacib məsələləri nəzərə çatdırdılar. Problemlərin həlli yolları ilə bağlı müzakirələr aparıldı.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2024.- 3 may, № 90.- S.8.