VI Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi
olub
Mayın 2-də Bakı
Konqres Mərkəzində
“Sülh və qlobal təhlükəsizlik
naminə dialoq” mövzusunda VI Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi
keçirilib.
AZƏRTAC xəbər verir ki, Koventri
Universitetinin İnam, Sülh və Sosial Münasibətlər
Mərkəzinin təsisçi
direktoru, professor Mayk Hardinin moderatorluğu
ilə keçirilən
tədbirdə çıxış
edən Azərbaycanın
mədəniyyət naziri
Adil Kərimli Prezident İlham Əliyevin mühüm fikirlərini əks etdirdiyi çıxışına
və mədəniyyətlərarası
dialoqa göstərdiyi
xüsusi dəstəyə
görə minnətdarlığını
bildirib.
"Biz Forum çərçivəsində
keçirilən tədbirlərdə
daha inklüziv dünya və sülh yaratmaq üçün ən önəmli mövzuları
müzakirə etdik. Bunlardan mədəniyyət
və irs, təhsil, və texnologiya, din, miqrasiya, gənclərin proseslərə cəlb olunmaları və turizmin mədəniyyətlərarası
dialoqa təsirini nümunə göstərə
bilərik”, - deyə nazir qeyd edib.
Forumda COP29-la bağlı
önəmli mesajların
çatdırıldığını bildirən A.Kərimli deyib: “Bizim əsas
məqsədimiz mədəniyyətin
iqlim dəyişikliyi
məsələlərinin həllində
önəmli yer tutmasıdır. Daha güclü və dayanıqlı gələcək
üçün dəyişikliklər
etməliyik".
ICESCO-nun Baş
direktoru Salim bin Məhəmməd əl-Malik bildirib ki, Forumda iştirak
edənlər bu sahədə maraqlı olduqlarını bir daha göstəriblər.
“Forum işini bitirdi
və biz hamımız özümüzdə
məsuliyyət hiss edirik. Ona görə
ki, biz tolerantlığı
və dinc yaşamağı təşviq
etməliyik. Elm, təhsil və mədəniyyət sahələrində
apardığımız fəaliyyət
mühüm əhəmiyyətə
malikdir. Əməkdaşlıq
dəyərlərinə sadiq
olmağa çalışırıq”.
Ümumdünya Turizm
Təşkilatının İcraçı
direktoru Zoritsa Uroşeviç deyib ki, turizm bütün
sahələr üzrə
ən vacibidir. "Biz prioritetləri müəyyən etməkdə
maraqlı olmalıyıq.
Turizm sahəsində müqavilənin bağlanılması
və həyata keçirilməsi ilə bağlı düşüncələrimiz
var”, - deyə o əlavə edib.
İcraçı direktor,
həmçinin qeyd edib ki, gəncləri
dinlənilməli, onların
fikir və düşüncələrinə önəm verilməlidir.
Gələcək gəncləri
dinləmədən reallaşa
bilməz. Çünki
gənclər bizim gələcəyimizdir.
BMT-nin Sivilizasiyalar
Alyansının (BMTSA) direktoru
xanım Nihal Saad Forumda iki
gün ərzində maraqlı müzakirələrin
aparıldığını diqqətə çatdırıb.
“Bu Forumdakı
mövzular aktuallığı
ilə yadda qaldı. Forum növbəti
uğura çevrildi.
Mədəniyyətin iqlim
dəyişikliyi sahəsində
rolu böyükdür.
Forumun bəşəriyyətin
sivilizasiyasında vacib
yer tutduğunu düşünürəm. Tədbirdə
qlobal çağırışlar
da edildi”, - deyə N.Saad vurğulayıb.
Azərbaycan.-2024.-
3 may, ¹ 90.- S.9.