Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar qlobal əməkdaşlığın təşviq edilməsimövzusunda müzakirələr aparılıb

 

Bakıda keçirilənSülh qlobal təhlükəsizlik naminə dialoqmövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də “Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar qlobal əməkdaşlığın təşviq edilməsimövzusunda panel sessiyaya təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Hüquq Dini Araşdırmalar Mərkəzinin direktor müavini xanım Elizabet A.Klarkın moderatorluğu ilə keçirilən sessiyada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov açılış nitqi ilə çıxış edib.

O qeyd edib ki, müxtəlif mədəniyyətlər inanclar arasında körpü yaratmaq inklüziv multikultural cəmiyyətlərin xüsusiyyətidir. Əməkdaşlıq olmadan bu körpülər yaradıla bilməz. Əməkdaşlıq cəmiyyətdə təcrid olunmuş azlıq təşkil edən qruplar üçün inteqrasiya imkanları yaradır.

R.Həsənov, eyni zamanda, bildirib ki, multikultural cəmiyyətin formalaşmasına müxtəlif maneələr yaratmaq insanlar arasında nifrətin yayılmasına səbəb olur. "Multikultural cəmiyyət yaratmaq ictimai birliyə nail olmağın həlledici yollarından biridir. İctimai birliyə nail olmaq bu gün hökumətlərin dövlətlərin qarşısında duran prioritetlər sırasındadır. Bu, çox mürəkkəb vaxtaparan prosesdir. Amma bu, bizi ruhdan salmamalıdır. Biz beynəlxalq əməkdaşlığımızı, dostluğumuzu gücləndirməliyik”, - deyə icraçı direktor vurğulayıb.

Sessiyada çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru professor Kamal Abdulla ölkəmizdə multikultural dəyərlərin son dərəcə yüksək qiymətləndirildiyini söyləyib. Diqqətə çatdırıb ki, bu, həm Azərbaycan dövlətinin apardığı siyasətin tərkib hissəsidir, həm xalqımızın canından, qanından gələn hisslərdir.

O bildirib ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev başqa dinin nümayəndələrinə, digər millətlərə hər zaman böyük hörmətlə yanaşırdı. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev bütün konfessiyalara, milli müxtəlifliklərə eyni siyasi münasibəti bəsləməsi ilə multikultural təhlükəsizliyi təmin edib.

Hər dövlətin bir çox təhlükəsizlik doktrinaları var. Ölkəmizin əsas məqsədi bütün konfessiyaların, milli azlıqların nümayəndələrinin özlərini Azərbaycanda rahat, bərabər hiss etməsidir. Azərbaycan Prezidenti bütün konfessiyalara eyni münasibət bəsləyir. Heç bir konfessiyanı, milli icmanı digərindən ayırmır. Bu, dövlətimizin başçısının verdiyi qərarlarda da özünü göstərir”, - deyə Kamal Abdulla vurğulayıb.

Pakistanın UNESCO yanında daimi nümayəndəsi səfir Asim İftixar Əhməd çıxışında bildirib ki, dünyada hələ həllini gözləyən bir çox böhranlar, münaqişələr var. Hazırda dünyada irqi ayrı-seçkilik kimi bir çox başqa ciddi problemlərlə qarşılaşırıq.

O deyib ki, dialoq çox önəmlidir, lakin bu gün sülh üçün kifayət edəcək qədər deyil. “Bakı Prosesi bu kimi digər platformalar sivilizasiyalar arasında körpü yaratmaq məqsədi daşıyır.

İsa Məsihin Son Günlər Müqəddəsləri Kilsəsinin Mərkəzi Avropa Avrasiya üzrə prezidenti Cek Noel Gerard isə qarşılıqlı hörməti anlaşmanı yüksək qiymətləndirdiklərini söyləyib. Qeyd edib ki, onlar dünyanın bütün inanclarında olan dəyərlərə hörmət edirlər.

Müxtəlif dinlər, mədəniyyətlər arasında qarşılıqlı anlaşma əməkdaşlıq körpüləri qurulmalıdır. Bununla biz dünyanın qarşıladığı çağırışlarla mübarizə apara bilərik. Əməkdaşlıq çərçivəsində dəstəyə həqiqətən ehtiyacı olan şəxslərə ləyaqətli şəkildə kömək göstərə bilərik”, - deyə Cek Noel Gerard vurğulayıb.

Xarici Regional Araşdırmalar Departamentinin rəhbəri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Yekaterinburq filialının Ural Federal Universitetinin rəhbəri Aleksandr Nesterov isə diqqətə çatdırıb ki, multikulturalizm termin olaraq qədim deyil. Lakin onun özündə ifadə etdiyi hər bir anlayış qədim tarixə malikdir.

Azərbaycan, xüsusilə bu ölkənin Prezidenti multikulturalizmi dövlət siyasətinin əsasına çevirib. Bununla belə, multikulturalizm, yəni, müxtəlif azsaylı xalqların, ayrı-ayrı konfessiyaların mədəniyyətlərin tarixən bir yerdə olması Azərbaycan xalqının həyat tərzidir”, - deyə o əlavə edib.

Banqladeşin sabiq səfiri İƏT-in Avropa İttifaqındakı keçmiş daimi müşahidəçisi İsmət Cahan vurğulayıb ki, Azərbaycan multikulturalizm cəhətdən olduqca inkişaf etmiş ölkədir. Mədəniyyətlərarası dialoq sülh, mədəniyyət qarşılıqlı anlaşmanı formalaşdırır.

İnsanların sülh şəraitində yaşamasının önəmli olduğunu vurğulayan İ.Cahan diqqətə çatdırıb: “Təəssüf ki, dünyada siyasi dini baxımdan ayrı-seçkilik var. Bu, cəmiyyətdə sülhün bərqərar olması üçün problem yaradır. Dinlərarası dialoqlarda üst-üstə düşən məqamlar olsa da, fərqli fikirlər mövcuddur. Bu zaman, ilk növbədə, dinləmə dialoqun qurulması əsas şərtdir. Bunun üçün isə ortaq həll yolları tapılmalıdır”.

Panel sessiyada çıxış edən ABŞ-ın Daxili Təhlükəsizlik Departamentinin sabiq direktor müavini Janna Skot gənclərin qlobal sahəyə cəlb olunmasının önəmindən bəhs edib. Bildirib ki, bu vasitə ilə onlar arasında kommunikasiya yaratmaq mümkündür.

Dinlərarası Dindarlıq Proqramının direktoru, professor Kamal Abu-Şamsieh, Parisdəki Ərəb Dünyası İnstitutunun direktoru, sabiq mədəniyyət naziri Kərim İfrak "CAGE International"ın icraçı direktoru Muhammad Əbdur Rabbani çıxışları zamanı sülhün dünya üçün son dərəcə vacib olduğunu vurğulayıblar. Bildirilib ki, yoxsulluq, şiddət ayrı-seçkilik aradan qaldırılmalıdır.

Panel sessiyası işini müzakirələrlə davam etdirib.

 

Azərbaycan.-2024.- 3 may, ¹ 90.- S.9.