Heydər
Əliyev Sarayında
"Əbədi məşəl"
adlı konsert təşkil olunub
VI
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
çərçivəsində mayın 2-də Heydər
Əliyev Sarayında "Əbədi məşəl"
adlı konsert keçirilib.
AZƏRTAC xəbər
verir ki, konsertdə ifaçılar əvvəlcə dahi bəstəkar
Qara Qarayevin "Yeddi gözəl" baletindən Vals və
Adogionu səsləndiriblər. Sonra Əməkdar artist Fərqanə
Qasımova Vüqar Camalzadənin Məhəmməd
Füzulinin qəzəlinə həsr etdiyi "Eşitməzdim"
əsərini ifa edib.
Konsertdə
Xalq artistləri Teyyub Aslanov, Yusif Eyvazov, Elçin Həşimov,
Əməkdar artistlər Əliağa Sədiyev, Toğrul
Əsədullayev, Şirzad Fətəliyev, Kamran Kərimov,
Afaq Abbasovanın möhtəşəm ifaları Forumun
qonaqlarını valeh edib.
Milli musiqi aləti
tarın ecazkar səsinin müşayiəti ilə təqdim
olunan rəqslərin ahəngi maraqlı kompozisiya yaradıb.
Tədbirdə,
həmçinin Fikrət Əmirovun "Gülüstan
Bayatı-Şiraz" simfonik muğamından fraqment, "1001
gecə" baletindən Şəhriyar və Şəhrizadın
dueti, Üzeyir Hacıbəylinin "Koroğlu"
operasından qızların rəqsi,
"İldırımlı yollarla" baletindən
"Ümumi rəqs", Firəngiz Əlizadənin
"İntizar" operasından final səhnəsi təqdim
olunub.
Konsert
proqramı tamaşaçıların zövqünü
oxşayıb.
Azərbaycan.-2024.-
3 may, № 90.- S.10.