Qərbi Azərbaycan İcması Azərbaycan həqiqətlərini dünyaya çatdırır

 

 

2020-ci il yaddaşlarda Zəfər ili kimi qaldı. Çünki həmin ilin sentyabr-noyabr aylarında - 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu düşmən üzərində qələbə çalaraq 30 ilə yaxın davam edən işğala son qoydu, ərazi bütövlüyümüzü bərpa etdi.

Prezident seçildiyi ilk gündən Ermənistanın  işğalı altında qalmış torpaqlarımızın azad olunmasını başlıca vəzifəsi hesab edən dövlət başçımız İlham Əliyev  artıq aforizmə çevrilmiş "Nəyi, vaxt, necə etmək lazımdır" sözlərinin hədəfi olan Böyük Qələbəyə nail oldu. Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi verdiyi: "Şuşada, Xankəndidə Azərbaycanın dövlət bayrağı qaldırılmalıdır gələcəkdə azərbaycanlılar bütün tarixi torpaqlarında yaşamalıdırlar. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Mən buna inanıram, buna əminəm. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs günü yaxınlaşdırmalıyıq" sözlərini qətiyyətlə yerinə yetirdi.  Prezident Şuşada, Xankəndidə Qarabağın başqa bölgələrində üçrəngli bayrağımızı dalğalandırmaqla torpaqlarımızın işğalına son qoydu,  erməni separatizmini darmadağın etdi.

Hələ 2010-cu ildə dövlət başçımız məcburi köçkünlərə Qələbənin mesajlarını verəndə qətiyyətlə inanırdı ki, erməni işğalçıları məğlub ediləcək, ərazi bütövlüyümüz bərpa olunacaq. Yaşanılmış sevinc dolu tarixi günlər qərbi azərbaycanlılarda da böyük ümid yaratdı ki, mütləq zorla çıxarıldıqları ata-baba torpaqlarına  qayıdacaqlar. Qərbi Azərbaycanda soydaşlarımızın bir vaxtlar yaşadıqları kəndlərin çoxu hələ boşdur. Çünki Ermənistanın insan resursları, iqtisadi gücü bu yaşayış məntəqələrinin bərpasına imkan vermir.

Artıq xeyli müddətdir ki, Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların doğma yurdlarına qayıtması üçün müvafiq işlər görür. Xatırladaq ki,  Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. Qərbi Azərbaycan İcmasının inzibati binasının açılış mərasimində  bir qrup ziyalı ilə görüşdə  qarşıdakı illərdə görüləcək işlərdən söz açan Prezident İlham Əliyev soydaşlarımızın tarixi torpaqlarına qayıtması məsələsinə toxunmuşdur: "Buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq. Hesab edirəm ki, icmanın çox mötəbər bir rəqəmsal platforması olmalıdır, bir portalı olmalıdır".

Göründüyü kimi, həllini gözləyən vəzifələr, görülməli işlər biri-birindən  mühüm vacibdir. İlk növbədə  qədim yurd yerlərinin tarixi, toponimləri,  Qərbi Azərbaycanda ermənilər tərəfindən dağıdılan abidələrin vəziyyəti  haqqında  beynəlxalq ictimaiyyətə məlumat verilməlidir. Daşnakların  əzəli yurd yerlərimizdən  Azərbaycanın  tarixi izlərini silmələri ilə bağlı faktlar beynəlxalq təşkilatlara çatdırılmalıdır. Xarici ölkələrdəki  diaspor təşkilatları məskunlaşdıqları ölkələrdə  Qərbi Azərbaycan haqqında  həqiqətləri təbliğ etməlidirlər. Sovet ideologiyası əsasında yazılan kitablar, dərsliklər yenilənməli, bir çox  dillərə tərcümə edilməli, elektron variantları yayılmalıdır. Prezident İlham Əliyevin dediyi kimi, torpaqlarımızı qarış-qarış zəbt edən daşnakların "dənizdən-dənizə böyük Ermənistan" mənfur siyasətləri ifşa olunmalıdır.

Qərbi Azərbaycan İcması bu tarixi görüşdən ötən müddət ərzində xeyli zəruri işlər görüb. Ən başlıcası, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya - Qayıdış Konsepsiyası hazırlayaraq  ictimaiyyətə təqdim edib. Mayın 1-də isə Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərəcək Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub. Tədbirdə icmanın İdarə Heyətinin sədri Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edərək bildirib ki, Qərbi Azərbaycan Televiziyası son 200 ildə mərhələlərlə öz el-obasından deportasiya edilən soydaşlarımız, Qərbi Azərbaycanda məhv edilən irsimiz barədə həqiqətlərin çatdırılmasına, o cümlədən sülh yolu ilə, təhlükəsiz ləyaqətlə geri qayıdış uğrunda aparılan fəaliyyətə yaxından dəstək olmaqla, bütün işini bu istiqamətə kökləyib. Televiziyanın yeni istifadəyə verilən binası bu fəaliyyəti həyata keçirmək üçün bütün imkanlarla təchiz

olunub.

Qərbi Azərbaycan Televiziyası həftədə 6 dəfə - 3 dəfə Azərbaycan, 3 dəfə rus dilində olmaqla  2 saat boyunca efir yayımlayacaq. Üstəlik, həftə ərzində yarım saatlıq ingilis dilində icmal da nəzərdə tutulub. İcmanın sözçüsü, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülviyyə Zülfiqar mətbuata açıqlamasında bildirib ki, televiziyanın ənənəvi verilişləri olan "Müzakirə vaxtı", xəbər buraxılışı, "İnsan hekayəsi" kimi verilişlərlə yanaşı, Ümummilli Lider Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı fəaliyyətinə dair "Ulu Öndər Qərbi Azərbaycan", Prezident İlham Əliyevin Qərbi Azərbaycana dair gördüyü işlərlə bağlı "Qərbi Azərbaycana doğru", Qayıdış Konsepsiyasına dair "Qayıdış haqqımızdır", soydaşlarımızın başlarına gələn müsibətləri əks etdirən "İnsanlıq əleyhinə", o cümlədən Qərbi Azərbaycanın maddi qeyri-maddi, mədəni irsini özündə əks etdirən "Deportasiyaya uğrayan irs", "Addım-addım Qərbi Azərbaycan", "Ədəbi İrəvan", "Qərbi Azərbaycan ləzzətləri" sair kimi verilişlər yayımlanacaq. Televiziyanın binasında sözügedən verilişlərin çəkilməsi üçün müvafiq studiyalar lazımi avadanlıqlar quraşdırılıb, yaradıcı heyətin fəaliyyət göstərməsi üçün geniş şərait yaradılıb.

Televiziyanın yeni binasının açılması burada çalışan əməkdaşlar üçün yaradılmış yüksəksəviyyəli şərait işlərin daha da rəvan getməsinə təkan verəcək, yaradıcı kollektiv üçün yeni imkanlar açacaq. Qərbi Azərbaycan İcmasının fəaliyyət dairəsi daha da genişlənəcək. Üç dildə ictimaiyyətə təqdim olunacaq verilişlər Azərbaycan həqiqətlərini dünyaya çatdıracaq. Aparılan təbliğat təşviqat işləri doğma torpaqlara qayıdış prosesini sürətləndirəcək.

 

Azərbaycan.-2024.- 3 may, ¹ 90.- S.13.