Avropa
ölkələri AP-yə
seçkilərə biganəlik
göstərir
Buna səbəb öz ölkələrinin böhranlı
vəziyyətidir
Bu il iyunun 6-dan 9-dək Avropa Parlamentinə seçkilərin
keçirilməsi planlaşdırılır.
Bu, 1979-cu ildən bəri Avropa Parlamentinə onuncu milli seçkilər olacaq.
Bəs, seçicilər
səs verərkən
ilk növbədə nə barədə düşünəcəklər? Aİ-nin gələcəyi, yaxud ölkələrinin daxili problemləri haqqında?
Avropa Paralamentindəki
seçkilər Fransada
2027-ci ildə keçiriləcək
prezident seçkilərinin
müjdəçisi və
ya "aralıq seçki" hesab edilir.
Fransada ifrat sağçı Milli Birlik Partiyasının rəhbəri, "Makronun Avropası"na son qoymağa çağıran Cordan Bardella deyib ki, əgər o, liderlər qrupunda olsa, elə həmin axşam Milli Assambleyanın buraxılmasını xahiş
edəcək. Bu, təbii ki, arzudur, çünki Fransa konstitusiyasına uyğun olaraq belə bir qərarı
yalnız prezident verə bilər.
Solçu "Yenilməyən
Fransa " Partiyasının
namizədi Jan-Lük Melanşon da hesab edir ki,
2024-cü il Avropa seçkiləri 2027-ci il prezident seçkilərinə
hazırlıqdır" .
Avropa Siyasəti
Mərkəzinin analitiki
Erik Morisin dediyinə görə, Fransada bu, 2027-ci ildə keçiriləcək
növbəti prezident
seçkiləri öncəsi
yeganə böyük
seçkidir. Bu, milli siyahı üzrə səsvermədir,
ona görə də onu milliləşdirmək
istəyənlərin sayı
az deyil.
1979-cu ildə ilk
AP seçkilərindən bir
il sonra tədqiqatçılar Karl-Haynts
Rayf və German Şmitt onu "ikinci dərəcəli milli seçkilər" adlandırıblar.
Az əhəmiyyət kəsb
edən bu hadisə, xüsusən də prezidentlik müddətinin ortasında
baş verərsə,
siyasi qüvvələrə
öz populyarlıqlarını
milli səviyyədə
dəyərləndirməyə imkan verir.
Tədqiqatçılar Avropa seçkilərini
"milli" adlandırırlar,
çünki onlar milli səviyyədə təşkil olunur və milli qaydalara
riayət edir və namizədlər bir-biri ilə milli məsələlər
ətrafında mübahisə
edirlər. Həmçinin
səsvermə üsulu,
seçkilərin günü
və seçicilərin
minimum yaşı ölkədən asılı
olaraq dəyişir. Bununla belə, bir sıra araşdırmalar
seçicilərin Avropa
gündəminə maraq
etdiyini göstərir.
Morisin fikrincə, son illərin böhranları Avropa
İttifaqının fəaliyyətini
ön plana çıxarıb. Eyni zamanda analitikin dediyinə əsasən, Avropa təsisatlarının
hərəkətləri hələ
də geniş ictimaiyyətə az məlumdur.
Bu il bir çox ölkələrin diqqəti
başqa bir səsverməyə yönələrkən,
Avropa məsələləri
arxa plana keçə bilər. Belə ki, Belçikada
federal və regional seçkilər Avropa seçkiləri ilə eyni gündə
- iyunun 9-da keçiriləcək.
Finlandiya, Slovakiya, Litva və Rumıniyada
prezident seçkiləri
olub və digərlərində 2024-cü ildə keçiriləcək.
Portuqaliya, Avstriya və Xorvatiyada isə seçicilər parlament üzvlərinə
səs verəcəklər.
Avropa seçkiləri
həm də iqtidar və ya müxalifət partiyaları üçün
gələcək seçkilərə
hazırlıq zamanı
populyarlıqlarını yoxlamaq
üçün bir fürsət ola bilər.
Ötən il İspaniyada seçkilər
keçirilib. Məlumdur
ki, hökumət, xüsusilə Kataloniya separatçıları ilə
müttəfiqliyinə görə
çoxlu suallar doğurur. Bu, həm də Pedro Sançes hökuməti üçün
bir sınaqdır.
Polşada ötən
ilin oktyabrında keçirilən parlament seçkiləri ifrat mühafizəkar Qanun və Ədalət Partiyasının məğlubiyyətinə
və Donald Tuskun rəhbərlik etdiyi liberal Vətəndaş Koalisiyasının
qələbəsinə səbəb
olub. Payızda məğlub olan Qanun və Ədalət
partiyası üçün
bu, həm də milli səviyyədə
lazımi məcraya qayıtmaq üçün
bir fürsətdir.
Eyni təhlil Çexiyaya da aiddir, burada bəzi sorğular son prezident seçkilərində
uduzan keçmiş baş nazir Andrej Babişin partiyasının Avropa seçkilərində lider
olduğunu göstərir.
Paris Siyasi Araşdırmalar
İnstitutunun fəxri
professoru və "Siyasət dadı" kitabının müəllifi
Paskal Perrino deyir ki, seçicilər
milli, iqtisadi və sosial səbəblərə görə
səs verirlər. Hazırda bu, Avropa qurumları, Avropa siyasəti və ya hətta
Ukraynadakı müharibə
kimi Qərb mövzularından daha çox enerji daşıyıçılarının qiymətlərinin artması
və inflyasiya problemləridir.
Le Monde, Cevipof, Jan
Jores Fondu və Monten İnstitutunun apardığı
"Ipsos" sorğusunun
nəticələrinə görə,
Fransada milli problemlər Avropanın problemlərini üstələyir.
Fransalı respondentlərin
53 faizi öz namizədlərini seçərkən
ilk növbədə partiyaların milli məsələlərlə bağlı
təkliflərini, 47 faizi
isə Avropa məsələlərinə dair
təkliflərini nəzərə
alacaqlarını bildiriblər.
Bundan əlavə,
fransalıların 52 faizi
əsasən respublika
prezidentinə və ya onun hökumətinə
öz dəstək və ya etimadsızlığını
ifadə etmək üçün səs verəcəklərini bildirib.
Rizvan
CƏFƏROV,
Azərbaycan.-2024.-
3 may, № 90.- S.13.