Dünya
gəncləri Şuşada
bir araya gələcəklər
"Biz buraya qalib kimi gəlmişik,
bayrağı da qaldırmışıq, azad
edilmiş bütün
torpaqlarda Azərbaycan
bayrağı dalğalanır.
Döyüşə-döyüşə
gəlmişik. Heç
kim bu torpaqları
bizə elə-belə
verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik
deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə
öz torpaqlarımızı
azad etməliyik və bunu etdik".
2021-ci ilin yanvarında
Prezident, Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində
hərbçilərlə görüşdə
belə dedi. O, Şuşa əməliyyatının
aparıcı beynəlxalq
hərbi məktəblərin
dərsliklərinə salınacağına
əmin olduğunu da bildirdi. Dövlətimizin
başçısı vurğuladı
ki, Şuşanın işğaldan azad edilməsi düşmənə
vurulan ən böyük zərbə idi. Düşmən hesab edirdi ki,
Şuşanı azad etmək mümkün deyil və yəqin
ki, müəyyən dərəcədə haqlı
idi, çünki Pənahəli xan bu şəhəri elə salmışdır
ki, hər tərəfdən sıldırım
qayalar və təbii landşaft Şuşanı mühafizə
edir: "Qəhrəman
Azərbaycan övladları
mükəmməl hərbi
əməliyyat keçirərək
cəsarət, rəşadət,
qəhrəmanlıq, güc,
milli ruh nümayiş etdirərək
Şuşanı işğalçılardan
azad etmişlər və uzun fasilədən
sonra noyabrın 8-də
Şuşada Azərbaycan
bayrağı qaldırılmışdır".
2020-ci ilin payızında
xalqımızın zəfər
günləri ard-arda gəlmişdi. Həmin il sentyabrın 27-də Qəhrəman Azərbaycan
Ordusu Prezident, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi
ilə Ermənistanın
işğalı altında
olan Azərbaycan torpaqlarını azad etmək üçün Qarabağda genişmiqyaslı
əks-hücuma başladı.
İkinci Qarabağ müharibəsində aparılan
uğurlu hərbi əməliyyatlar nəticəsində
5 şəhər, 4 qəsəbə
və 286 kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl
şəhəri və
rayonun 90 kəndi, Füzuli şəhəri
və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri
və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri,
Laçın rayonunun
3 kəndi, həmçinin
Ağdərə və
Murovdağ istiqamətlərində
bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri
və daha 5 adsız yüksəklik noyabrın 9-dək işğalçılardan
azad edildi.
O zaman otuz ilə yaxın Ermənistanın işğalı
altında qalmış
ərazilərimizin hər
qarışının düşməndən
geri alınması xalqımız üçün
misli-bərabəri olmayan
sevincə dönür,
əsl bayram kimi qarşılanırdı.
Azərbaycanın tarixi
və strateji əhəmiyyətli mədəniyyət
paytaxtı, Qarabağın
tacı Şuşa şəhərinin azad edilməsi isə bu sevincin zirvəsi
oldu. Prezident, Ali Baş Komandan
İlham Əliyev
2020-ci il noyabrın
8-də Şuşa şəhərinin
azad olunması münasibətilə xalqa
müraciətində dedi:
"İyirmi səkkiz
il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa
indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz
bu tarixi Qələbəni döyüş
meydanında qazandıq.
2020-ci il noyabrın
8-i Azərbaycan tarixində
əbədi qalacaqdır.
Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı
Qələbəmizin, Zəfərimizin
günüdür!" Həmin
gün Azərbaycan tarixinə şanlı
bir gün kimi əbədi yazıldı. Şuşa
şəhərinin işğaldan
azad edildiyi gün - noyabrın 8-i Zəfər Günü elan olundu.
O möhtəşəm qalibiyyəti xalqımıza
bəxş edən, sıldırım qayaları
dırmaşaraq işğalçı
Ermənistan silahlı
qüvvələrinin bölmələrinə
ağır zərbələr
endirən qəhrəmanlarımızın
əksəriyyəti vətənpərvər
ruhda böyüyüb
tərbiyə almış
gənclər idi. Onlar otuz ilə
yaxın ölkəsinin
əzəli torpaqlarını
işğalda saxlamış
düşmən döyüşçülərini
müasir silahların
deyil, qəlblərindəki
vətən sevgisinin gücü ilə məğlub etdilər. Azərbaycanın gənc qəhrəmanları bütün
dünyadakı həmyaşıdları
üçün igidlik,
vətənsevərlik nümunəsinə
çevrildilər.
Azərbaycanın mədəniyyət
paytaxtı azadlığına
qovuşduqdan sonra bir-birindən maraqlı və əhəmiyyətli
beynəlxalq tədbirlərin
keçirildiyi ünvan
oldu. Bu il Şuşa şəhərinin tarixində
ən əlamətdar
illərdən biridir.
Şuşa 2024-cü il
də yalnız ənənəvi tədbirlərə
evsahibliyi etməyəcək.
Ötən il noyabrın 10-da İslam Əməkdaşlıq Təşkilatının
Gənclər Forumu İcraiyyə Şurasının
Türkiyə Respublikasının
İstanbul şəhərində
keçirilmiş 11-ci iclasında
Azərbaycanın mədəniyyət
paytaxtı Şuşa
şəhəri yekdilliklə
İslam Əməkdaşlıq
Təşkilatının (İƏT)
"Gənclər Paytaxtı
2024" Beynəlxalq Proqramına
10-cu ev sahibi seçilib. Sözügedən
iclasda İƏT Gənclər
Forumunun həyata keçirdiyi "Gənclər
paytaxtı 2024" beynəlxalq
proqramının seçim
komissiyasının üzvləri
bu qərarın lehinə yekdilliklə səs veriblər.
Prezident İlham
Əliyev aprelin 17-də
"Şuşa şəhərinin
2024-cü il üçün
"İslam Əməkdaşlıq
Təşkilatının gənclər
paytaxtı" seçilməsi
ilə bağlı tədbirlər haqqında"
sərəncam imzaladı.
İslam Əməkdaşlıq
Təşkilatının gənclər
paytaxtında - Şuşada
düzənlənəcək tədbirlərə
qatılmaq üçün
müxtəlif ölkələrdən
gənclər gələcək.
Layihənin əsas məqsədi dünya gənclərini bir araya gətirməkdir. Şuşanın gənc qonaqları bu tarixi şəhərin azad olunmasında misilsiz hünər göstərmiş həmyaşıdları
barədə geniş
məlumatlar əldə
edəcəklər.
Qeyd edək ki, bu il
Şuşa islam dünyasının həm
gənclər, həm
də mədəniyyət
paytaxtıdır.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2024.-
3 may, № 90.- S.15.