"Gücümə
inanıram, hazırlığıma
güvənirəm"
Son illər gənclərimizin idmana marağı, həvəsi
getdikcə artmaqdadır.
Onlar ölkəmizin idman şərəfini iştirakçısı olduqları
bütün yarış
və birinciliklərdə
layiqincə qoruyurlar. Üçrəngli bayrağımızı
ən uca zirvələrdə dağlalandırırlar.
Təbiidir ki, bu da dövlətimizin
uğurla həyata keçirdiyi gənclər
siyasətinin, idmana göstərilən diqqət
və qayğının
nəticəsidir.
İdmana böyük
maraq göstərən
gənclərimizdən biri
də Emil Səfərovdur. Hələ
kiçik yaşlarından
onun qəlbində cüdoya sevgi yaranıb. Bu həvəs və sevgi onu idman
zallarına, məşq
meydançalarına aparıb
çıxarıb. Yaşının
az olmasına baxmayaraq, bu günə qədər iştirak etdiyi yarışlarda xeyli uğurlar da qazanıb.
İdmanı həyatının
mənası hesab edən Emil Qorxmaz oğlu Səfərov 19 iyun 2007-ci
ildə Sumqayıt şəhərində anadan
olub. Onun valideynləri 1993-cü ildə
erməni işğalı
zamanı Cəbrayıl
rayonundan məcburi köçkün düşüblər.
2013-cü ildə 36 nömrəli
tam orta məktəbin 1-ci sinfində
oxumağa başlayıb.
4-cü sinfi bu təhsil ocağında bitirdikdən sonra Vaqif İbrahim adına 35 nömrəli tam orta məktəbdə
oxuyub. Hazırda təhsilini həmin məktəbin 11-ci sinfində
uğurla davam etdirir. İdmanla məşğul olmaqla yanaşı, dərslərini
də yaxşı oxuyur, ali məktəbə
qəbul olmaq arzusu ilə çalışır. "İdmanla
məşğul olmağa
9 yaşımdan - 2016-cı ildən başlamışam",
- deyə Emil bizimlə söhbətə
başladı: "Cüdoçu
olmaq çoxdankı arzum idi. İstəyimə
çatmaq üçün
məşqçilər Xalıqverdi
Gülüşova və
Elnur Əhmədova müraciət etdim. Onlar müraciətimi hörmətlə qarşıladılar,
dəyərli məsləhətlər
verdilər. Beləcə,
ilk məşqlərim
başladı. Hər
işin başlanğıcı
bir az çətin
olur. Amma sonra yavaş-yavaş hər şey öz axarına düşür. İlk məşqlərdən sonra
cüdoya olan maraq və həvəsim
daha da artdı.
Bir müddətdən
sonra yarışlarda iştirak etdim. Qarşılaşmalarda uğurlar
qazandım. İlk böyük uğurum
2019-cu ildə oldu. Həmin il iyunun
8-də yeniyetmələr arasında
cüdo üzrə Sumqayıt birinciliyinə
27 kq çəki dərəcəsində qatılmışdım.
Hazırlığım yüksək
olduğuna görə
məşqçilərim də
uğur qazanacağıma
ümid edirdilər. Gərgin mübarizə şəraitində keçən
yarışda onların
ümidlərini doğruldaraq
gümüş medal qazandım. Bu, mənim yarışlarda əldə etdiyim ilk uğur oldu.
2019-cu ilin oktyabr ayında Sumqayıt birinciliyində 2-ci yerə
çıxdım. Həmin
il Ümummilli Lider Heydər Əliyevin xatirəsinə
həsr olunmuş beynəlxalq turnirdə bürünc medal qazandım".
Bundan sonra gənc cüdoçunun idmanda uğurları başlayıb. Emil 2022-ci il oktyabrın 30-da yeniyetmələr arasında
Sumqayıt şəhər
birinciliyində 46 kq çəki dərəcəsində
yarışaraq 1-ci pilləyə
yüksəlib. Həmin
il dekabrın 20-də
yeniyetmələr arasında
keçirilən Sumqayıt
birinciliyində 1-ci yerə
çıxaraq Azərbaycan
birinciliyində iştirak
etmək hüququ qazanıb. 2023-cü il yanvarın 24-də U-18 yeniyetmələr
arasında keçirilən
yarışda uğurla
çıxış edərək
gümüş medal qazanıb. Belə yüksək göstəticisinə
görə milli komandanın tərkibinə
qatılıb. 2023-cü il
noyabrın 11-də yeniyetmələr
arasında keçirilən
Avropa Kubokunda 50 kq çəki dərəcəsində çıxış
edən Emil Səfərov gümüş
medala sahib çıxıb. Həmin
il dekabrın 23-də
U-18 yeniyetmələr arasında
Sumqayıt şəhər
birinciliyində isə
daha yaxşı nəticə göstərərək
1-ci yeri tutub.
2024-cü il aprelin 1-də
U-18 yeniyetmələr arasında
ACF Kubokunda 55 kq çəki dərəcəsində
bürünc medal qazanması ilə Emil Səfərov Avropa Kubokunda iştirak etmək hüququ əldə edib.
Gənc idmançı
söhbətinin sonunda
dedi ki, hədəfim qarşıdakı
Avropa Kubokunda daha yaxşı nəticələr göstərərək
qızıl medal qazanmaqdır: "Bunu bacaracağıma əminəm,
çünki gücümə
inanıram, hazırlığıma
güvənirəm! İlk
addımlarımı atdığım
idman yarışlarında
qazandığım uğurlara
görə məşqçilərim
Elnur Əhmədova və Xalıqverdi Gülüşova sonsuz təşəkkürümü bildirirəm".
İnanırıq ki,
idmanda ilk addımlarını atan Emil Səfərov gələcək yarışlarda
daha da ürəkaçan
uğurlar qazanacaq.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
3 may, № 90.- S.15.