Etirazçılar
Paşinyana vaxt verdilər
Keçmiş hərbi xunta ölkədəki xaosu daha da dərinləşdirməyə
çalışır
Hayastanda ictimai-siyasi
vəziyyətin daha böyük sürətlə
gərginləşməsi müşahidə
olunur. Son günlərdə Azərbaycanla sülh müqaviləsinin imzalanması
ilə bağlı gedən müzakirələr
fonunda sosial narazılıqlardan istifadə
edən keçmiş
hərbi xuntanın yenidən revanş istəyi vəziyyətin daha da qarışacağını
göstərir. Belə
ki, Sarkisyan-Koçaryan
tandemi ölkədəki
xaosu dərinləşdirməyə
cəhd göstərir.
Kütləvi həbslərə
baxmayaraq, aksiyalar fonunda ölkədəki vəziyyət getdikcə daha da dramatikləşir.
Hayastanın Azərbaycanla
sərhəddə yerləşən
Tavuş vilayətinin
Kirants kəndində keçirilən etiraz aksiyalarına müqaviləli
hərbi qulluqçular
da qatılmışdılar.
Sonradan hərbi polis onların hər birinin nəzarətə götürülməsi
barədə məlumat
yaydı. Yerli media isə iddia edir ki,
həmin etirazçı
hərbçilər zorakılığa
məruz qalıblar.
"Hraparak" nəşri
yazıb ki, Nikol Paşinyanın toyunda xaç atası olan Tavuş vilayətinin rəisi Hayk Qalumyan dövlətlərarası
yolu bağlayan Günən (Kirants) sakinlərini və onlara dəstək verməyə gedən müxtəlif din xadimlərini dağıtmağa
çalışır. Qeyd
edilib ki, sözügedən xadimlər
on gündən artıqdır küçədə
gecələyirlər, Günəndə
demarkasiya və delimitasiya işlərinin aparılmasına imkan vermirlər. "Kənddən
bizə bildiriblər ki, ötən gün Günəndən olan bir qrup
şəxs yolda qurulmuş çadırı
sökmək üçün
etirazçıları fikrindən
daşındırmağa çalışıb
və mübarizənin
artıq nəticə
vermədiyini əsaslandıraraq
hamısını evə
göndərməyə cəhd
edib. Arqument kimi deyiblər ki, ara yollar
açıqdırsa, o zaman
mütəxəssislər təhvil
verilən ərazilərə
qalxa və dirəklərin quraşdırılması
işlərini apara bilərlər. Lakin etirazçılar təxribatlara
boyun əyməyib və ötən gün dövlətlərarası
yolların bağlanması
məsələsini də
müzakirə ediblər",
- deyə nəşr bildirib.
Bu arada ötən il Hayastanın Azat kəndində baş vermiş yanğın nəticəsində həlak
olan hərbçilərin
valideynləri etiraz aksiyası keçiriblər.
İrəvanda Respublika meydanına
toplaşan etirazçılar
adları açıqlanmayan
müəyyən şəxslərin
saxlanılması üçün
hakimiyyətə və
hüquq-mühafizə sisteminə
mayın 10-dək vaxt
veriblər. Ölən
əsgərlərdən birinin
atası Hayk Kirakosyan konkret adlar çəkə biləcəyini, lakin hələlik bundan çəkindiyini deyib:
"Əgər mayın
10-da keçirilən məhkəmə
prosesində həmin şəxslərə qarşı
cinayət işi başlanmadığını öyrənsək
və onların həbsi məsələsinin
həll olunmadığını
görsək, o zaman bütün valideynlər,
dostlarımızla birlikdə
hökumət binasına
axın edəcəyik.
Yumşaq desək, bu hökumət üçün problemlər
yaradacayıq".
Xatırladaq ki,
ötən il yanvarın 19-da Basarkeçər
rayonunun Azat kəndində yerləşən
N saylı hərbi hissədə yanğın
baş verib. Nəticədə 20-yə yaxın
erməni hərbçisi
həlak olub, üç əsgər isə ölümcül xəsarətlər alıb.
Hadisəyə görə
korpus komandiri vəzifədən qovulub.
Bundan əlavə, daha 10 zabit vəzifədən
uzaqlaşdırılıb. Həmçinin sözügedən
hərbi hissənin arxa bölməsinin rəisi, briqada komandirinin kommunal xidmət üzrə müavini, polkovnik-leytenant
Qor Agekyan saxlanılıb. Ölən
əsgərlərin yaxınları
hökumətin səsləndirdiyi
təsadüfi yanğın
versiyasına inanmırlar.
Göründüyü kimi, hər iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının
aktual olduğu bir dönəmdə hərbi xunta və ona bənzər
digər ara qızışdıranlar erməni
xalqını növbəti
dəfə fəlakətə
sürükləyir. Qeyd
edək ki, Azərbaycanla müharibədəki
məğlubiyyət Hayastanı
elə bir uçuruma yuvarladıb ki, xilası mümkün deyil. Bütün bunlar, o cümlədən Koçaryan
və Sarkisyan kimi müharibə cinayətkarlarının hakimiyyətləri
dövründən yığılıb
qalmış ağır
problemlər hazırkı
hakimiyyəti çətin
vəziyyətə salıb. Əslində, revanşist qüvvələr
çox yaxşı
başa düşür
ki, böyük siyasətə
qayıtmaq üçün
heç bir şansları yoxdur - xalq hələ onların hakimiyyət dövrünü unutmayıb.
Elçin
CƏFƏROV,
Azərbaycan.-2024.-
3 may, № 90.- S.16.