Xankəndi
Şəhər Prokurorluğunun
yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Xankəndi Şəhər
Prokurorluğu yaradılsın.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
2.1. Xankəndi Şəhər
Prokurorluğunun yaradılması
ilə əlaqədar
həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digər maddi-texniki təminatı məsələlərinin həlli
üçün zəruri tədbirlər
görsün;
2.2. bu Sərəncamdan
irəli gələn digər məsələləri
həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
4 may 2024-cü il
Azərbaycan.-
2024.- 5 may, № 92.- S.1.