Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsində
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
17-ci bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsində
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 2 (I kitab), maddə
202 (Cild I); 2024, ¹ 1, maddə
18; Azərbaycan Respublikasının
2023-cü il 22 dekabr tarixli 1069-VIQD nömrəli
və 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli qanunları)
aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 51.2-ci maddəyə "materialları"
sözündən sonra
"media subyektinə
təqdim edilə, yaxud" sözləri əlavə edilsin;
1.2. 55.1.1-ci maddədən "hal şahidlərinə," sözləri
çıxarılsın;
1.3. 56-cı maddə üzrə:
1.3.1. 56.1-ci maddədə ", tərcüməçilərin və hal şahidlərinin"
sözləri "və
tərcüməçilərin" sözləri ilə əvəz edilsin;
1.3.2. 56.2-ci maddədə ", tərcüməçi və
hal şahidləri"
sözləri "və
tərcüməçi" sözləri ilə əvəz edilsin;
1.4. 69-cu maddə ləğv edilsin;
1.5. 92-ci maddə üzrə:
1.5.1. 92.2-ci maddə aşağıdakı redaksiyada
verilsin:
"92.2. Şəxsi axtarış şəxs inzibati qaydada tutulduqda, barəsində inzibati həbs tənbeh növü tətbiq edildikdə, yaxud inzibati xətanın törədilməsində
alət və ya inzibati xətanın
bilavasitə obyekti olmuş predmetin şəxsin üzərində
və ya bədənində gizlədilməsini
güman etməyə
kifayət qədər
əsaslar olduqda aparılır. Şəxsi
axtarış eyni cinsdən olan səlahiyyətli vəzifəli
şəxs tərəfindən,
bu Məcəllənin
92.2-1-ci maddəsində nəzərdə
tutulmuş hal istisna olmaqla, fasiləsiz videoçəkiliş
aparılmaqla həyata
keçirilir.";
1.5.2. aşağıdakı məzmunda 92.2-1-ci maddə
əlavə edilsin:
"92.2-1. İnzibati xətanın törədilməsində
alət və ya inzibati xətanın
bilavasitə obyekti olmuş predmetin şəxsin bədənində
gizlədilməsini güman
etməyə kifayət
qədər əsaslar
olduqda şəxsi axtarış şəxsin
soyundurulması ilə
həyata keçirilə
bilər. Bu halda videoçəkilişdən
istifadəyə yol verilmir və barəsində şəxsi
axtarış aparılan
şəxsin bədən
üzvləri eyni cinsdən olan tibb işçisi tərəfindən, təcrid
olunmuş yerdə yoxlanılır. Tibb işçisi onun iştirakı ilə həyata keçirilən
bu prosessual hərəkətin məzmununu
və nəticəsini
protokolda öz imzası ilə təsdiq edir və olduğu halda öz qeydlərini
protokola daxil edir. Həmin şəxs bu Məcəllənin 67-ci maddəsinə
uyğun olaraq şahid kimi sorğu-sual edilə bilər.";
1.5.3. 92.3-cü maddə üzrə:
1.5.3.1. birinci cümlə
aşağıdakı redaksiyada
verilsin:
"Əşyaların (əl yükü, baqaj, ov və
balıq ovu alətləri, əldə
edilmiş məhsul və sair) yoxlanılması
fasiləsiz videoçəkiliş
aparılmaqla həmin
əşyaların mülkiyyətçilərinin
və ya sahiblərinin iştirakı
ilə həyata keçirilir.";
1.5.3.2. ikinci cümlədə
"iki hal şahidinin iştirakı
ilə" sözləri
"fasiləsiz videoçəkiliş
aparılmaqla" sözləri
ilə əvəz edilsin;
1.5.4. aşağıdakı məzmunda 92.5-1-ci maddə
əlavə edilsin:
"92.5-1. Şəxsi axtarış (bu Məcəllənin 92.2-1-ci maddəsində
nəzərdə tutulmuş
hal istisna olmaqla) və əşyaları yoxlama haqqında protokolda fasiləsiz videoçəkilişdən
istifadə barədə
müvafiq qeyd aparılır və videoçəkilişi əks
etdirən məlumat daşıyıcısı həmin
protokola əlavə olunur.";
1.5.5. 92.6-cı maddənin birinci cümləsində
"hal şahidləri"
sözləri "bu Məcəllənin 92.2-1-ci maddəsində
nəzərdə tutulmuş
halda həmin prosessual hərəkətdə
iştirak edən tibb işçisi" sözləri ilə əvəz edilsin;
1.6. 93-cü maddə üzrə:
1.6.1. 93.2-ci maddə üzrə:
1.6.1.1. birinci cümlə
aşağıdakı redaksiyada
verilsin:
"Nəqliyyat vasitəsinə
baxış fasiləsiz
videoçəkiliş aparılmaqla
nəqliyyat vasitəsi
sahibinin iştirakı
ilə həyata keçirilir.";
1.6.1.2. ikinci cümlədə
"videoyazı" sözü
"fasiləsiz videoçəkiliş"
sözləri ilə əvəz edilsin;
1.6.2. aşağıdakı məzmunda 93.3-1-ci maddə
əlavə edilsin:
"93.3-1. Nəqliyyat vasitəsinə baxış
haqqında protokolda fasiləsiz videoçəkilişdən
istifadə barədə
müvafiq qeyd aparılır və videoçəkilişi əks
etdirən məlumat daşıyıcısı həmin
protokola əlavə edilir.";
1.6.3. 93.4-cü maddə aşağıdakı redaksiyada
verilsin:
"93.4. Maddi sübutların
qeydə alınması
məqsədilə onların
fotoşəkilləri də
çəkilə bilər.
Bu halda nəqliyyat vasitəsinə
baxış haqqında
protokolda fotoçəkilişdən
də istifadə edilməsi barədə müvafiq qeyd aparılır və fotoçəkilişdən istifadə
nəticəsində əldə
edilmiş məlumat daşıyıcıları protokola
əlavə olunur.";
1.6.4. 93.5-ci maddənin birinci cümləsindən
", habelə hal şahidləri" sözləri
çıxarılsın;
1.7. 94-cü maddə üzrə:
1.7.1. 94.1-ci maddədə "iki hal şahidinin
iştirakı ilə"
sözləri "fasiləsiz
videoçəkiliş aparılmaqla"
sözləri ilə əvəz edilsin;
1.7.2. aşağıdakı məzmunda 94.4-1-ci maddə
əlavə edilsin:
"94.4-1. Əşyaların və sənədlərin
götürülməsi haqqında
protokolda fasiləsiz videoçəkilişdən istifadə
barədə müvafiq
qeyd aparılır və videoçəkilişi
əks etdirən məlumat daşıyıcısı
həmin protokola əlavə edilir.";
1.7.3. 94.5-ci maddə aşağıdakı redaksiyada
verilsin:
"94.5. Əşyaların və sənədlərin
götürülməsi zamanı
onların fotoşəkilləri
də çəkilə
bilər. Bu halda əşyaların və sənədlərin
götürülməsi haqqında
protokolda fotoçəkilişdən
də istifadə edilməsi barədə müvafiq qeyd aparılır və fotoçəkilişdən istifadə
nəticəsində əldə
edilmiş məlumat daşıyıcıları protokola
əlavə olunur.";
1.7.4. 94.6-cı maddənin birinci cümləsindən
", habelə hal şahidləri" sözləri
çıxarılsın;
1.8. 109.1.2-ci maddədə
"69" rəqəmləri
"70" rəqəmləri ilə əvəz edilsin;
1.9. 376-cı maddə üzrə:
1.9.1. adına "qanunsuz"
sözündən sonra
"olaraq media subyektinə təqdim edilməsi, yaxud" sözləri əlavə
edilsin;
1.9.2. dispozisiyasına "materiallarının" sözündən
sonra "media subyektinə təqdim edilməsinə, yaxud"
sözləri əlavə
edilsin.
Maddə 2. Keçid
müddəa
Bu Qanun
2024-cü il iyunun 1-dən
qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
19 aprel 2024-cü il
Azərbaycan.-
2024.- 7 may, ¹ 93.- S.2.