"Azərbaycan
Respublikası Hökuməti
ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara
malik şəxslər
üçün viza tələbinin qarşılıqlı
aradan qaldırılması
haqqında Saziş"in
təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin
I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
2024-cü il martın
1-də Bakı şəhərində
imzalanmış "Azərbaycan
Respublikası Hökuməti
ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara
malik şəxslər
üçün viza tələbinin qarşılıqlı
aradan qaldırılması
haqqında Saziş"
təsdiq edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
23 aprel 2024-cü il
Azərbaycan.-
2024.- 7 may, № 93.- S.2.