"Azərbaycan
Respublikası Hökuməti
ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq
haqqında Saziş"in
təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. 2024-cü il martın
1-də Bakı şəhərində
imzalanmış "Azərbaycan
Respublikası Hökuməti
ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq
haqqında Saziş"
təsdiq edilsin.
2. Bu Fərmanın
1-ci hissəsində göstərilən
Saziş qüvvəyə
mindikdən sonra Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
onun müddəalarının
həyata keçirilməsini
təmin etsin.
3. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi Sazişin qüvvəyə minməsi
üçün zəruri
olan dövlətdaxili
prosedurların yerinə
yetirildiyi barədə
Albaniya Respublikası Nazirlər Şurasına bildiriş göndərsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
6 may 2024-cü il
Azərbaycan.-
2024.- 7 may, № 93.- S.2.