"Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsində
dəyişiklik edilməsi
haqqında" Azərbaycan
Respublikasının 2024-cü il 29 mart tarixli
1116-VIQD nömrəli Qanununun
tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq,
"Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
1.1. Azərbaycan
Respublikası İnzibati
Xətalar Məcəlləsinin
517-3-cü maddəsində nəzərdə tutulmuş
inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər
barədə təkliflərini
iki ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. "Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli
Qanunundan irəli gələn digər məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
7 may 2024-cü il
Azərbaycan.-
2024.- 8 may, № 94.- S.5.