Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
Mənzil İnşaatı
Dövlət Agentliyinin
Nizamnaməsi"ndə dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2018, № 2, maddə
183 (Cild I) ilə
təsdiq edilmiş
"Azərbaycan Respublikasının
Mənzil İnşaatı
Dövlət Agentliyinin
Nizamnaməsi"nin 1.6-cı bəndində "üzərində
öz adı həkk olunmuş möhürü, müvafiq
ştampları və
blankları, loqotipi (emblemi)" sözləri
"öz adı və "Azərbaycan Respublikasının Dövlət
Gerbindən istifadə
qaydaları haqqında"
Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikası
Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü,
müvafiq ştampları
və blankları"
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
7 may 2024-cü il
Azərbaycan.-
2024.- 8 may, № 94.- S.5.