"Dövlət
satınalmaları haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə"
Azərbaycan Respublikasının
2016-cı il 4 mart tarixli 158-VQD nömrəli
Qanununun tətbiqi və "Dövlət müəssisə və təşkilatları (idarələri)
tərəfindən ərzaq
məhsullarının mərkəzləşdirilmiş
qaydada dövlət büdcəsinin vəsaitləri
hesabına satın alınması Qaydası"nın
təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
11 aprel tarixli 859 nömrəli Fərmanında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
"Dövlət satınalmaları
haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə" Azərbaycan
Respublikasının 2016-cı il 4 mart tarixli
158-VQD nömrəli Qanununun
tətbiqi və "Dövlət müəssisə
və təşkilatları
(idarələri) tərəfindən
ərzaq məhsullarının
mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri
hesabına satın alınması Qaydası"nın
təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, № 4, maddə
664 (Cild I); Azərbaycan
Respublikası Prezidentinin
2024-cü il 2 fevral tarixli 2464 nömrəli Fərmanı) 2-ci hissəsi
ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
7 may 2024-cü il
Azərbaycan.-
2024.- 8 may, № 94.- S.5.